Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurası Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirib

YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurası Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirib

03.05.2014 [09:48]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Qadınlar Şurası rayonda yerləşən Məktəb-Lisey Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə şagirdlərin asfalt üzərində rəsm əsərlərinə, gül sərgisinə və digər kompozisiyalara tamaşa ediblər.
Tədbir kompleksin akt zalında davam etdirilib. Tədbiri giriş sözü ilə açan Məktəb-Lisey Kompleksinin direktor müavini Xədicə Əliyeva Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən bəhs edib. X.Əliyeva, eyni zamanda, Ümummilli liderimizin təhsilin, elmin, mədəniyyətimizin inkişafı, Azərbaycan xalqının bir ideya - azərbaycançılıq ideyası ətrafında birləşməsi istiqamətində atdığı addımlardan geniş söhbət açıb.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova isə bildirib ki, həm Sovet hakimiyyəti, həm də müstəqillik dövründə Ulu öndər Heydər Əliyev yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət edib. O qeyd edib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir: “Bu günümüzün gerçəkliyi budur ki, Azərbaycan dinamik inkişaf yolundadır. Hər bir sahədə tərəqqi müşahidə olunur. Dünyanın ən nüfuzlu mətbuat orqanlarında ölkəmizin iqtisadi və siyasi uğurları geniş şərh olunur. Eyni zamanda, dünya siyasətçiləri bu fikri hər zaman bəyan edirlər ki, ölkəmizdə həyata keçirilən siyasətin alternativi yoxdur”.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Məhbubə Məmmədova bildirib ki, Ümummilli lider Heydər Əliyev millətimizin və dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib. Ölkəmizin ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra düşmüş olduğu çətin dönəmlərdən də məhz Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və yüksək bacarığı sayəsində xilas olduğunu söyləyən Qadınlar Şurasının sədr müavini dövlətimizin sağlam, sarsılmaz təməllər üzərində bərqərar olmasının əsasının da o dövrlərdə qoyulduğunu vurğulayıb. M.Məmmədova Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin praqmatik siyasəti ilə ölkəmizin daha da yüksək inkişaf xətti tutduğunu vurğulayıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 870 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30