/ / Sədərək rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü il dönümü münasibətilə tədbir keçirilib
Sədərək rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü il dönümü münasibətilə tədbir keçirilib
20.11.2025 [09:52]
Noyabrın 19-da Yeni Azərbaycan Partiyası (YAP) Sədərək rayon təşkilatı partiyanın yaradılmasının 33-cü il dönümü münasibətilə “YENİ AZƏRBAYCAN PARTİYASINA XİDMƏT ETMƏK VƏTƏNƏ, MİLLƏTƏ, MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNƏ XİDMƏT ETMƏK DEMƏKDİR” mövzusunda tədbir keçirilib.
Tədbirdən öncə iştirakçılar İcra Hakimiyyəti önündəki Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək gül dəstələri qoyublar, xatirəsini ehtiramlarla anıblar.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov çıxış edərək partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərindən danışıb: “Azərbaycan Respublikasının çağdaş, siyasi həyatında əhəmiyyətli rol oynayan, bu gün sıralarında 800 minə yaxın inasnı bir ideya ətrafında birləşdirən Yeni Azərbaycan Partiyasının yaranmasından 33 il ötür, ötən dövr ərzində Yeni Azərbaycan Partiyası özünün proqramına, prinsipinə, amalına sadiq olduğunu bir daha sübut edərək, Azərbaycanı demokratik ölkəyə çevirmiş və müstəqilliyimizin möhkəmlənməsində və inkişafında əzmlə mübarizə aparmışdır.
Ümummlli liderimiz Heydər Əliyev partiyanın II qurultayında onun yaranma səbəbini və tarixi missiyasını təhlik edərək demişdir: “Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafeyinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələləri həll etməsi üçün zamanın tələblərinə uyğun olaraq yaranmış bir partiyadır”. Ötən 33 il ərzində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycanın regionun lider dövlətinə çevirib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olub.
Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. 33 il ərzində dinamik inkişaf edən Azərbaycanın qazandığı nailiyyətlərdə bütövlükdə Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və partiyanın hər bir üzvünün özünəməxsus tövhələri var. İqtisadi inkişaf və hərbi güc Ermənistan-Azərbaycan münaqişəsinin həllində ölkəmizin üstün mövqeyi əldə etməsinə, YAP Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. Beləliklə, Azərbaycan ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu müstəqillik və tərəqqi yolunda əmin addımlarla irəliləyərək Zəfər zirvəsinə yüksəldi”.
Arif Qasımov vurğulayıb ki, 2020-ci il 44 günlük vətən müharibəsində qazanılan tarixi zəfər mahiyət əsasən ümummlli lider Heydər Əliyevin müəyyən etdiyi və Yeni Azərbaycan Partiyası sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təkminləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının nəticəsidir.
Bu gün Azərbaycanın ərazi bütövlüyü Qarabağda Şuşada qürurla dalğalanan bayrağımız milli dövlətimiz müstəqilliyimiz suverenliyimiz dünya xalqları arasında öz layiqli yerimizi tutmaq Yeni Azərbaycan Partiyasının apardığı 33 illik mübarizənin nəticəsidir. Bundan sonra da Yeni Azərbaycan Partiyasının amalı ümummlli liderimiz Heydər Əliyevin ideyalarını yaşatmaq və həyata keçirməkdir.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

