İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir
04.10.2013 [10:09]
Təbliğat-təşviqat kampaniyası çərçivəsində Göygöl rayonunda möhtəşəm mitinq-konsert keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Göygöl rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində dünən rayonda möhtəşəm mitinq-konsert keçirilib.
Tədbiri giriş sözü ilə YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev açaraq son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından bəhs edib: “Azərbaycan son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Hazırda Azərbaycan böyük dövlətlərin tərəfdaşıdır. Ölkəmiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Azərbaycan mədəniyyəti dünyada layiqincə təbliğ edilir. Bununla yanaşı, insanların həyat şəraiti olduqca yaxşılaşıb”.
Təşkilat sədri əlavə edib ki, Azərbaycan cəmiyyətinin nümayəndələri ölkəmizin inkişafından, mövcud ictimai-siyasi sabitlikdən məmnundurlar. “Əminliklə söyləyə bilərəm ki, bu seçkilərdə də seçicilər Azərbaycanın gələcək inkişafı, firavanlığı naminə cənab İlham Əliyevə səs verəcəklər. Azərbaycan seçicisinin seçimi birmənalıdır” - deyə, T.Əliyev əlavə edib.
Ölkəmizdə həyata keçirilən siyasətin müsbət nəticələrinin hər bir vətəndaşın, o cümlədən Göygöl sakinlərinin həyatında hiss edildiyini bildirən YAP Göygöl rayon təşkilatının sədri oktyabrın 9-da seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Rayon təşkilatının sədri bildirib ki, Göygöl ictimaiyyəti birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevi dəstəkləyir: “Rayon ictimaiyyəti dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətini böyük məmnunluqla qarşılayır. Böyük ruh yüksəkliyinin fonunda qeyd edə bilərəm ki, Göygöl seçiciləri növbəti dəfə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə etimad göstərəcəklər. Bununla seçicilər inkişafı, firavanlığı və sabitliyi seçmiş olacaqlar”.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Rövşən Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin müsbət nəticələrindən bəhs edib, əldə edilən nəticələrin təqdirəlayiq olduğunu qeyd edib: “Hazırda sosial-iqtisadi inkişafın Azərbaycan modeli anlayışı aktual müzakirə predmetinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə bütün sahələrin inkişafını təmin edib”.
Millət vəkili bildirib ki, xüsusilə 2008-ci ilin yarısından başlayan dünyada maliyyə-iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, sosial sahədə əhalinin rifah halının yaxşılaşmasına xidmət edən islahatların həyata keçirilməsi təqdir olunmaqdadır: “Bu isə bir daha göstərir ki, dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan uğurlu siyasətin fonunda iqtisadiyyatın şaxələndirilməsi son nəticədə regionların, qeyri-neft sektorunun inkişafına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə təkan verir. Bu mənada, iqtisadiyyatın inkişafı birbaşa əhalinin sosial rifah halının yüksəlməsini şərtləndirir”.
R.Rzayev daha sonra qeyd edib ki, Azərbaycan hüquqi və demokratik dövlətdir, eyni zamanda, ölkəmizin demokratiya yolunda qətiyyətlə irəliləməsi dünya ictimaiyyəti tərəfindən müsbət qiymətləndirilir. Ölkəmizdə mühüm siyasi-hüquqi islahatların keçirildiyini deyən millət vəkili əlavə edib ki, bu gün insanlar öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilirlər: “Məhz bütün bunlara görə mən vətəndaşları yenə də cənab İlham Əliyevə səs verməyə dəvət edirəm. Prezident İlham Əliyev ölkəmizi inkişafa aparan alternativsiz liderdir”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə öz növbəsində ötən 10 il ərzində cənab İlham Əliyevin Öz əməli fəaliyyəti ilə bütün azərbaycanlıların Prezidenti olduğunu sübuta yetirdiyini deyib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycanı tərəqqinin zirvəsinə çıxarıb. Bütün sahə və sektorların paralel inkişafının təmin olunması Azərbaycanın dinamik tərəqqisini şərtləndirən əsas faktor kimi çıxış edib. Onu da qeyd etmək lazımdır ki, cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan inkişafın milli modelini formalaşdırıb. Beləliklə, Prezident İlham Əliyev Öz fəaliyyəti ilə sübuta yetirib ki, siyasət xalqa xidmət etmək, hər bir vətəndaşın rifahı naminə çalışmaqdır”.
