Gəncədə növbəti bilik yarışı keçirilib
07.05.2014 [09:58]
Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Gəncə şəhərində çoxsaylı tədbirlər keçirilir. Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı Gənclər Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə ənənəvi olaraq, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında futzal, şahmat turnirlərindən sonra növbəti dəfə bilik yarışı keçirilib.
Yarışı giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev qeyd edib ki, bilik yarışının keçirilməsində əsas məqsəd Heydər Əliyevin həyat və fəaliyyətinin gənclər tərəfindən daha geniş öyrənilməsinə, gənc nəslin Heydər Əliyev ideyaları ruhunda tərbiyə edilməsinə nail olmaqdan ibarətdir. Yarışın I turunda 8 komanda arasında 4 görüş keçirilib. İlk görüşdə ATU ilə AzMİ Gəncə filialı, 2-ci görüşdə ADAU ilə Texniki Kollec, növbəti görüşdə GDU ilə Musiqi Kolleci, sonda isə Tibb Kolleci ilə Humanitar Kollecin komandaları yarışıblar. I turun yekununa əsasən bu görüşlərdə qalib komandalar - ATU, ADAU, GDU, Humanitar Kollec yarım finala vəsiqə qazanıblar.
2 may 2014-cü ildə keçirilən bilik yarışının yarımfinal mərhələsinin ilk görüşü ATU və GDU arasında, növbəti yarışma isə ADAU ilə Humanitar Kollec arasında keçirilib. Qalib komandalar- ADAU və GDU finala vəsiqə qazanıblar. Üçüncülük uğrunda mübarizə aparan ATU və Humanitar Kollecin təmsilçiləri yüksək bilik nümayiş etdiriblər və nəticədə ATU 3-cü yerin sahibi olub. Finalda görüşən GDU və ADAU komandalarının üzvləri zəngin dünyagörüşlü və dolğun məlumatlı olduqlarını təsdiqləyiblər. Yekunda GDU komandası qalib gəlib.
Sonda çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bu yarışda hərtərəfli bilik nümayiş etdirən gənclərin Ulu öndər Heydər Əliyevə dərin hörmət və rəğbətini, Onun müqəddəs ideyalarına sədaqətini, gənclərin güclü vətənpərvərlik hissini yüksək qiymətləndirib, qalib komandanın üzvlərini ürəkdən təbrik edib, bütün iştirakçılara təhsildə və həyatda uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31

