YAP-ın Partiyadaxili inkişaf və intizam komissiyasının iclası keçirilib
06.02.2015 [09:48]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Partiyadaxili inkişaf və intizam komissiyasının iclası keçirilib. İclasda komissiya üzvləri ilə yanaşı partiyanın Bakı şəhəri və Abşeron rayonu üzrə təşkilatlarının sədrləri və aparat rəhbərləri iştirak ediblər.
İclasda partiyaya qəbulda keyfiyyət göstəricilərinin əsas prinsipləri müzakirə olunub. Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov bildirib ki, ölkəmizdə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında olan siyasi qüvvə yoxdur. Onun sözlərinə görə, partiyamız öz gücünü Heydər Əliyev ideyalarından alır. Hazırda YAP-ın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da gücləndiyini vurğulayan komissiya sədri partiyaya qəbulda keyfiyyətə xüsusi diqqət yetirildiyini deyib. K.Kərimov qəbul prosesində əsas prinsipləri sadalayıb və qeyd edib ki, YAP sıralarına gənclərin qəbulu prioritetdir. Xüsusilə, Heydər Əliyev ideyalarına sadiqlik, Prezident İlham Əliyevin siyasətinin dəstəklənməsi, şəxsin ideya-siyasi hazırlığı, mədəni-əxlaqi keyfiyyətləri və digər vacib amillər YAP sıralarına qəbulda əsas prinsiplərdir. “Partiyaya qəbulda düzgün seçim aparılması, əqidəli, savadlı, bacarıqlı, təşəbbüskar gənclərə üstünlük verilməsi partiyadaxili inkişafın ən vacib şərtlərindəndir” - deyə komissiya sədri vurğulayıb. Onun sözlərinə görə, partiyaya qəbul prosesində xüsusilə gənclərə milli-mənəvi dəyərlərimiz, ana dilimiz, dinimiz, vətənpərvərlik və dövlətçilik barədə sualların verilməsi əsas yer tutmalıdır. Bu prosesdə, həmçinin, partiyaya qəbul olmaq istəyən şəxslərin iş yerində və ya təhsil aldığı müəssisədə fəaliyyəti, o cümlədən, gənc oğlanların hərbi xidmətə münasibəti də nəzərə alınmalıdır. Komissiya sədrinin sözlərinə görə, bu prinsiplər tövsiyə xarakteri daşıyır.
K.Kərimov bildirib ki, keyfiyyət prinsiplərinin əsas tutulması partiyamızın qurucusu, Ümummilli lider Heydər Əliyevin YAP qarşısında qoyduğu vəzifələrdən biridir. Bu vəzifələrin əsasını isə Yeni Azərbaycan Partiyasının ideya, əqidə sağlamlığının təmin edilməsi təşkil edib. Komissiya sədri qeyd edib ki, partiyadaxili inkişafın əsas istiqamətlərindən biri partiyaya qəbulda gənclərə üstünlük verilməsidir. K.Kərimov deyib ki, hazırda partiya sıralarında 300 min nəfər qadın, 254 min nəfər gənc təmsil olunur. Başqa sözlə desək, müvafiq olaraq 650 min partiya üzvünün 45 faizini qadınlar, 40 faizini gənclər təşkil edir. “Partiya üzvləri arasında 4362 alim, o cümlədən, 3572 elmlər namizədi, 790 elmlər doktoru vardır. Partiyada ali təhsillilərin sayı 282 min, tələbələrin sayı 52 min nəfərdir. Heç kəs bu mülahizələri kəmiyyət göstəricilərinin danılması, onlardan imtina edilməsi kimi qəbul etməsin. Kəmiyyət də inkişafın bir sahəsidir. Lakin komissiyanın məntiqi ondan ibarətdir ki, partiyaya qəbulda keyfiyyət prinsipləri kəmiyyət prinsiplərini üstələməlidir. Həm də bu üstələmə mütləq formada olmalıdır, yəni keyfiyyət göstəricisi kəmiyyət göstəricisindən həmişə üstün olmalıdır”.
