Mineral resursların iqtisadi potensiala çevrilməsi
23.09.2026 [21:38]
Nəzrin Əlizadə
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi
Azərbaycan zəngin təbii ehtiyatlara və geniş mineral resurs potensialına malik ölkələrdən biridir. Müasir dövrdə əsas məqsəd mövcud resursların yalnız hasil edilməsi deyil, onların daha səmərəli şəkildə emal olunması, yüksək əlavə dəyər yaradan məhsulların istehsalına yönəldilməsi və ölkə iqtisadiyyatına daha böyük töhfə verməsinin təmin edilməsidir. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə proqramın əsas istiqamətləri təqdim olunub və sektorun inkişafı ilə bağlı qarşıdakı dövr üçün mühüm hədəflər müəyyənləşdirilib. Dövlət Proqramı yalnız 2030-cu ilədək görüləcək işləri deyil, eyni zamanda sonrakı mərhələlər üçün yeni inkişaf imkanlarının formalaşdırılmasını da nəzərdə tutur.
Proqramın mühüm istiqamətlərindən biri ölkənin mineral resurs bazasının genişləndirilməsi və yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsidir. Bu məqsədlə müxtəlif ərazilərdə axtarış, qiymətləndirmə və kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Hazırda dövlət büdcəsi hesabına 15 min kvadratkilometr ərazidə tədqiqatlar davam etdirilir və bu işlərin 2027-ci ildə tamamlanması planlaşdırılır. Nəticədə işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, Azərbaycanın mineral resurs potensialının xəritəsinin hazırlanması nəzərdə tutulur.
Bununla yanaşı, 10 perspektivli qızıl-mis sahəsində axtarış-qiymətləndirmə işləri aparılır. İlkin kəşfiyyat mərhələsində isə beş yataq üzrə iqtisadi baxımdan səmərəli ehtiyatların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Naxçıvanda “Göydağ” və “Başkənd” mis-qızıl yataqları, Balakəndə “Mazımçay” mis yatağı üzrə ilkin resursların müəyyənləşdirilməsi də bu istiqamətdə görülən işlərin miqyasını göstərir.
Dövlət Proqramında bir sıra strateji yataqların istismara hazırlanmasına da xüsusi diqqət yetirilir. “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” yataqları üzrə nəzərdə tutulan layihələr müxtəlif metal növlərinin hasilatı və emalının genişləndirilməsinə xidmət edəcək.
“Filizçay” yatağında mis, sink və qurğuşunun tamhəcmli emalı, “Söyüdlü” yatağında qızılın flotasiya üsulu ilə emalı, “Daşkəsən” layihəsində isə poladtökmə sahəsi üçün illik 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması planlaşdırılır. Bu layihələr xammalın daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsinə imkan verən istehsal zəncirinin genişləndirilməsinə hesablanıb.
Xüsusi diqqət çəkən məsələlərdən biri də Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyat işlərinin genişləndirilməsidir. Bu ərazilərin mineral resurs potensialının öyrənilməsi regionların iqtisadi imkanlarının artırılması baxımından əhəmiyyətli istiqamətlərdən biridir. Eyni zamanda, təbii sərvətlərin iqtisadi dövriyyəyə cəlb olunması regionlarda yeni sənaye və xidmət sahələrinin inkişafına şərait yarada bilər.
Metallurgiya sənayesinin inkişafı Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramının əsas hədəflərinə əsasən, 2030-cu ilədək sektorun illik ixrac potensialının 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bu isə mineral resursların daha yüksək əlavə dəyərli məhsullara çevrilməsi ilə birbaşa əlaqələndirilir.
Azərbaycanın mineral resurs potensialından səmərəli istifadə olunması, yeni yataqların öyrənilməsi və müasir emal müəssisələrinin yaradılması ölkənin sənaye siyasətində yeni mərhələnin formalaşmasına xidmət edir. 2027–2030-cu illər üçün Dövlət Proqramı bu prosesləri vahid strategiya ətrafında birləşdirərək hasilatdan emala, emaldan isə yüksək əlavə dəyərli məhsulların istehsalına qədər geniş dəyər zəncirinin yaradılmasını qarşıya məqsəd qoyur.
Bu yanaşma Azərbaycanın təbii ehtiyatlarının iqtisadi potensiala çevrilməsi ilə yanaşı, ölkənin sənaye və ixrac imkanlarının genişləndirilməsi üçün də yeni perspektivlər açır. Proqramın həyata keçirilməsi ilə dağ-mədən və metallurgiya sahəsinin daha müasir, rəqabətqabiliyyətli və yüksək əlavə dəyər yaradan sənaye sektorlarından birinə çevrilməsi istiqamətində mühüm addımlar atılması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
27 Sentyabr 20:18
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26

