Tərtərin mərkəzi meydanında böyük bayram tədbiri keçirilib
30.12.2013 [09:12]
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Tərtər rayonunun mərkəzi meydanında tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbiri YAP rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açaraq tərtərliləri əlamətdar gün münasibətilə təbrik edib. Natiq dünya azərbaycanlılarının təşkilatlanması, soydaşlarımızın həmrəylik ideyası ətrafında birləşməsində Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb.
O, əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan bu əlamətdar tarixin dünyanın 70-dən artıq ölkəsində yaşayan soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşməsinə xidmət etdiyini bildirib. Ramiz Şabanov deyib ki, məhz Ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində bu gün dünyada “Azərbaycan” və “azərbaycanlı” kəlməsinin dəyəri və mahiyyəti daha da artıb.
Qurucusu Ümummilli liderimiz Heydər Əliyev olan Azərbaycan dövlətinin ölkə Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi uğurlardan danışan Ramiz Şabanov vurğulayıb ki, yağı düşmənlə üzbəüz yaşayıb-yaradan Tərtər əhalisi bundan sonra da dövlət başçısının ətrafında sıx birləşərək ölkəmizin daha da qüdrətlənməsi, inkişaf etməsi, dünya birliyində sayılıb-seçilən dövlətlərlə bir sırada olması üçün bütün qüvvə və bacarıqlarını sərf edəcəklər.
Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak etdiklərinə görə bir qrup rayon sakini YAP rayon təşkilatının və rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunub, idarə, müəssisə və təşkilatlarda fəallıqları ilə seçilən bir qrup şəxslər qiymətli hədiyyələrlə mükafatlandırılıb. YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə isə üzvlük vəsiqələri təqdim edilib.
Rayon tədbiri musiqi proqramı və ayrı-ayrı yaradıcı qrupların çıxışları ilə davam etdirilib.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09

