Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Mingəçevirdə “20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib

Mingəçevirdə “20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib

22.01.2015 [09:43]

20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları öncə Şəhidlər xiyabanını ziyarət edib və “Əbədi məşəl” kompleksi önünə gül dəstələri qoyaraq şəhidlərin əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.
Sonra tədbir iştirakçıları Şəhidlərin Xatirə Muzeyinə baxış keçiriblər və onlara Mingəçevir Şəhidlər xiyabanının Xatirə Muzeyinin fəaliyyəti, şəhərin şəhidləri və milli qəhrəmanları haqqında ətraflı məlumat verilib.
Tədbirdə, həmçinin, şəhid F.Qasımov adına Uşaq İncəsənət Məktəbinin və Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzinin Rəsm studiyasının tələbələrinin 20 Yanvar faciəsini özündə əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə də baxış təşkil olunub.
Sonda YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin üzvləri və tədbirin digər iştirakçıları 20 Yanvar faciəsini əks etdirən sənədli filmə baxıblar.

Paylaş:
Baxılıb: 920 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30