Azərbaycan–Özbəkistan dostluğu yeni mərhələdə
26.08.2026 [13:41]
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən xarici siyasət kursunun prioritet istiqamətlərindən biri də beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və bu əsasda dost ölkələrlə münasibətlərin möhkəmləndirilməsidir. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu və dünya ölkələrinə nümunə olacaq xarici siyasət kursu həyata keçirilir. Bu siyasət kursunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atır.Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən birini təşkil edir.
Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik.
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə dinamik inkişaf edən ikitərəfli əlaqələr sırasında xüsusi yer tutur. Tarixi, milli-mənəvi və mədəni yaxınlıq üzərində formalaşan bu münasibətlər bu gün artıq siyasi dialoqun yüksək səviyyəsi, qarşılıqlı etimad və konkret iqtisadi layihələrlə zənginləşərək strateji məzmun kəsb edir. Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri və səfər çərçivəsində səsləndirdiyi fikirlər də bu əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin Daşkəndin və bütövlükdə Özbəkistanın sürətli inkişafı ilə bağlı fikirləri əslində qardaş ölkədə həyata keçirilən islahatların və məqsədyönlü dövlət siyasətinin nəticələrinə verilən yüksək siyasi qiymətdir. Özbəkistanın iqtisadiyyatın şaxələndirilməsi, sənayenin, kənd təsərrüfatının, energetikanın və nəqliyyat infrastrukturunun inkişafı istiqamətində əldə etdiyi nəticələr ölkənin regionda artan rolunu daha da gücləndirir.
Prezident qeyd edib ki, son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin və sıx təmasların həyata keçirilməsi əlaqələrin dinamik inkişafı üçün əlverişli şərait yaradıb. 2024-cü ilin avqustunda Azərbaycanın dövlət başçısının Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında münasibətlərin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib.
Bu gün Azərbaycan-Özbəkistan əməkdaşlığı yalnız bir və ya bir neçə istiqamətlə məhdudlaşmır. Enerji, nəqliyyat, investisiya, turizm, kənd təsərrüfatı, emal sənayesi, avtomobil sənayesi, dağ-mədən, bankçılıq və digər sahələrdə həyata keçirilən layihələr münasibətlərin çoxşaxəli xarakterini nümayiş etdirir. Səfər zamanı yeni sənədlərin imzalanması və bir sıra layihələrin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi də iqtisadi tərəfdaşlığın praktiki nəticələrə söykəndiyini göstərir.
Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm xüsusiyyətlərindən biri də qarşılıqlı investisiyaların genişlənməsidir. İnvestisiyaların dost və qardaş ölkələrə yönəldilməsi ilk növbədə qarşılıqlı etimadın göstəricisidir. Azərbaycan şirkətlərinin Özbəkistan iqtisadiyyatında, Özbəkistanın isə Azərbaycanda həyata keçirilən layihələrdə iştirakının artması iki ölkənin iqtisadiyyatlarının bir-birini tamamlayan imkanlarını üzə çıxarır.
Bu əməkdaşlığın daha bir mühüm istiqaməti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Özbəkistanın fəal iştirakıdır. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin tikintisi, Xankəndidə tikiş fabrikinin yaradılması və digər layihələr qardaş Özbəkistanın Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı genişmiqyaslı quruculuq prosesinə verdiyi dəstəyin konkret nümunələridir. Bu layihələr yalnız iqtisadi əməkdaşlıq deyil, həm də xalqlarımız arasında qardaşlığın real ifadəsidir.
Təhsil sahəsində əməkdaşlığın da genişləndiyini bildirən Prezident 2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşının Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşının Özbəkistanda təhsil aldığını qeyd edib. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına məktəb ölkələrimiz arasındakı qardaşlığın daha bir təzahürü kimi qiymətləndirilib.
Özbəkistandan Azərbaycana turist səfərlərinin sayında da artım müşahidə edilir. 2024-cü ildə ölkəmizə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı səfər edib. Bakı-Daşkənd, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokənd, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan və digər şəhərlər arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətlərinin yaradılması da xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyev Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığına xüsusi əhəmiyyət verdiyini bildirib. Onun sözlərinə görə, iki ölkə TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir.
Azərbaycan və Özbəkistan prezidentlərinin siyasi iradəsi, qarşılıqlı etimad və xalqlarımızın qardaşlıq münasibətləri bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əsas verir. Qarşıdakı dövrdə yeni layihələrin həyata keçirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, nəqliyyat və enerji imkanlarının artırılması Azərbaycan-Özbəkistan tərəfdaşlığını regionun mühüm inkişaf amillərindən birinə çevirəcək.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

