Bakı Şərqlə Qərbin memarlıq qovşağıdır
21.05.2026 [10:23]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası şəhərsalma, memarlıq və dayanıqlı inkişaf məsələlərinin müzakirə olunduğu ən mühüm beynəlxalq platformalardan biri kimi diqqət şəkir. Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın müasir şəhərsalma siyasətinin əsas istiqamətlərini, tarixi irsin qorunmasına verilən önəmi və postmünaqişə dövründə həyata keçirilən nəhəng quruculuq layihələrini əhatə edən mühüm mesajlarla yadda qalıb.
Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi təsadüfi deyil, çünki Azərbaycan son illərdə yalnız iqtisadi və siyasi sahələrdə deyil, şəhərsalma və urbanizasiya istiqamətində də mühüm nailiyyətlər əldə edib. 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi Forumun beynəlxalq nüfuzunu və Bakının qlobal tədbirlərin keçirildiyi mühüm məkanlardan birinə çevrildiyini bir daha təsdiqləyir. COP29-dan sonra belə genişmiqyaslı ikinci beynəlxalq tədbirin Bakıda təşkil olunması ölkənin beynəlxalq əməkdaşlıq platforması kimi artan rolunu nümayiş etdirir.
Prezident İlham Əliyev Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcud olduğunu qeyd edib. İçərişəhərin qədim küçələri ilə müasir memarlıq nümunələrinin eyni məkanda harmonik şəkildə birləşməsi şəhərin unikal görünüşünü formalaşdırır. Bakı Bulvarının illər ərzində genişləndirilməsi, yeni parkların və ictimai məkanların yaradılması paytaxtın müasir urbanizasiya modelinə uyğun inkişaf etdiyinin göstəricisidir.
Dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri şəhərsalma siyasətində insan amilinin ön planda saxlanılması idi. Müasir şəhərlərin yalnız binalardan ibarət olmadığı, insanların rahat yaşayışı, təhlükəsizliyi və sosial rifahı üçün uyğun mühit formalaşdırmasının vacibliyi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan şəhərsalma siyasəti yalnız memarlıq layihəsi deyil, həm də sosial inkişaf konsepsiyası kimi təqdim olunur.
Forum çərçivəsində tarixi-mədəni irsin qorunması məsələsinə də xüsusi diqqət ayrılıb. Azərbaycanın qədim şəhərləri və memarlıq nümunələri xalqımızın zəngin tarixini əks etdirir. Şamaxıdakı qədim məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Gəncənin tarixi memarlıq irsi, Şəki və Qəbələdəki abidələr, Lahıcın əsrlərlə qorunan infrastrukturu xalqımızın yüksək şəhərsalma və memarlıq ənənələrinin göstəricisidir.
Şuşanın yenidən qurulması ilə bağlı səsləndirilən fikirlər forumun mühüm məqamlarından biri oldu. İşğal dövründə dağıdılmış şəhər və kəndlərin bərpası hazırda dövlətin əsas prioritetlərindən biridir. Şuşada, Ağdamda, Zəngilanda və digər yaşayış məntəqələrində aparılan genişmiqyaslı quruculuq işləri göstərir ki, region tamamilə yeni inkişaf mərhələsinə daxil olub. Tarixi abidələrin bərpası ilə yanaşı, müasir infrastruktur layihələrinin həyata keçirilməsi bölgənin gələcək inkişafını təmin edir.
Prezident İlham Əliyev çıxışında Ağdamın işğal dövründə tamamilə məhv edildiyini və beynəlxalq müşahidəçilər tərəfindən “Qafqazın Xirosiması” adlandırıldığını xatırladıb. Lakin qısa müddət ərzində həmin ərazilərdə yolların, körpülərin, hava limanlarının, məktəb və xəstəxanaların tikilməsi dövlətin böyük quruculuq potensialını nümayiş etdirir. Böyük Qayıdış Proqramı çərçivəsində minlərlə insan artıq doğma torpaqlarına qayıdıb və bu proses mərhələli şəkildə davam etdirilir. Dövlətimizin başçısı qeyd edib: “Hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub”.
Forumda ekoloji təhlükəsizlik məsələləri də xüsusi yer tutur. Son illərdə həyata keçirilən layihələr nəticəsində əvvəllər ekoloji baxımdan problemli hesab olunan ərazilər müasir və ekoloji cəhətdən təmiz yaşayış məkanlarına çevrilib. “Ağ şəhər” layihəsi bu istiqamətdə uğurlu nümunələrdən biri kimi mühüm önəm kəsb edir.
Son illərdə paytaxtda yaradılan parklar, yaşıllıq zonaları, müasir ictimai nəqliyyat sistemi və elektrik avtobuslarının istifadəsi şəhərsalma siyasətinin ekoloji istiqamətini nümayiş etdirir. Gələcəyin şəhərləri həm müasir, həm rahat, həm də ekoloji baxımdan dayanıqlı olmalıdır.
Azərbaycan şəhərsalma və urbanizasiya sahəsində beynəlxalq təcrübəni uğurla tətbiq edən, tarixi irsi qoruyan və insan rifahını əsas prioritet hesab edən inkişaf modeli formalaşdırıb. Bakıda keçirilən bu mötəbər Forum isə ölkənin qlobal şəhərsalma siyasətində artan rolunun və beynəlxalq nüfuzunun mühüm göstəricisinə çevrilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47

