Oğuzda “Yay məktəbi” işini uğurla davam etdirir
08.07.2014 [10:26]
Sədaqət Vəliyeva: Azərbaycanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyası ölkəmizin demokratik inkişafının əsasını təşkil edir
Oğuz rayonunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinə start verilib.
Məktəbin ilk günündə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyevanın rəhbərliyi ilə açılış mərasimi keçirilib.
Millət vəkili gəncləri salamlayaraq, layihənin əhəmiyyəti haqqında danışıb. O, proqram və qaydalar haqqında məlumat verib, bütün gəncləri intizam qaydalarına ciddi əməl etməyə çağırıb.
YAP GB Ofisinin kütləvi tədbirlər üzrə koordinatoru Aytən Hüseynova təşkilati işlərlə bağlı gənclərin suallarını cavablandırıb, keçiriləcək oyunlar və təşkil olunacaq görüşlər barədə danışıb.
Gənclər “Qarabağ”, “İşıqlı gələcək”, “Odlar yurdu”, “Qırmızı kart” adları altında 4 komandaya bölünüblər.
İstirahətdən sonra isə komandalar arasında praktik oyunlar təşkil olunub.
Şam yeməyindən sonra gənclər arasında interaktiv oyunlar və “İstedad gecəsi” adlı tədbir keçirilib.
Məktəbin ikinci günündə gənclərə Azərbaycanın demokratik inkişaf yollarından və istiqamətlərindən danışılıb.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edərək bildirib ki, Azərbaycanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyası ölkəmizin demokratik inkişafının əsasını təşkil edir.
Deputat bildirib ki, demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi kimi strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir.
Sədaqət Vəliyeva vurğulayıb ki, bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer almaqdadır: “Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin komponentlərinin təşəkkül tapmasını, həmçinin, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını şərtləndirən başlıca amil mütəmadi surətdə islahatlarının həyata keçirilməsi olub”.
Sonra deputat Sədaqət Vəliyeva gənclərin mövzu ilə əlaqədar suallarını cavablandırıb.
Həmin gün gənclər arasında müxtəlif idman növləri üzrə yarışlar keçirilib, interaktiv oyunlar və “İstedad gecəsi” adlı tədbirlər təşkil olunub.
Qeyd edək ki, Oğuzda “Yay məktəbi” davam edir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

