Həmrəylik - bizi biz edən dəyərdir
30.12.2025 [15:12]
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər bir azərbaycanlının qəlbində eyni duyğunu oyadır: birlik, doğmalıq və Vətən sevgisi. Harada yaşamağımızdan asılı olmayaraq, bizi bir amal, bir kök, bir tarix birləşdirir. Bu gün dünyanın dörd bir yanında yaşayan soydaşlarımız eyni hisslərlə, eyni dualarla Azərbaycan deyəndə ürəyi titrəyir. Bu əlamətdar gün xalqımızın yaddaşına milli birliyin, mənəvi gücün və tarixi yaddaşın rəmzi kimi həkk olunub. Həmrəylik bizim üçün ruhların, ürəklərin və talelərin vəhdətidir. Dilimiz, mədəniyyətimiz, adət-ənənələrimiz və tariximiz bizi bir millət kimi birləşdirən əsas sütunlardır. Məhz bu mənəvi bağlar dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, Azərbaycanla nəfəs almağımıza səbəb olur. Həmrəylik çətin anlarda bir-birinə dayaq olmaq, sevincdə də, kədərdə də eyni ürəklə döyünmək deməkdir. Gücümüz də, gələcəyimiz də məhz bu birlikdən doğur. Biz bir olduqca, Azərbaycan daha güclü, daha inamlı olacaq.
Tarixin müxtəlif dövrlərində xalqımız ağır sınaqlarla üz-üzə qalsa da, milli birliyini heç zaman itirməyib. Hər dəfə ayağa qalxmağı, toparlanmağı və yenidən güclənməyi bacarıb. Bu mənada həmrəylik bizim üçün həm çağırış, həm həyat tərzi, həm milli xarakter, həm də dəyişməz dəyərdir. Azərbaycançılıq ideyası da məhz bu birliyin, bu dəyərlərin üzərində formalaşıb. Bu ideyanın dövlətçilik səviyyəsində formalaşması və milli ideologiyaya çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun uzaqgörən siyasəti nəticəsində dünya azərbaycanlılarının birliyi dövlətin əsas prioritetlərindən birinə çevrildi. Heydər Əliyev hər zaman bildirirdi ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz Vətəni ilə qürur duymalı, milli kimliyini qorumalıdır. Onun təşəbbüsü ilə 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması xalqımızın milli yaddaşında silinməz iz buraxdı və bu ideyanı ümummilli dəyərə çevirdi. Bu gün Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan regionda və beynəlxalq aləmdə nüfuzlu, güclü və söz sahibi olan dövlətə çevrilib. Xaricdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması, diaspor təşkilatlarının gücləndirilməsi və milli maraqlarımızın beynəlxalq müstəvidə müdafiəsi dövlət başçımızın daim diqqət mərkəzindədir. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə xalq–dövlət birliyinin nə qədər sarsılmaz olduğu bütün dünyaya nümayiş etdirildi. Dünya azərbaycanlıları vahid mövqedən çıxış edərək haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdırdı, informasiya və mənəvi cəbhədə ölkəmizə güclü dəstək göstərdi. Bu həmrəylik Azərbaycanın tarixi qələbəsinin əsas mənəvi dayaqlarından biri oldu. Bu gün müstəqil, qalib və güclü Azərbaycan dövləti həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda yaşayan hər bir soydaşımız üçün qürur mənbəyidir. Qarşıda duran əsas vəzifə bu birliyi qorumaq, daha da möhkəmləndirmək və gələcək nəsillərə ötürməkdir. Çünki həmrəylik olmayan yerdə güc olmaz, birlik olmayan yerdə isə davamlı inkişaf mümkün deyil. Bu əlamətdar gün münasibətilə bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti və Vətənimizə bağlılıq arzulayıram. Qoy həmrəyliyimiz daimi olsun, qəlblərimiz Azərbaycan üçün bir döyünsün. Bayramınız mübarək!
Səfa Ağayev
YAP İmişli rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23

