Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “İlk Avropa Oyunlarına sən də qoşul”

“İlk Avropa Oyunlarına sən də qoşul”

23.05.2015 [10:05]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin və “Səs” Media Qrupunun birgə təşkilatçılığı ilə “İlk Avropa Oyunlarına sən də qoşul” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, YAP Gənclər Birliyinin ofis rəhbəri, sədr müavini Əli Pənahov, YAP Gənclər Birliyinin rayon təşkilatlarının sədrləri və gənc fəallar iştirak ediblər.
Binəqədi rayonunda baş verən yanğın zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbiri giriş sözü ilə açan “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, belə genişmiqyaslı tədbirlərin keçirilməsində gəncliyin gücünə, gəncliyin potensialına ehtiyac var: “İlk Avropa Oyunlarına hazırlıqla əlaqədar ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları və eyni zamanda könüllülər bu işdə aktiv iştirak edirlər ki, onların da ön sıralarında YAP gəncləri gedir. Azərbaycanın bu Oyunlara necə hazırlaşdığına, Oyunlar çərçivəsində hansı işlərin görüldüyünə dair təbliğat gənclərimiz tərəfindən yüksək səviyyədə aparılır. Burada da xüsusilə sosial şəbəkələrdə fəaliyyət göstərən gənclərimizin işini örnək göstərmək yerinə düşərdi. Azərbaycanın belə bir möhtəşəm tədbirə ev sahibliyi etməsini bütün dünyada təbliğ etmək hər birimizin vətəndaş borcudur. Bu məsələdə medianın üzərinə nə qədər yük düşürsə, o cümlədən, gəncliyin də üzərinə böyük və ağır məsuliyyət düşür. Ümumiyyətlə, Azərbaycan gəncləri güclü potensiala malikdir və biz onlara güvənirik. Siyasi proseslərdə, irimiqyaslı layihələrdə gənclik öz gücünü ortaya qoymaqla bir növ hesabat verməlidir. Bu baxımdan da hesab edirəm ki, ilk Avropa Oyunları məhz Azərbaycan gəncliyinin hesabatıdır”.
B.Quliyev, həmçinin, Avropa Olimpiya Komitəsinin Azərbaycana göstərdiyi inam və etimaddan bəhs edərək qeyd edib ki, Azərbaycan Avropa Oyunları tarixində ilkə imza atacaq: “Əgər bu Oyunlar Azərbaycandan başlayırsa, demək, Azərbaycan yeni nümunə, yeni model ortaya qoymalıdır ki, növbəti Oyunlara ev sahibliyi edən ölkələr də bu modeldən istifadə edə bilsinlər. Bəzən siyasətçilər, iqtisadçılar, sosioloqlar haqlı olaraq dünyada Azərbaycanın özünün yeni model formalaşdırdığını deyirlər. Dövlətimizin ortaya qoyduğu model bu gün dünyada istifadə olunmaqdadır. Biz bundan yalnız qürur hissi duya bilərik”.
“Səs” Media Qrupunun rəhbəri, eyni zamanda, Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyətini xüsusi olaraq diqqətə çatdırıb. O qeyd edib ki, birinci Avropa Oyunlarının həyata keçirilməsində Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı işlərin belə keyfiyyətlə yerinə yetirilməsini təmin etdi: “Dövlətin Oyunların yüksək səviyyədə təşkil edilməsi üçün uğurlu işlər həyata keçirməsinə baxmayaraq, biz də vətəndaş olaraq bu və ya digər məsələlərdə dövlətin yanında olmalı, ona dəstək verməliyik”.
Daha sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov birinci Avropa Oyunlarının ölkəmiz, gənclərimiz üçün əhəmiyyətindən danışaraq bildirib ki, bu, bizim üçün ən böyük nailiyyətlərdən biridir: “Ola bilsin ki, kimlərsə bunun əhəmiyyətini o qədər də dərk edə bilmir. Amma zaman keçdikcə bu əhəmiyyəti anlayacaqlarına əminik. Azərbaycan 2015-ci ildə dünyada çox nüfuzlu ilk Avropa Oyunlarına qucaq açacaq. Əlbəttə, yalnız paytaxtda deyil, ölkəmizin hər yerində böyük bir idman hadisəsi, sevinci, bayramı yaşanacaq. 2 il yarım ərzində ölkəmizdə beynəlxalq standartlara cavab verən idman qurğularının tikilməsi, infrastrukturun yenilənməsi aparılan düzgün siyasətin təcəssümüdür. Bu, Ulu öndərin qurduğu, ölkə Prezidenti İlham Əliyevin inkişaf etdirdiyi müstəqil Azərbaycan Respublikasının qüdrətidir. Təbii ki, yarış uğurla başa çatdıqdan sonra tikilən yeni idman kompleksləri gənclərimizin ixtiyarına veriləcək. Gənclərə burada öz fəaliyyətlərini davam etdirməyə şərait yaradılacaq. Biz YAP gəncləri olaraq bu günə kimi bir çox layihələrə imza atmışıq. Bundan sonra da öz uğurlu nəticələrimizlə yadda qalmağı qarşımıza məqsəd qoymuşuq. Ona görə də, Gənclər Birliyi olaraq bu Oyunlarda da mütəşəkkilliklə iştirak edib, öz gücümüzü, öz potensialımızı nümayiş etdirməliyik. Dövlətimiz bu Oyunların hazırlanmasına olduqca böyük əhəmiyyət verir. Xalqımız, xüsusilə də paytaxt sakinləri və Azərbaycanın idman ictimaiyyəti hazırlıq işlərini həvəslə izləyir. İnanıram ki, məhz bu dəstək bizə faydalı olacaq. Biz əlimizdən gələni edəcəyik ki, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları bu sahədə yeni tarix yazsın”.
Çıxış edənlər YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Kənan Kərimov, YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Babayev, Gənclər Birliyinin ofisinin əməkdaşları Aygün Seyidzadə, Əli Qənbərli, Aytən Məmmədova, Orxan Fəxrəddinov və Həbibə Abbasova ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarına xüsusi maraqla hazırlaşdıqlarını qeyd edərək bildiriblər ki, bu mötəbər tədbir onlar üçün yaxşı bir təcrübə olacaq. Bildirilib ki, gənclər beynəlxalq yarış və tədbirlərin artıq ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan ilk Avropa Oyunları da istisna deyil. YAP gəncləri ilk Avropa Oyunlarına böyük bir könüllü heyəti və komandası ilə gedir ki, bu könüllülər yarışlar öncəsi və yarışlar müddətində istər xaricdən gələn idmançılara, istərsə də digər qonaqlara xidmət göstərmək üçün onlara yardımçı olacaq, təşkilati-texniki işlərdə köməklik göstərəcəklər. Gənclər, həmçinin, uğurlu fəaliyyətlərinin bariz nəticəsini Oyunlar ərəfəsində və Oyunlardan sonra görəcəklərinə inandıqlarını söyləyiblər.
Tədbir gənclərin mövzu ətrafında diskussiyaları ilə davam etdirilib.

Paylaş:
Baxılıb: 797 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30