Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Naftalanda “Azərbaycan gəncliyi və inkişaf modeli” mövzusunda tədbir keçirilib

Naftalanda “Azərbaycan gəncliyi və inkişaf modeli” mövzusunda tədbir keçirilib

19.06.2014 [09:45]

Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində “Azərbaycan gəncliyi və inkişaf modeli” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) nümayəndələri iştirak ediblər.
YAP GB-dən AzərTAc-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə dərin ehtiramlarını ifadə edib, abidəsi önünə gül-çiçək dəstələri düzüblər.
YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin sədri Aynurə Novruzova məruzə ilə çıxış edərək dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən danışıb. Gənclərin Naftalanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak etdiyini xüsusi vurğulayan A.Novruzova YAP şəhər təşkilatının sıralarında 400-ə yaxın gənc olduğunu diqqətə çatdırıb.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov və digərləri çıxış edərək Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar. Çıxışlarda Prezident İlham Əliyevin əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini uğurla həyata keçirməsi nəticəsində ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin fəallığının artdığı bildirilib. Həmçinin dövlət gənclər siyasətində gənclərin yeri və rolundan, onlarla bağlı həyata keçirilən proqramlardan söhbət açılıb, “Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramının əhəmiyyəti xüsusi vurğulanıb.
Tədbirdən sonra şəhərin fəal gənclərinə layihələrin hazırlanması, büdcə təhlili və donor təşkilatlarla işləmək qaydaları mövzusunda təlim keçirilib.
YAP GB-nin layihələr üzrə əlaqələndiricisi Leyla Kərimovanın apardığı təlimlər iyunun 19-da başa çatacaq.

Paylaş:
Baxılıb: 1141 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30