Berlin səfəri- etibarlı tərəfdaşlığın və strateji əməkdaşlığın yeni üfüqləri
24.07.2026 [15:43]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri ölkəmizin müstəqil xarici siyasət strategiyasının uğurlu nəticələrini bir daha nümayiş etdirdi. Dünyanın aparıcı iqtisadi və siyasi güclərindən biri olan Almaniyaya həyata keçirilən bu səfər ikitərəfli münasibətlərin inkişafına yeni impuls verməklə yanaşı, Azərbaycanın Avropa ilə əməkdaşlıq siyasətində növbəti mühüm mərhələnin əsasını qoydu.
Prezident İlham Əliyevin səfər çərçivəsində verdiyi bəyanatda səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan və Almaniya arasında əlaqələr yalnız diplomatik münasibətlərlə məhdudlaşmır. İki ölkəni qarşılıqlı hörmətə, etimada, praqmatik əməkdaşlığa və ortaq maraqlara söykənən geniş tərəfdaşlıq əlaqələri birləşdirir. Bu münasibətlər siyasi dialoqdan iqtisadi əməkdaşlığa, enerji təhlükəsizliyindən yaşıl keçidə, elm və təhsildən innovasiya və rəqəmsal texnologiyalara qədər müxtəlif istiqamətləri əhatə edir.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun aparıcı siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilib. Güclü iqtisadi potensial, sabit siyasi mühit, əlverişli investisiya iqlimi və beynəlxalq öhdəliklərə sadiqlik ölkəmizi Avropa dövlətləri üçün etibarlı tərəfdaş kimi ön plana çıxarıb. Almaniya ilə münasibətlərin dinamik inkişafı da məhz bu etimadın real ifadəsidir.
Bu gün Avropanın qarşısında duran əsas məsələlərdən biri enerji təhlükəsizliyidir. Qlobal enerji bazarında baş verən dəyişikliklər fonunda etibarlı tərəfdaşlara olan ehtiyac daha da artıb. Azərbaycan isə özünü sözün əsl mənasında etibarlı enerji tərəfdaşı kimi təsdiqləyib. Prezident İlham Əliyevin bəyanatında da vurğulandığı kimi, ölkəmiz Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan beynəlxalq enerji layihələri, xüsusilə Cənub Qaz Dəhlizi Avropanın enerji təminatında mühüm rol oynayır. Bununla yanaşı, ölkəmiz artıq yaşıl enerji sahəsində də iddialı hədəflər müəyyənləşdirib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən "yaşıl enerji zonası" layihələri, bərpaolunan enerji istehsalının artırılması və xarici investorların bu sahəyə cəlb olunması Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelini nümayiş etdirir. Almaniyanın bu sahədəki zəngin təcrübəsi əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Səfər zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi də əsas müzakirə mövzularından biri oldu. Almaniyanın sənaye, maşınqayırma, yüksək texnologiyalar və rəqəmsal inkişaf sahəsində qazandığı uğurlar Azərbaycan üçün yeni əməkdaşlıq perspektivləri açır. Eyni zamanda, Azərbaycanın nəqliyyat-logistika imkanları, Orta Dəhlizdə oynadığı mühüm rol və Avrasiya məkanında formalaşdırdığı tranzit infrastrukturu Almaniya üçün də strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev bəyanatında regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinin vacibliyini də xüsusi qeyd etdi. Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi konstruktiv mövqe, sülh gündəliyinə sadiqliyi və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan siyasəti ölkəmizin məsuliyyətli dövlət olduğunu bir daha sübut edir. Bu yanaşma beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir.
Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi təsadüfi deyil. Son illərdə ölkəmiz qlobal siyasi və iqtisadi gündəliyin formalaşmasına töhfə verən, beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən, etibarlı tərəfdaş kimi qəbul olunan dövlətə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət kursu Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, beynəlxalq əməkdaşlığın genişlənməsinə də xidmət edir.
Berlinə rəsmi səfər və bu səfər zamanı verilən mesajlar göstərdi ki, Azərbaycan–Almaniya münasibətləri perspektiv baxımından böyük potensiala malikdir. Qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanan bu əlaqələr gələcəkdə daha da inkişaf edəcək, iqtisadi əməkdaşlıq genişlənəcək, siyasi dialoq möhkəmlənəcək və iki ölkə arasında strateji tərəfdaşlıq daha da dərinləşəcək.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri bir daha sübut etdi ki, Azərbaycanın müstəqil, milli maraqlara söykənən xarici siyasəti ölkəmizin beynəlxalq mövqeyini gündən-günə gücləndirir.
Lalə İskəndərova,
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxİdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57

