Azərbaycanın sülhsevər siyasətinin daha bir nümayişi
06.02.2026 [14:02]
Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycanın Prezidenti cənab İlham Əliyev dünyada qalib, ədalətli sülh yaradan lider kimi tanınır, sülh naminə atdığı cəsarətli addımlar təqdir edilir. Qalib Liderimiz cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində BMT Təhlükəsizlik Şurasının onilliklər boyu kağız üzərində qalan məlum qətnamələri yerinə yetirildi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi.
Fevral ayının 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində ali sülh mükafatının Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təqdim olunması ölkə başçımızın rəhbərliyi ilə Azərbaycanın sülhsevər siyasətini, beynəlxalq münasibətlərdə ədalətə və əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirdi.
Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayedin şərəfinə təsis edilən, Papa Fransisk, Əl-Əzhər Böyük İmamı tərəfindən dəstəklənən nüfuzlu qlobal sülh və insan qardaşlığı mükafatı, dünyanın ən humanitar və sülh yönümlü təltiflərindən biri olan mükafat eyni zamanda illərdir davam edən ədalətsizliklə mübarizə aparan, regionda sülh yaradan liderin əməyinə verilən qiymətdir.
Prezident İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində çıxış edərkən, dinlərarası dialoqun inkişafına verdikləri töhfəyə, həmçinin sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya dərin minnətdarlığını bildirib: ”Mərasimə ünvanladıqları xoş müraciətlərində bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarıma da minnətdarlığımı bildirirəm. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq”.
Sülh, əmin-amanlıq mövzusunda mühüm mesajlar verən Prezident İlham Əliyev onu da vurğulayıb ki, Əbu-Dabidəki bu mükafatlandırma mərasimi simvolikdir, çünki Ermənistan və Azərbaycan arasında danışıqların son mərhələsi ötən ilin iyul ayında Vaşinqtondakı tarixi sammitdən cəmi bir ay əvvəl burada baş tutmuşdu: "Burada, Əbu-Dabidə, qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olması üçün yekun razılığa gəldik və sonra onu Vaşinqtonda rəsmiləşdirdik. Bir daha bu hörmətli və nüfuzlu mükafatı bizə təqdim etmək qərarını verən hər kəsə və sülhə çatmağımıza kömək edən hər kəsə minnətdarlığımı bildirmək istərdim".
Dövlət başçımızın “Zayed İnsan Qardaşlığı Mükafatına” layiq görülməsi Azərbaycanın diplomatik uğuru, eyni zamanda regionda sülhün möhkəmlənməsi istiqamətində böyük addımı oldu. Ali Sülh mükafatının Prezident cənab İlham Əliyevə təqdim edilməsi uzun illər davam edən qarşıdurmanın arxada qaldığını və yeni bir sülh dövrünün başladığını beynəlxalq səviyyədə təsdiq edən mühüm hadisə kimi tarixə yazıldı.
Ali sülh mükafatının qalib ölkəmizin Prezidenti cənab İlham Əliyevə təqdim edilməsi Azərbaycanın sülhpərvər siyasətini bir daha önə çıxardır. Qürurverici haldır ki, adı dünyanın sülh memarları ilə bir sırada çəkilən Prezident İlham Əliyev təkcə öz xalqının maraqlarını qoruyan rəhbər deyil, həm də qlobal problemlərin həllində təşəbbüskar olan, sivilizasiyalararası dialoqa misilsiz töhfələr verən Liderdir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

