Zirvəyə yüksələn Azərbaycan dili
30.07.2026 [10:03]
Kənan Qədirli
YAP Ağdam rayon təşkilatı, Ağdam Olimpiya İdman Kompleksi ərazi partiya təşkilatının sədr müavini
Xarici qulaq üçün şeir ahəngi bağışlayan, musiqi kimi axıcı bir səs... Müxtəlif coğrafiyalardan, tamamilə fərqli dillərdən olan insanların Azərbaycan dilini ilk dəfə duyarkən verdikləri o unudulmaz reaksiya elə bu sözlərlə ifadə olunur. Lakin bu ecazkar ahəngin arxasında təkcə estetik gözəllik deyil, əsrlərin geostrateji fırtınalarına, imperiya təzyiqlərinə və yoxolma təhlükələrinə sinə gərən böyük bir milli müqavimət tarixi dayanır.
Biz 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günündə sadəcə bir təqvim tarixini qeyd etmirik. Bu gün, kimliyini itirmək təhlükəsi ilə üz-üzə qalan bir xalqın öz varlığını sözün gücü ilə yenidən bərpa etməsinin təntənəsidir.
Ötən əsrin 70-ci illərinin ortalarını xatırlayaq. SSRİ adlanan nəhəng imperiya mexanizmi tərkibindəki respublikaların milli kimliyini unifikasiya etmək, yəni tək bir dil və mədəniyyət sobasında əritmək siyasi xəttini sürətləndirmişdi. Moskva mərkəzli ideologiya milli dillərin sıxışdırılmasını adi hala çevirmişdi. Hələ 30-cu illərin dəhşətli repressiya maşınının – ana dili məsələsini qabardanların Sibirin buzlu sürgünlərinə göndərildiyi, güllələndiyi günlərin xofu yaddaşlardan silinməmişdi. Bir çox müttəfiq respublika rəhbərlərinin öz dilini qorumaq haqqında danışmağa belə cəsarət etmədiyi bir dövrdə Bakıda tamam başqa bir tarixi dönüşün təməli qoyulurdu.
Ümummilli Lider Heydər Əliyevin həmin illərdə nümayiş etdirdiyi cəsarət təkcə siyasi addım deyil, əsl milli fədakarlıq idi. Moskva ilə gərgin siyasi polemikalara girməkdən çəkinməyən Ulu Öndər SSRİ Konstitusiyasının gətirdiyi məhdudiyyətlərə rəğmən, Azərbaycan dilinin dövlət dili kimi tanıdılması uğrunda mübarizəyə atıldı. Ziyalıları, alimləri, yazıçılardan ibarət böyük bir cəbhəni bu ideya ətrafında səfərbər etdi.
Bu mübarizənin kulminasiya nöqtəsi 1978-ci il aprelin 2-də yaşandı. IX çağırış Azərbaycan SSR Ali Sovetinin sessiyasında Heydər Əliyevin birbaşa təşəbbüsü və qətiyyəti sayəsində respublika Konstitusiyasının 73-cü maddəsinə hər kəsi heyrətləndirən o tarixi cümlə həkk olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Totalitar rejimin tüğyan etdiyi bir zəmanədə bu, sadəcə bir hüquqi maddə deyil, milli müstəqilliyin illər öncədən atılan ilk parlaq qaranquşu idi.
1991-ci ildə müstəqilliyin bərpası ilə dil məsələsi yenidən dövlət quruculuğunun mərkəzinə keçdi. Çünki dil sadəcə ünsiyyət vasitəsi deyil, müstəqil dövlətçiliyin ən başlıca rəmzidir. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasının 21-ci maddəsində ana dilimizin adı birdəfəlik və qəti olaraq “Azərbaycan dili” kimi təsbit olundu.
Ulu Öndərin dil siyasi strategiyasında 2001-ci il xüsusi dönüş nöqtəsidir. İyunun 18-də imzalanan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman bu sahədə sistemli dövlət siyasətinin əsasını qoydu. Məhz bu fərmanla Dövlət Dil Komissiyası yaradıldı, avqustun 9-da imzalanan digər tarixi fərmanla isə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edildi. Qısa müddətdə latın qrafikalı əlifbaya tam keçidin təmin olunması, 2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi ana dilimizin qorunmasını hüquqi qalxanla əhatə etdi.