İclasda YAP Siyasi Şurasının üzvü Rizvan Vahabov, YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, YAP Yasamal rayon təşkilatı “Z.Xəlilov 23” ərazi ilk partiya təşkilatının sədri İsmayıl Əliyev, YAP Nərimanov rayon təşkilatı üzrə ilk partiya təşkilatının sədri Mircəfər Həsənov çıxış edərək YAP-ın ölkəmizdə ən güclü siyasi qüvvə olduğunu bildiriblər. Çıxış edənlər partiyaya qəbul prosesi qaydaları, əldə etdikləri təcrübə və bu işin daha da təkmilləşdirilməsi üçün müvafiq təkliflər veriblər. Çıxışçılar YAP sıralarına gənclərin axınını xüsusi vurğulayaraq gənclərin yüksək siyasi fəallıq göstərdiyini qeyd ediblər.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə mövzunun əhəmiyyətli olduğunu deyərək, belə tədbirlərin təkcə Bakı şəhəri üzrə deyil, digər bölgələrdə də keçirilməsinin zəruriliyini bildirib. YAP Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirən V.Rəhimzadə deyib ki, bu təşkilat ölkədə ən aparıcı gənclər təşkilatıdır.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında Ulu öndər Heydər Əliyevin gənclərə qayğısından bəhs edib, Ümummilli liderin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ilk görüşlərdən birini məhz gənclərlə keçirdiyini xatırladıb. “Gənclərə verilən bu önəmin nəticəsidir ik, bu gün YAP üzvlərinin 254 min nəfəri gənclərdir. Bu gün YAP-ın Gənclər Birliyi respublikamızın ən öndə gedən, ən təşkilatlanmış və keyfiyyətli gənclər təşkilatıdır. Ölkəmizdə hər hansı gənclər təşkilatı YAP Gənclər Birliyi ilə rəqabət aparmaq iqtidarında deyil. Bu da, partiyamızın əldə etdiyi nailiyyətlərdən biridir. Yeni gənclərin partiyamıza qəbulu prosesində keyfiyyət məsələsinə toxunarkən, bir neçə gün əvvəl Prezident İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” haqqında Sərəncam imzalamasını xatırlamaq yerinə düşər. Əslində, bu sənəddə, cənab Prezident Azərbaycan gəncliyini necə görmək istədiyini vurğulayıb. Burada gənclərin intellektual, fiziki və mənəvi inkişafı məsələləri əksini tapıb. Hesab edirəm ki, gənclər YAP üzvlüyünə qəbul olunarkən bu amillər nəzərə alınmalıdır” - deyə, Hikmət Babaoğlu vurğulayıb.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də çıxışında YAP sıralarına qəbul prosesində keyfiyyətə üstünlük verilməsinin əhəmiyyətini qeyd edib. O bildirib ki, həm intizam məsələləri, həm də əqidəli insanların partiyada birləşməsi YAP-ın gücünü artıran amillərdən biridir. “Səs” qəzetinin YAP-ın canlı tarixi olduğunu deyən B.Quliyev bildirib ki, partiyanın ilk yarandığı illərdən qəzet onun fəaliyyətini yüksək işıqlandırıb.
“Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə digər siyasi təşkilatlara nümunədir”. Bu fikri isə YAP-ın Mərkəzi Nəzarət-Təftiş komissiyasının sədri Məhəmməd Məmmədov deyib. M.Məmmədov bildirib ki, YAP-ın sıralarında partiyanın ideya və prinsiplərini qəbul edən insanlar birləşib. “Partiyamızda intizam məsələlərinə xüsusi diqqət yetirilir. Sevindirici haldır ki, nizam-intizam yüksək səviyyədədir. Mərkəzi Nəzarət-Təftiş Komissiyası mütəmadi olaraq bu yöndə araşdırmalar aparır, müvafiq qərarlar qəbul edir. Bu baxımdan, partiyaya qəbul prosesində yüksək nizam-intizam, mənəvi-əxlaqi keyfiyyətlərin də nəzərə alınması müsbət haldır” - deyə, M.Məmmədov vurğulayıb.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov isə bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkə gəncliyi inkişaf edir. S.Orucov Yeni Azərbaycan Partiyasının da gənclərə olan münasibətini yüksək dəyərləndirib, Gənclər Birliyinin fəaliyyətinə hərtərəfli dəstək verildiyini vurğulayıb. İclasda YAP Gənclər Birliyinin sədri bir sıra təkliflərlə çıxış edib. Partiyanın sıralarında 254 minə qədər gəncin birləşdiyini deyən S.Orucov kəmiyyət baxımdan bunun yüksək göstərici olduğunu diqqətə çatdırıb. “Ona görə də, biz daha çox keyfiyyətə üstünlük veririk. Yaxşı olardı ki, bəzi regionlarda gənclərlə iş daha da gücləndirilsin və burada keyfiyyətin daha da artırılması istiqamətində müvafiq addımlar atılsın. Biz regionlarda keçirdiyimiz görüşlər nəticəsində bu qənaətə gəlirik. Eyni zamanda, vaxtaşırı olaraq partiyanın veteranları ilə gənclərin görüşlərinin keçirilməsi yaxşı olardı. Belə görüşlər təkcə Bakı şəhərində deyil, bölgələrdə də keçirilməlidir. Çünki gənclərin partiya veteranlarının tövsiyələrinə hər zaman ehtiyacı var”, - deyə YAP Gənclər Birliyinin sədri vurğulayıb.
Sonda komissiyanın sədri Kərim Kərimov bildirib ki, bu tövsiyələr partiyanın bütün rayon və şəhər təşkilatlarına göndəriləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

