Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələr üçün nümunədir
04.04.2015 [11:03]
YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, Ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.
Konfransı giriş sözü ilə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov açaraq bildirib ki, yaradıcısı Ümummilli lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrilib. Natiq deyib ki, YAP Azərbaycan siyasi sisteminin aparıcı qüvvəsi kimi çıxış edir.
Hesabat məruzəsi ilə çıxış edən YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin sədri Yadigar Səfərov təşkilatın ötən konfransından keçən dövr ərzindəki fəaliyyəti barədə geniş məlumat verib. Qeyd edilib ki, Azərbaycan dövləti gəncliyin inkişafına xüsusi diqqət və qayğı göstərir: “Bu gün YAP Tərtər rayon təşkilatı öz ətrafında 1392 nəfər partiya üzvünü birləşdirir. Ötən ilin 23 dekabr tarixində keçirilən bələdiyyə seçkilərində namizəd kimi iştirak edən rayonumuzun gənc YAP üzvlərindən 55 nəfəri bələdiyyə üzvü, 8 nəfəri isə bələdiyyə sədri seçilib. Ümumiyyətlə, ötənilki seçkilərdə bələdiyyə üzvü seçilənlər arasında gənclərin xüsusi çəkisi artaraq 35 faiz təşkil edib. Həmçinin, keçən il YAP Tərtər rayon təşkilatının sıralarına qəbul olunan 283 nəfərin 134 nəfərini gənclər təşkil edir”.
Sonra YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin uğurla davam etdirilməsindən, gənclərin bütün sahələrdə aktiv təmsil olunmasından danışıblar. Qeyd edilib ki, Azərbaycanda həyata keçirilən səmərəli gənclər siyasəti bir çox ölkələr üçün nümunədir. Diqqətə çatdırılıb ki, gənclərin Ümummilli liderin ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasına üz tutmaları partiyamızın üstün nüfuzundan xəbər verir.
Konfransda, həmçinin, Samirə Səfərova, Anar Rüstəmov, Turanə Bayramlı çıxış edərək Azərbaycanda həyata keçirilən gənclər siyasətinin inkişafa xidmət etdiyini, əldə edilən nailiyyətlərin davamlı xarakter daşıdığını diqqətə çatdırıblar.
Sonra təşkilati məsələlərə baxılıb. Emin Pənahov YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin sədri, Natiq Aslanov və Səadət Hüseynova isə sədr müavinləri seçiliblər. Eyni zamanda, YAP Gənclər Birliyinin respublika konfransına 3 nəfər nümayəndə seçilib.
Konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. YAP sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35

