/ / Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının yaranmasının 33 illiyi münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının yaranmasının 33 illiyi münasibətilə tədbir keçirilib
28.01.2026 [18:07]
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında rayon təşkilatının yaranmasının 33 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Mərkəzi Aparatının rəhbərinin müavini Ramilə Bədəlova, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Milli Məclisin deputatı, YAP idarə heyətinin üzvü Hikmət Babaoğlu, millət vəkili Samir Vəliyev, YAP-ın Təftiş Komissiyasının üzvü Musa Musayev, Ərazi Partiya Təşkilatlarının sədrləri və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları Fəxri Xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar.
YAP Nərimanov rayon təşkilatında keçirilən tədbirdən öncə təşkilatın foyesində Ümumilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz ruhu qarşısında baş əyilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyasının yarandığı gündən keçdiyi tarixi və şərəfli yolu əks etdirən video çarx izlənilib.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Yeni Azərbaycan Partiyasının 33 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. E.Quliyev bildirib ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və YAP Nərimanov rayon təşkilatı da yarandığı gündən etibarən partiyanın ideya və məqsədlərinə sadiq qalaraq, dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi və ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində ardıcıl fəaliyyət göstərmişdir.
Tədbirdə çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev vurğulayıb ki, Cənubi Qafqazın ən güclü partiyası olan YAP-ın yaranması və dövlətin müxtəlif sahələrində həyata keçirilən strategiyalar Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin birliyini təmin edib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və onun siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmiz üçün ən çətin dövrlərdə həyati əhəmiyyət kəsb edən qərarların qəbuluna imkan yaratdı. O vurğulayıb ki, Yeni Azərbaycan Partiyası gənc siyasi partiya olsa da, ağır sınaqlardan çıxmış, böyük nailiyyətlər əldə etmiş və tarixi məsuliyyət daşıyan siyasi təşkilatdır. E.Həbibullayev Partiyanın sədri, cənab Prezident İlham Əliyevin müdrik idarəçiliyi ilə Azərbaycanın strateji qərarlarının regionda sabitliyin qorunmasına, dövlətin müstəqilliyinin təmin olunmasına xidmət etdiyini qeyd edib.
Tədbirdə YAP Mərkəzi Aparatının rəhbərinin müavini Ramilə Bədəlova, Milli Məclisin deputatı, YAP idarə heyətinin üzvü Hikmət Babaoğlu, millət vəkili Samir Vəliyev, YAP-ın Təftiş Komissiyasının üzvü Musa Musayev, partiyanın veteran üzvlərindən Xıdır İbrahimov və fəal gənc Nigar İsmayılova çıxışlarında bildiriblər ki, Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Bu gün əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev uğurla həyata keçirir. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.
Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
Sonda xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

