17 Oktyabr — Füzuli şəhəri günü: Tarixi Qələbənin təntənəsi
17.10.2025 [13:08]
Tarixi ədalətin bərpası
17 oktyabr tarixi Azərbaycan xalqı üçün qürur, zəfər və milli birliyin təntənə etdiyi günlərdən biridir. Məhz bu gün — 2020-ci ilin 17 oktyabrında İkinci Qarabağ müharibəsi zamanı Füzuli şəhəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Bu parlaq Qələbə Vətən müharibəsinin gedişində strateji dönüş nöqtəsi oldu, böyük Zəfərə aparan yolun möhkəm bünövrəsini qoydu.
Prezidentin qətiyyəti, Ordunun şücaəti Füzuli uğrunda aparılan hərbi əməliyyatlar Azərbaycan Ordusunun peşəkarlığını, yüksək döyüş hazırlığını və vətənpərvərlik ruhunu dünyaya nümayiş etdirdi. Qısa müddətdə düşmənin bir neçə strateji mövqeyi ələ keçirildi və şəhər tam azad olundu. Prezident İlham Əliyev həmin gün xalqa müraciətində bildirmişdi: “Füzulinin azad olunması Böyük Qələbəmizin əsas mərhələlərindən biridir. Bu Qələbə bizim gücümüzü, birliyimizi, iradəmizi bütün dünyaya göstərdi.”
Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - burada yüz mindən çox mina basdırılıb. Bu da quruculuq işlərində müəyyən əngəllər törədir. Buna baxmayaraq, orada aparılan bütün quruculuq işləri dövlətimizin başçısının nəzarəti altındadır. Prezident İlham Əliyev mütəmadi olaraq Füzuli rayonuna səfərlər edir, görülən işlərlə tanış olur. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış Proqramı” çərçivəsində bu ərazidə müasir infrastruktur qurulur. Xüsusi qeyd olunmalıdır ki, 2021-ci ildə istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı Qarabağın “hava qapısı” adlandırılır və Böyük Qayıdış prosesini sürətləndirən mühüm layihədir. Füzuli şəhərinin azad olunması və yenidən qurulması Azərbaycanın Qarabağda həyata keçirdiyi genişmiqyaslı bərpa və inkişaf strategiyasının mühüm hissəsidir.
Müharibədən sonra Füzuli rayonu Azərbaycanın dövlət siyasətində prioritet inkişaf bölgələrindən birinə çevrilib. Ərazilərin azad olunmasından dərhal sonra burada genişmiqyaslı bərpa və yenidənqurma proqramları həyata keçirilməyə başlanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu layihələr Füzulini regionun ən müasir yaşayış məkanlarından birinə çevirməyi hədəfləyir.
Füzuli şəhərində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında müasir yaşayış massivləri, sosial infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri və istehsal müəssisələri inşa olunur. Füzuli Beynəlxalq Hava Limanı və yeni çəkilmiş avtomobil yolları rayonun strateji əhəmiyyətini daha da artırıb, turizm və iqtisadi fəallıq üçün geniş imkanlar yaradıb. Füzuli rayonunun bərpası və yenidən qurulması prosesində qardaş ölkələrin, xüsusilə də Qazaxıstan Respublikasının göstərdiyi dəstək böyük minnətdarlıqla qarşılanır. Qardaş Qazaxıstan dövləti və xalqı İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərin dirçəldilməsi prosesində Azərbaycanın yanında olduğunu əməli şəkildə nümayiş etdirib. Qazaxıstan hökumətinin təşəbbüsü və maliyyə dəstəyi ilə Füzuli şəhərində Uşaq Yaradıcılıq Mərkəzi inşa olunur. Bu mühüm layihə təkcə tikinti deyil, iki dost və qardaş xalq arasında sarsılmaz dostluq və həmrəyliyin rəmzi kimi dəyərləndirilir.
Füzuli rayonunda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma tədbirləri çərçivəsində ölkə rəhbərliyinin yerli ictimaiyyətlə mütəmadi görüşləri xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin iştirakı ilə Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüşlər həm dövlət–vətəndaş birliyinin parlaq nümunəsi, həm də bölgənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma rolunu oynayır. Bu görüşlərdə rayonun sosial-iqtisadi inkişaf prioritetləri, əhalinin mərhələli şəkildə doğma yurdlarına qayıdışı, infrastrukturun qurulması, kənd təsərrüfatı və sənaye potensialının bərpası, həmçinin məşğulluq və sosial rifah məsələləri geniş müzakirə olunur. İctimaiyyət nümayəndələri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edir, Füzulinin yeni inkişaf mərhələsində fəal iştiraklarını vurğulayırlar.
Bu proses təkcə binaların tikilməsi deyil, həm də milli kimliyimizin, mədəni irsimizin, tariximizin yenidən dirçəlməsi deməkdir. Qarabağın hər guşəsində Azərbaycan bayrağı dalğalanır, milli ruh yüksəlir, tarixi ədalət bərpa edildi. Bu qürurlu tarix şəhidlərimizin canı, qazilərimizin qanı bahasına yazılıb. Azərbaycan xalqı qəhrəman oğullarını heç vaxt unutmayacaq. Onların şücaəti sayəsində bu gün Füzuli azaddır, Qarabağda həyat yenidən başlayır. Füzuli rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 25 mindən artıq hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub. Bu gün işğaldan azad olunmuş Füzulidə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, kəndlər, qəsəbələr yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir. Görülən işlər nəticəsində oranın yerli sakinləri artıq öz doğma yurdlarına əbədi olaraq dönüşün sevincini yaşayırlar. Füzuli şəhəri günü artıq Azərbaycan tarixinin silinməz səhifəsinə çevrilib.
Bu gün yalnız bir şəhərin azad edilməsinin deyil, həm də milli birliyimizin, dövlətimizin qüdrətinin və xalqımızın əyilməz iradəsinin təntənəsidir.
Azərbaycan dövləti bu tarixi Qələbəni əbədi yaddaşlara həkk edir və gələcək nəsillərə vətənpərvərlik nümunəsi kimi ötürür. Bu torpaqlarda artıq sülh, inkişaf və firavanlıq hökm sürür.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