Ümummilli Lider Heydər Əliyev hər zaman vurğulayırdı: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz”. O, həm də gənclərə xarici dilləri mükəmməl öyrənməyi, lakin ilk növbədə öz ana dilini ən incəliklərinə qədər bilməyi nəsihət edirdi.
Zaman dəyişir, dünya qloballaşır. Bu gün sərhədlərin itdiyi, rəqəmsal informasiya axınının dünyanı bürüdüyü bir dövrdə ana dilimiz yeni çağırışlarla üz-üzədir. Ümummilli Liderin formalaşdırdığı dil strategiyasını müasir dövrün tələblərinə uyğun olaraq inamla davam etdirən Prezident Cənab İlham Əliyev dili həm də milli təhlükəsizlik və milli kimlik müstəvisində qiymətləndirir.
2004-cü ildən başlayaraq latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan Milli Ensiklopediyasının nəşri, dünya ədəbiyyatı incilərinin dilimizə tərcümə olunması bu siyasətin ilkin əhəmiyyətli addımları idi. Lakin əsas hədəf dili qloballaşmanın dağıdıcı təsirlərindən qorumaq və onu rəqəmsal əsrin tələblərinə uyğunlaşdırmaq idi. Prezidentin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramı, 2018-ci ildə Azərbaycan dilinin elektron məkanda geniş tətbiqi və saflığının qorunması ilə bağlı imzalanan fərman və sərəncamlar dilimizin informasiya cəmiyyətindəki mövqeyini möhkəmləndirdi.
Məhz bu fərmanlardan irəli gələrək yaradılan Monitorinq Mərkəzi kütləvi informasiya vasitələrində, küçə reklamlarında, ictimai mühitdə dil normalarının pozulmasına qarşı ciddi baryerə çevrildi. 2019-cu ildə Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Azərbaycan dilinin Orfoqrafiya Normaları” isə dilin daxili nizamını müasir standartlara uyğunlaşdırdı.
Bu ardıcıl siyasi xəttin ən son və mühüm halqası Prezident Cənab İlham Əliyevin 2025-ci il iyulun 31-də imzaladığı tarixi Fərman oldu. Bu fərmanla Azərbaycan dilinin tətbiqinə, normativ hüquqi aktlara və dil normalarına əməl olunmasına nəzarət, habelə dilin inkişafını təmin etmək kimi strateji səlahiyyət birbaşa Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tapşırıldı. Bu addım dövlət dilinə sadəcə inzibati deyil, həm də canlı mənəvi-mədəni irs kimi yanaşıldığının bariz göstəricisidir.
Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Bu, böyük bir coğrafiya, böyük bir mənəvi gücdür. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin AMEA-nın yubiley tədbirindəki proqram xarakterli çıxışında vurğuladığı kimi, dilin saflığının qorunması təkcə dövlətin və ya dilçilərin deyil, hər bir vətəndaşın, jurnalistin, yazıçının, televiziya aparıcısının mənəvi borcudur:
“Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər... Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur.”
Aparıcıların, sosial şəbəkə istifadəçilərinin, gənclərin nitqinə fərqinə varmadan sızan lüzumsuz xarici sözlər, dilin sintaktik quruluşunu pozan süni ifadələr bu gün hər birimizi narahat etməlidir. Çünki dilimizi itirmək milli şüurumuzu, özümüzü itirmək deməkdir.
Azərbaycan dili bədii təsvir imkanlarının zənginliyi ilə poeziya dili, fikrin dəqiqliyi ilə elm dili, kəsərliliyi ilə diplomatiya dilidir. Bu dili bizə əmanət edən babalarımızın ruhu qarşısında, onu imperiya buxovlarından qurtarıb müstəqil stategiyaya çevirən tarixi şəxsiyyətlərin irsi qarşısında cavabdehliyimiz bir şeyi tələb edir: bu zəngin xəzinəni saflığı ilə qorumaq və gələcək nəsillərə daha qüdrətli şəkildə ötürmək. 1 Avqust elə bu müqəddəs məsuliyyəti bir daha dərk etmək günüdür.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12

