Qlobal iqtisadi dialoqun ünvanı
28.09.2026 [13:36]
Azərbaycanın son illərdə müxtəlif mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi ölkəmizin qlobal miqyasda artan nüfuzunun və beynəlxalq əməkdaşlıq platforması kimi mövqeyinin göstəricisidir. Bakının mühüm siyasi, iqtisadi və humanitar tədbirlərin keçirildiyi məkana çevrilməsi Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlığa verdiyi töhfəni nümayiş etdirir.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da Azərbaycanın qlobal iqtisadi proseslərdə fəal iştirakını, investisiya imkanlarını və regional bağlantıların inkişafında artan rolunu nümayiş etdirən mühüm beynəlxalq platformalardan biridir. Forumun cari ilin sentyabr ayının 25-26-da “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilməsi müasir dövrdə iqtisadi sabitlik, qarşılıqlı etimad və regional əməkdaşlığın əhəmiyyətini bir daha önə çıxarıb. Tədbir Azərbaycanın yeni iqtisadi reallıqlar fonunda investisiya, enerji, nəqliyyat-logistika və digər perspektivli sahələr üzrə imkanlarının beynəlxalq investorlar qarşısında təqdim edilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.
Sentyabrın 26-da Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir keçirilib. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın iqtisadi inkişaf modelinin əsas istiqamətlərini, ölkənin artan investisiya imkanlarını, nəqliyyat-logistika potensialını, enerji siyasətini və Cənubi Qafqazda formalaşan yeni geoiqtisadi reallıqları əhatə edib.
Dövlət başçısının çıxışında xüsusi vurğuladığı məqamlardan biri Azərbaycanın sabit iqtisadiyyat və müstəqil maliyyə-iqtisadi sistem formalaşdırmasıdır. Bu amillər ölkənin uzunmüddətli inkişaf perspektivlərinin mühüm dayaqları kimi təqdim olunub. Valyuta ehtiyatlarının xarici borcu 20 dəfə üstələməsi Azərbaycanın maliyyə dayanıqlığının göstəricilərindən biri kimi diqqətə çatdırılıb.
Prezident İlham Əliyev uzunmüddətli və dayanıqlı iqtisadi artım üçün neft-qaz sektorundan kənar sahələrin potensialından daha geniş istifadə edilməsinin vacibliyini qeyd edib. Bu baxımdan mədənçilik, bərpaolunan enerji, logistika, nəqliyyat, rəqəmsal transformasiya və digər istiqamətlər Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm yer tutur. Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialının mövcudluğu isə ölkənin yaşıl enerji sahəsində imkanlarının miqyasını göstərir.
Çıxışda logistika, nəqliyyat və bağlantılar iqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi kimi xarakterizə edilib. Son illərdə dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımaya və avtomobil yollarına böyük həcmdə investisiyaların yatırılması Azərbaycanın regional nəqliyyat qovşağı kimi mövqeyini gücləndirib. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin sürətlə artması da bu siyasətin nəticələrindən biri kimi təqdim olunub. Azərbaycanın böyük Mərkəzi Asiya regionunun bir hissəsi olması isə ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat əlaqələrindəki rolunu daha da artırır.
Prezident İlham Əliyev investorlar üçün siyasi və iqtisadi sabitliyin əhəmiyyətini də xüsusi qeyd edib. Azərbaycanın etibarlı tərəfdaş kimi formalaşdırdığı beynəlxalq əməkdaşlıq portfeli, enerji və nəqliyyat layihələrində əldə etdiyi təcrübə ölkənin investisiya cəlbediciliyinin əsas elementləri sırasında göstərilib. “Exxon” şirkəti ilə müqavilənin imzalanmasının da Azərbaycanın beynəlxalq enerji əməkdaşlığının genişlənməsinin növbəti nümunəsi olduğu vurğulanıb.
