YAP Gənclər Birliyi 8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirib
08.03.2014 [09:45]
Martın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində 8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov dünyanın əksər ölkələrində, eləcə də, Azərbaycanda qeyd olunan Beynəlxalq Qadınlar Gününün tarixi barədə məlumat verib. Bildirib ki, qadınların kişilərlə bərabərhüquqlu olmaq uğrunda apardığı mübarizənin başlanğıcı 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaş, uzun iş saatları, eyni zamanda, ağır iş şəraitinə etiraz olaraq tətil etməsi ilə qoyulub: “Nümayişdə ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi. Bu hadisələrdən 52 il sonra Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 martı Dünya Qadınlar Günü olmasını təklif edib və bu təklif qəbul edilib”.
Qadınlarımızın Azərbaycanın ictimai-siyasi həyatında rolunu yüksək dəyərləndirən YAP Gənclər Birliyinin sədri ölkəmizin inkişafında, müxtəlif sferalarda nailiyyətlərin qazanılmasında onların xüsusi rolunun olduğunu vurğulayıb. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycanda qadın siyasətinin həyata keçirilməsi barədə müvafiq sərəncamları ölkəmizdə ictimai həyatın müxtəlif sahələrində qadınlara kişilərlə bərabər işləmək üçün yeni imkanlar yaradıb: “Bu gün ölkəmizdə qadınlar istər idarəetmə, istərsə də qərar qəbuletmədə təmsil olunurlar. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi artaraq 28 faizə çatıb. Milli Məclisdə qadın deputatların sayı artır, hazırda ölkə parlamentində qadınların xüsusi çəkisi 16 faizdir. Artıq respublikanın əksər rayonlarının icra başçılarının müavinləri qadınlardır. Yeni Azərbaycan Partiyasının siyasətində də qadınlara önəm verilir”
Seymur Orucov tədbirdə iştirak edən xanımların timsalında bütün qadınları 8 Mart bayramı münasibətilə təbrik edib, onlara cansağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulayıb.
Bayram tədbirində iştirak edən xanımlara müxtəlif hədiyyələr təqdim olunub.
Sonda 8 mart-Beynəlxalq Qadınlar Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11

