Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq salnaməsidir

20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq salnaməsidir

20.01.2015 [10:02]

YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurası 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Qadınlar Şurası 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirib. N.Nərimanov adına 45 saylı tam orta məktəbdə keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru, YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurası idarə heyətinin üzvü Nazilə Məmmədova bildirib ki, 1990-cı il yanvarın 20-nə keçən gecə törədilmiş dəhşətli hadisələr Azərbaycanda baş qaldıran azadlıq hərəkatına qarşı yönəlmiş amansız bir aksiya idi. N.Məmmədova 1990-cı ilin Qanlı Yanvarında Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşilik törədildiyini bildirib, bu faciənin səbəbləri, tarixi kökləri barədə danışıb.
Çıxış edən YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova 20 Yanvar faciəsinin başvermə səbəbləri, keçmiş Sovet ordusunun Bakıda törətdiyi cinayətlər haqqında ətraflı məlumat verib. M.İbrahimova deyib ki, 20 Yanvar tariximizin unudulmaz qəhrəmanlıq salnaməsidir: “Həmin gün Azərbaycan xalqı özünün yenilməzliyini, müstəqillik uğrunda mübarizə əzminin sarsılmazlığını bütün dünyaya sübut etdi. Xalqımızın azadlıq uğrunda apardığı mübarizə öz nəticəsini verdi. Uzun illər həsrətində olduğumuz müqəddəs arzuya, azadlığa qovuşduq. 20 Yanvar faciəsinin 25-ci ildönümü ərəfəsində biz ötən illəri xatırlamalı, xalqımızın ağır sınaqlardan necə şərəflə çıxdığını iftixar hissi ilə qeyd etməliyik. Ümummilli liderimiz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, dövlətçilik məharəti, cəsarətli addımları sayəsində Azərbaycanda sabitlik bərqərar oldu, Ermənistanla müharibədə atəşkəsə nail olundu, xalqımızın inamı özünə qaytarıldı, Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq sabit və rəvan yola qədəm qoydu. 20 Yanvar faciəsində insanlar müstəqilliyimiz uğrunda şəhid oldular və bu gün müstəqil ölkəmiz sürətlə inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Ona görə də, şəhidlərimizin ruhu rahatdır”.
Təşkilatın Qadınlar Şurasının sədr müavini Məhbubə Məmmədova çıxışında bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları Bakıya yeridilərək dinc əhaliyə divan tutub, qırğınlar törədib: “O dəhşətli gecədə əliyalın insanlara, o cümlədən, uşaqlara və qocalara qarşı qəddarlıq göstərilib, günahsız qanlar tökülüb. Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi. 20 Yanvar faciəsi ermənipərəst Sovet rəhbərliyinin Azərbaycana qarşı məkrli niyyətini bir daha açıb göstərdi. Hadisədən dərhal sonra xalqımızın böyük oğlu, dünyaşöhrətli siyasətçi Heydər Əliyev Özünün və ailə üzvlərinin həyatı üçün təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiyanın əsl niyyətlərini bütün dünyaya bəyan etdi. Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra bu qanlı aksiyaya siyasi-hüquqi qiymət verildi”.
Sonra məktəblilər 20 Yanvar facəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim ediblər.
Qeyd edək ki, dünən, həmçinin, YAP Nərimanov rayon təşkilatının qərargahında 20 Yanvar faciəsinə həsr olunmuş fotostendlər təşkil edilib. Təşkilatın fəalları və ictimaiyyət nümayəndələri fotostendlərlə tanış olublar.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 859 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30