Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib

YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib

17.03.2015 [10:08]

Siyavuş Novruzov: YAP nəinki Cənubi Qafqazda, bütövlükdə Şərqi Avropada ən aparıcı siyasi təşkilatlardan biridir
Martın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. Tədbirdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, millət vəkili Rauf Əliyev, Xəzər İnkişaf Fondunun direktoru İlqar Mustafayev və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov YAP Xəzər rayon təşkilatının bir çox uğurlara imza atdığını bildirib. O, YAP Xəzər rayon təşkilatının ötən illər ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışıb.
YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin sədri Taleh Məmmədov birliyin təşəbbüsü ilə ötən illərdə görülən işlər, həyata keçirilən tədbirlər haqqında məlumat verib. O, birliyin üzvlərinin sayının 2426-ya çatdığını qeyd edib: “Gənclərimizdən 252 nəfəri səhiyyə müəssisəsində, 91 nəfəri elm, mədəniyyət və incəsənət sahəsində, 1515 nəfəri idarə və müəssisələrdə, 25 nəfəri bələdiyyələrdə təmsil olunur, 138 nəfər isə tələbədir. Hesabat dövründə YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin sıralarına 949 nəfər qəbul olunub”.
Daha sonra YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin fəal üzvləri Fəridə Əzizli, Lamiyə Namazova və Bilqeyis Zeynalova çıxış edərək əldə olunan uğurlardan danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti nəticəsində gənclər hərtərəfli inkişaf edirlər.
Konfransda çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Xəzər rayonunda gənclərin ictimai-siyasi cəhətdən daim fəal olduğunu söyləyərək onlara uğurlar arzulayıb. S.Novruzov bildirib ki, YAP nəinki Cənubi Qafqazda, bütövlükdə Şərqi Avropada ən aparıcı siyasi təşkilatlardan biridir: “Son illərdə YAP-ın sıralarına daxil olanlar arasında gənclər üstünlük təşkil edir. Gənclərin intellektual səviyyələri çox yüksəkdir. Onların hazırlayıb təqdim etdikləri müxtəlif layihələrdən də bunu görmək mümkündür. Biz gənclərimizin aktivliyini seçki proseslərində də müşahidə edirik. Təbii ki, bütün bunlar bizi sevindirir”.
S.Novruzov bildirib ki, bu günün gəncləri partiyamızın gələcəyinin təminatçıları kimi qarşıda çox işlər görəcəklər. Onun sözlərinə görə, YAP-ın 650 mindən çox üzvü var ki, onların da 40 faizdən çoxu gənclərdir. “Sevindirici haldır ki, partiya üzvlüyünə yeni qəbullarda gənclər böyük üstünlük təşkil edir. 2014-cü ildə partiyamızın sıralarına 29 min insan qoşulub ki, onların da 78 faizi gənclərdən ibarətdir. Bütün bunlar bizə gələcəyə nikbinliklə baxmağa tam əsas verir”, - deyə YAP İcra katibinin müavini vurğulayıb. YAP Gənclər Birliyinin ofisində müxtəlif layihələrin həyata keçirildiyini deyən millət vəkili yay və qış məktəblərində də gənclərin maraqlı layihələr təqdim etdiklərini xatırladıb: “Bunun nəticəsində yay və qış məktəblərində proqramlara artıq gənclərin özləri rəhbərlik edirlər. Halbuki bir neçə il öncə proqramlara millət vəkillərimiz, partiya funksionerlərimiz rəhbərlik edirdilər. Artıq hər il “Yay məktəbi”nə 800 gənc göndərilir”.
Hazırda ölkəmizin ilk Avropa Oyunlarına hazırlaşdığını deyən YAP İcra katibinin müavini belə bir zamanda müəyyən qüvvələrin Azərbaycana qarşı kampaniyalar apardığını bildirib. O, gəncləri bu məsələlərdə ayıq-sayıq olmağa, möhtəşəm idman tədbirində fəallıq göstərməyə çağırıb: “Qarşıdan birinci Avropa Oyunları gəlir və bizim gənclər bütün fəaliyyət istiqamətlərində olduqları kimi, bu möhtəşəm tədbir ərəfəsində də öz fəallıqlarını göstərməlidirlər. Təbliğat-təşviqat işlərində əzmlə çalışmalı, ölkəmizə gələcək xarici qonaqlara Azərbaycanın zəngin tarixi barədə bilgilər verməlidirlər. Təklif edirəm ki, YAP gəncləri mobil qruplar yaratmalı, bu sahədə fəaliyyətlərini davam etdirməlidirlər”.
Çıxış edən millət vəkili Rauf Əliyev YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinə fəaliyyətində uğurlar arzulayıb. O bildirib ki, gənclərimizə göstərilən qayğı ildən-ilə artmaqdadır. Millət vəkili hazırda Xəzər rayonunda gənclərlə fəal iş qurulduğunu, müxtəlif tədbirlərin həyata keçirildiyini, gənclərin ictimai-siyasi proseslərdə aktiv olduqlarını diqqətə çatdırıb. Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov ölkəmizdə dövlət gənclər siyasətinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasəti hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. O, gənclərlə bağlı qəbul edilən müxtəlif Dövlət proqramlarından danışıb. İcra başçısı Xəzər rayonunda yaşayan gənclərə xitabən “Siz xoşbəxtsiniz, siz müstəqil Azərbaycanın yetirmələrisiniz. Hazırda elə bir yaşayış yeri ola bilməz ki, orada mədəniyyət ocaqları, idman meydançaları, park, bağ olmasın, müasir məktəb tikilməsin. Bütün bunları sizin üçün edən cənab İlham Əliyev kimi Prezidentiniz, Mehriban xanım Əliyeva kimi deputatınız var” deyib.
Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin 28 nəfərdən ibarət Şura, 18 nəfərdən ibarət İdarə Heyəti müəyyənləşib. YAP Gənclər Birliyinin respublika konfransına 8 nəfərdən ibarət nümayəndə seçilib. Taleh Məmmədov yenidən YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin sədri, Sitarə Nəsirova və Fəridə Əzizli isə sədr müavinləri seçiliblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 803 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30