Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gənclər Birliyinin təşkil etdiyi ekoloji tur gənclərdə yüksək təəssüratlar yaradıb

YAP Gənclər Birliyinin təşkil etdiyi ekoloji tur gənclərdə yüksək təəssüratlar yaradıb

24.09.2014 [09:34]

“Ekologiyasız həyat yoxdur” layihəsi çərçivəsində gənclər ARDNŞ-nin Qalada yerləşən Ekoparkına səhayət ediblər
Ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) sıralarında gənclər böyük üstünlük təşkil edir və partiyaya yeni qoşulanların əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirir. Gənclərin inkişafı üçün bütün imkanları yaradır və gənclərlə sıx işləməyi başlıca hədəflərindən biri hesab edir. Məhz bu səbəbdəndir ki, ölkəmizin intellektual gəncliyi öz siyasi talelərini YAP-la bağlayır. Partiyamız, həmçinin, gənclərdən gələn təklifləri, layihələri diqqətlə qarşılayır və lazımi dəstəyini verir.
Yeni Azərbaycan Partiyası gənclərin ictimai-siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında partiyanın Gənclər Birliyi tərəfindən 2007-ci ildən başlayaraq hər il keçirilən Yay və Qış liderlik məktəblərini xüsusi qeyd etmək istərdik. Bu layihələrin əsas məqsədi ümumilikdə bölgə gənclərinin də ictimai-siyasi fəallığını artırmaq, onlar arasında sıx birlik yaratmaqdır.
Eyni zamanda, təşkilatın ekologiya ilə əlaqədar başladığı layihə də gənclər tərəfindən böyük maraqla qarşılanıb. Xatırladaq ki, sentyabrın 10-da YAP Gənclər Birliyinin ofisində “Ekologiyasız həyat yoxdur” layihəsinin açılış mərasimi keçirilib. YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov təqdim olunan layihənin əhəmiyyətindən danışıb. S.Orucov bildirib ki, YAP Gənclər Birliyinin ofisində müntəzəm olaraq gənclər üçün belə maraqlı layihələr təşkil olunur.
YAP Gənclər Birliyinin layihələr üzrə koordinatoru Leyla Kərimova isə “Ekologiyasız həyat yoxdur” layihəsinin təqdimatını edib. Məlumat üçün bildirək ki, layihə “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 11-ci bəndindəki “Ətraf mühitin qorunması və ekologiya məsələləri” müddəası əsas tutularaq icra edilir. Məhz buna görə də, YAP Gənclər Birliyi sentyabr ayını “Ekologiya ayı” elan edərək ekoloji layihələr həyata keçirir. Bir ay ərzində hər həftənin beşinci günü təlimlər və şənbə günü isə ekoloji turlar təşkil edilir. Sentyabrın 30-na qədər davam edəcək layihənin bağlanış mərasimində iştirakçı gənclərə sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, layihə çərçivəsində YAP Gənclər Birliyi gənclər üçün ekoloji tur təşkil edib. Belə ki, 50 nəfərə yaxın gənc ARDNŞ-nin Qalada yerləşən Ekoparkını ziyarət ediblər. Bu tur gənclərdə böyük təəssüratlar yaradıb. Həmsöhbətimiz olan gənclər bildiriblər ki, belə bir layihənin həyata keçirilməsi maarifləndirmə baxımından da vacibdir.
Məsələn, Orxan Daşdəmirov “Ekologiyasız həyat yoxdur” layihəsində iştirak etdiyi üçün çox sevindiyini deyib: “Çünki bu layihə vasitəsilə ekologiya haqqında biliklərimi artırdım. Bu layihə çərcivəsində ARDNŞ-nin nəzdində olan Ekoparka səyahət də etdik və bura ilə tanış olduq. Mən belə layihələrin daha çox olmasını istərdim. Çünki ekologiya insan həyatında ən vacib amillərdən biridir”.
AZMİU-nun 2-ci kurs tələbəsi Leyla Paşayeva isə deyib ki, ixtisasına daha mükəmməl yiyələnmək üçün universitetdə keçirilən dərslərdən əlavə bir çox təlimlərdə iştirak edir: “Sentyabr ayında YAP Gənclər Birliyinin başladığı “Ekologiyasız həyat yoxdur” təlimində iştirak etdim. Ekspert Roman İsayevin “Neftlə çirklənmiş torpaqların təmizlənməsi”, “Tullantıların idarə olunması”, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyəti” və s. haqqında fikirlərini dinlədim və mövzu əsasında müzakirələr oldu. Daha sonra Ekopark ərazisində oldum və parkın layihəsi haqqında məlumatlar aldım. Sentyabrın sonunadək davam edəcək təlimdə bir çox məlumatlar əldə edəcəyimə əminəm. Ekologiya ilə bağlı təlimlərimizin hər il olmasını istərdim. Yeni Azərbaycan Partiyasının gənclərə göstərdiyi qayğı bir daha öz təsdiqini tapır. Təlim zamanı maraqlı faktlarla, məlumatlarla tanış olduq. Buna görə Yeni Azərbaycan Partiyasına və layihənin təşkilatçılarına təşəkkürümü bildirirəm”.
ADİU-nun 2-ci kurs tələbəsi Əvəzağa Məlikov isə ekologiya layihəsinin onun üçün olduqca maraqlı olduğunu qeyd edib: “Layihə çərçivəsində Ekopark ərazisində olduq və layihə haqqında məlumatlandırıldıq. Növbəti təlimlərin və turların daha da maraqlı və faydalı olacağına inanıram. YAP Gənclər Birliyinin ofisində hər dəfə məhz biz gənclər üçün maraqlı layihələr təşkil etdiyinə və gənclərin maarifləndirilməsinə müsbət töhfə verdiyinə görə partiya rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm”.
Digər iştirakçı Anar Talıbov da bu layihəyə qoşulmasından məmnunluğunu bildirib: “Bu günlər ərzində müxtəlif peşə sahibləri ilə görüşdük, mütəxəssisləri dinlədik. Eyni zamanda, Ekoparka səfər etdik. Bu layihə vasitəsilə ekologiya sahəsində çox önəmli işlərin həyata keçirildiyini gördüm və bu da məndə çox gözəl təəssürat yaratdı”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 807 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30