YAP Azərbaycanın inkişafına xidmət edən ümumxalq partiyasıdır
20.11.2014 [10:03]
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı tərəfindən partiyanın yaranmasının 22-ci ildönümü münasibətilə tədbir keçirilib
Dünən Bakı Biznes Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı tərəfindən partiyanın yaranmasının 22-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, təşkilatın sədr müavini Tağı Əhmədov, “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, professor İradə Hüseynova və digərləri iştirak edib.
YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov tədbiri açaraq Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurət olduğunu bildirib. Qeyd edib ki, YAP zamanın tələbi və xalqın istəyi ilə yaranan ümumxalq partiyasıdır: “Yeni Azərbaycan Partiyası 22 illik fəaliyyəti dövründə zəngin və şərəfli inkişaf yolu keçib. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası hakimiyyətə gəldikdən sonra Azərbaycan xaos və hərc-mərclikdən xilas oldu, ölkəmizdə ictimai-siyasi sabitlik təmin olundu. Ümummilli lider Heydər Əliyevin həyata keçidiyi siyasət sayəsində Azərbaycan tənəzzüldən xilas olaraq inkişaf yoluna çıxdı. Bu mənada, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı və dövlətinin xilaskarıdır”.
F.İsmayılov bildirib ki, Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə və Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiqliyi, xalq və dövlət qarşısında xidmətləri onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib.
YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov isə diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqı və dövlətinin olduqca mürəkkəb vəziyyətlə qarşı-qarşıya olduğu bir şəraitdə xalqın istəyi və çağırışı ilə yaranıb: “Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının milli maraqlara əsaslanan fəaliyyəti sayəsində Azərbaycan əsl müstəqilliyə qovuşdu, ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu, milli inkişafın əsası qoyuldu”.
T.Əhmədov əlavə edib ki, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Yeni Azərbaycan Partiyasının fəaliyyətinin uğurlu nəticələrini göstərən faktlardan biri də budur ki, partiyamız 1993-cü ildən etibarən keçirilən bütün seçkilərdə qələbə qazanıb və özünü ümumxalq partiyası kimi təsdiq edib”.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, professor İradə Hüseynova isə vurğulayıb ki, mürəkkəb tarixi şəraitdə yaranaraq Azərbaycan dövlətini xaosdan xilas edən Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin siyasi nüfuzunun, zəngin dövlətçilik təcrübəsinin, siyasi səriştəsinin məhsuludur: “YAP-ın yaranması tarixi hadisədir. YAP Azərbaycanın gələcəyinə xidmət edən ümumxalq partiyasıdır”.
Sonda isə partiya sıralarına qoşulan bir qrup gəncə YAP-ın üzvlük vəsiqələri təqdim olunub, həmçinin, partiyanın fəaliyyətində aktivlik nümayiş etdirən bir neçə şəxsə fəxri fərman verilib.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39