Baş redaktor onu da əlavə edib ki, Prezident İlham Əliyevin son 10 ildə həyata keçirdiyi uğurlu daxili və xarici siyasət milli maraqları təmin etməklə mühüm strateji nailiyyətlərin əldə olunmasını şərtləndirib. Onun sözlərinə görə, qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinin qalib olacağı hər kəsə aydındır: “Çünki YAP-ın qələbəsini təmin edəcək güclü, harizmatik bir lider var və bu lider 10 illik fəaliyyəti dövründə hər gün Azərbaycan seçicisinin gözü önündə, kütləvi informasiya vasitələrində gördüyü əməlləri ilə Özünü təbliğ edib. Beləliklə, rəsmi seçki təbliğat-təşviqat kampaniyasına start veriləndə artıq YAP finişdə idi. Çünki bu partiyanın ideya və ideologiyası Ulu öndər Heydər Əliyevin elan etdiyi prinsiplərə - hüquqi dövlət, vətəndaş cəmiyyəti, hər kəsin bərabərliyi prinsiplərinə, Qərbə inteqrasiya, milli adət və ənənələrə sahib çıxmaq, bir sözlə, neomühafizəkarlıq prinsiplərinə əsaslanırdı ki, məhz bu da Azərbaycan xalqı, azərbaycanlı sosial psixologiyası tərəfindən qəbul edilən, qiymətləndirilən bir konsepsiya idi”.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycanı parlaq gələcəyə aparır. Hər bir Azərbaycan seçicisi ölkəmizin gələcək inkişafı, tərəqqisi üçün seçkilərdə aktiv iştirak etməlidir. Əminəm ki, bu seçkilər də möhtərəm Prezident İlham Əliyevin qələbəsi ilə nəticələnəcək” - deyə əlavə edən Hikmət Babaoğlu seçiciləri seçkilərdə aktiv iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva isə deyib ki, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini sürətləndirməklə yanaşı, milli dövlətçiliyimizdə yeni-yeni ənənələrin əsasını qoyub. Onun sözlərinə görə, Prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan davamlı olaraq güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir: “Bir məqama da xüsusi diqqət yetirmək gərəkdir ki, həyata keçirilən uğurlu xarici siyasət kursunun fonunda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında - ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün bütün resurslardan səmərəli istifadə edilir. Prezident İlham Əliyevin timsalında dəfələrlə qeyd edilib ki, Azərbaycan istənilən şəraitdə özünün ərazi bütövlüyünü bərpa edəcək. Onu da vurğulamaq istəyirəm ki, bu illər ərzində Azərbaycan xalqının sülh tərəfdarı olduğu, münaqişənin dinc yolla həllini istədiyi və beynəlxalq hüquq normalarına əsaslandığı sübut olunub. Azərbaycan xalqı daim humanist ənənələri yaşadan, sülh tərəfdarı olan bir toplum kimi çıxış edir və bu, hal-hazırda dünya ictimaiyyəti tərəfindən də təqdir edilir. Bütövlükdə, ölkəmizdə həyata keçirilən siyasət əhalinin rifah halının yüksəlməsi ilə müşayiət olunur. İnsanların güzəranı ilbəil daha da yaxşılaşır, əməkhaqları, pensiyalar, sosial müavinətlər artırılır. Bu il ərzində bu sahədə yenə də artımlar oldu. Yəni Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqa xidmət edir və bu siyasətin əsasında milli maraqlarımız dayanır. Ona görə də, xalqımızın növbəti seçkilərdə də cənab İlham Əliyevə etimad göstərəcəyi şübhəsizdir. Xüsusilə, mən qadınları, anaları bu prosesdə fəal olmağa çağırıram. Onlar seçkilərdə öz sözlərini deməlidirlər”.
Sonra tədbir tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə keçirilən konsert proqramı ilə davam etdirilib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51

