YAP: Milli birliyin və siyasi sabitliyin təməli
21.11.2025 [12:39]
Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının yaradılmasından 33 il keçir. 33 il zaman baxımından böyük dövr olmasa da, uğurlarla zəngin bir mərhələdir. Yeni Azərbaycan Partiyası yaradılanda əsas devizi “Yeni, müstəqil Azərbaycan uğrunda!” idi. Partiya bu deviz əsasında uğurlu fəaliyyətini davam etdirərək Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın rifah halının yaxşılaşmasına öz töhfəsini verdi. 2020-ci ildə Azərbaycanın tarixi Zəfərə imza atması bütün sahələrdə, o cümlədən Yeni Azərbaycan Partiyasının fəaliyyətində yeniliklərə, təmilləşməyə yol açdı. Tarixi Zəfərimizə qədər keçilən yol, bu illər ərzində ölkəmizin bütün sahələrdə qazandığı uğurlar, təcrübə şanlı Zəfərimizi şərtləndirən əsas amillər oldu. Eyni zamanda, xalqımızın yenilməzliyi, məğrurluğu, gənclərin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunması tarixi Zəfərə gedən yolu addım-addım yaxınlaşdırdı. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi ədaləti bərpa edib 30 ilin işğalına son qoymaqla yeni çağırışları ilə dünyanın diqqətində oldu. Azərbaycan həqiqətlərinin təbliğində Yeni Azərbaycan Partiyasının öz payı vardır. YAP ölkənin həyatında mühüm hadisə olan seçkilərə qatılarkən daim həmin dövrün tələbinə uyğun olaraq çağırışlarını səsləndirməklə yanaşı, ötən dövrün ən möhtəşəm uğurlarını önə çəkir. Onların fonunda qarşıdakı dövrdə görüləcək işlər açıqlanır. Bütün hallarda ərazi bütövlüyümüzün bərpa, torpaqlarımızın işğaldan azad edilməsi prioritet məsələ idi. Artıq son beş ildə bu istiqamətlər yenilənib, ölkəmizin həyatında yeni mərhələ başlayıb.
Tarixi Zəfərimizin reallıqları fonunda 5 mart 2021-ci il tarixində VII Qurultayını keçirən Yeni Azərbaycan Partiyası qəbul etdiyi yeni qərarları, həmçinin partiyanın Sədri İlham Əliyevin tapşırıqlarına uyğun olaraq hazırlanan və həmin ilin sonunda təsdiqlənən yeni Proqramı ilə qarşısına qoyduğu vəzifələri, hədəfləri təqdim etdi. Artıq “Yeni, müstəqil Azərbaycan uğrunda” çağırıını “Biz birlikdə güclüyük!” devizi əvəzlədi. Bu deviz özündə bütün məqamları ehtiva edir.
Dövlət başçısı, YAP Sədri İlham Əliyevin partiyanın VII Qurultayında, həmçinin partiyanın yaradılmasının 30 illik yubileyi münasibətilə keçirilən tədbirdəki çıxışında səsləndirdiyi hər bir fikir ölkəmizin, partiyanın gələcəyinə xidmət edən mühüm məqamları əks etdirdi. Belə ki, VII Qurultayda “O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi” çağırışının davamı olaraq partiyanın yaradılmasının 30 illiyi münasibətilə tədbirdəki çıxışında cənab İlham Əliyev bildirdi ki, Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, milli ənənələrə, azərbaycançılıq ideyalarına sadiqdir.
Günümüzün reallıqları 1992-ci ildə partiyanın yaradılması ilə bağlı “91-lər”in müraciətində, həmçinin müraciətə dahi şəxsiyyətin cavabında əksini tapan hədəflərin gerçəkliyə çevrildiyini təsdiqləyir. “91-lər”in müraciəti əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Belə bir inam ifadə olunmuşdir ki, Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas edən yalnız Ümummilli Lider Heydər Əliyev ola bilər. Elə də oldu. Partiya yaranmasından cəmi 7 ay sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə həm Azərbaycanın, həm də Yeni Azərbaycan Partiyasının qarşısında yeni imkanlar açdı. Bugünkü reallıqlar həmin illərdə ifadə olunan əminliklərin təqdimatıdır. Ümummilli Lider partiyanın gələcəyinə böyük inamını ifadə edərək YAP-ı dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirmişdir.
Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi, milyonların sevgisini qazandı. Təsis konfranını 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının hazırda sıralarında 750 mindən artıq üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisidir. Prezident İlham Əliyev hər zaman belə bir çağırışı səsləndirir ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühiti daim təşviq edir. Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir.
33 ilin uğurlarını bir yazıda əhatə etmək mümkünsüzdür. Bu illər ərzində atılan addımlar, əldə olunan uğurlu nəticələr gələcək üçün stimuldur. Prezident İlham Əliyevin çağırışları real həyatda öz təsdiqini tapır. Azərbaycan daim irəli baxır, yeni hədəflərin gerçəkliyə çevrilməsinə səy göstərir. Tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı reallıqlar ölkəmizin, həmçinin Yeni Azərbaycan Partiyasının qarşısında yeni üfüqlər açır.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