Enerji məsələsinə toxunan dövlət başçısı Azərbaycanın artıq yalnız Avropanın enerji mənbəyi olmadığını, ölkənin enerji potensialının yeni istiqamətlər üzrə də genişləndiyini bildirib. Elektrik enerjisi sahəsində mövcud 250 meqavatlıq ehtiyatın başlanğıc mərhələ olduğu qeyd edilib. Bununla yanaşı, Azərbaycanın iqlim dəyişikliklərinin təsirlərinə hələ ciddi şəkildə məruz qalmaması və ölkə ərazisinin 96 faizinin qazlaşdırılması da çıxışda diqqətə çatdırılıb.
Azərbaycanın rəqəmsal transformasiya və fəaliyyət mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən layihələr də çıxışın mühüm hissəsini təşkil edib. Dövlət başçısı texnologiyaların əldə olunmasının mümkünlüyünü qeyd etməklə yanaşı, peşəkar və ixtisaslı kadrların hazırlanmasının strateji əhəmiyyətini vurğulayıb. Bu kontekstdə 2003-cü ildə Prezident seçildikdən sonra gənclərin xaricdə təhsil alması məqsədilə Dövlət Proqramının qəbul edilməsi Azərbaycanın insan kapitalına yönəlmiş siyasətinin uzunmüddətli xarakterini göstərən nümunə kimi təqdim olunub. Çıxışda informasiya mühiti və investorların qərarverməsi məsələsinə də toxunulub. Böyük kapitalı təmsil edən şəxslərin saxta xəbərlər yayan mediaya deyil, etibarlı və yoxlanılmış informasiyaya əsaslanmasının vacibliyi vurğulanıb. Bu yanaşma müasir investisiya mühitində etimad və düzgün informasiyanın əhəmiyyətini ön plana çıxarır.
Prezident İlham Əliyev Azərbaycanın neft sənayesinin tarixindən danışarkən ölkəmizin dünyada neftin hasil edildiyi ilk məkan olduğunu xatırladıb və ilk neft buruğunun xatirəsinin qorunub saxlanıldığını bildirib. İkinci Dünya müharibəsi illərində Azərbaycanın Sovet ordusunun yanacaq tələbatının 80 faizindən çoxunu təmin etməsi də ölkənin enerji tarixindəki rolunun göstəricisi kimi qeyd olunub. Çıxışın mühüm siyasi-tarixi məqamlarından biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı fikirlər olub. Dövlət başçısı Ermənistanın işğalının 30 il davam etdiyini və Azərbaycanın torpaqlarını güc yolu ilə azad etdiyini bildirib. Bu reallıq Azərbaycanın hazırkı iqtisadi və investisiya mühitinin formalaşmasında mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilə bilər.
Ümumilikdə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın iqtisadi inkişafının enerji sektorundan şaxələndirilməsi, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, yaşıl və rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi, insan kapitalına investisiyanın artırılması və ölkənin regional bağlantılarda rolunun gücləndirilməsi kimi istiqamətləri əhatə edib.
Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu qlobal iqtisadi çağırışlar fonunda etimad, sabitlik və regional bağlantı məsələlərinin müzakirəsi baxımından mühüm platforma kimi çıxış edib. Forum Azərbaycanın əlverişli investisiya mühiti, zəngin enerji və nəqliyyat potensialı, maliyyə dayanıqlığı və yeni iqtisadi imkanlarını beynəlxalq investorların diqqətinə çatdırmaq baxımından əhəmiyyət daşıyıb. Tədbirin Cənubi Qafqazda formalaşan yeni iqtisadi reallıqların, regional əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişaf perspektivlərinin müzakirəsinə geniş imkan yaratması onun regional əhəmiyyətini artırıb. Forum çərçivəsində investisiya layihələrini əhatə edən 23 sənədin imzalanması müzakirələrin konkret əməkdaşlıq istiqamətlərinə çevrildiyini göstərir. Nəticə etibarilə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın qlobal iqtisadi əlaqələrdə rolunun möhkəmlənməsinə və ölkənin investisiya, enerji, nəqliyyat, rəqəmsal transformasiya və digər perspektivli sahələr üzrə imkanlarının beynəlxalq səviyyədə təqdim edilməsinə xidmət edən mühüm tədbir kimi yadda qalıb.
Vasif Nəbiyev
YAP Yasamal rayon təşkilatının məsələhətçisi
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

