Yeni Azərbaycan Partiyası regionun ən böyük və mütəşəkkil partiyasıdır
21.11.2015 [10:21]
Partiyanın yerli təşkilatlarının rəhbərləri YAP-ın 23 illik fəaliyyətini yüksək qiymətləndirirlər
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23-cü ildönümüdür. Ötən 23 il ərzində partiyamız şərəfli yol keçib. Həmsöhbətimiz olan YAP-ın yerli təşkilatlarının rəhbərləri ötən müddət ərzində Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətindən söz açıblar.
YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü, mütəşəkkil siyasi təşkilatıdır. M.İbrahimqızı bildirib ki, YAP milli maraqlarımıza və ölkəmizin inkişafına yönəlik fəaliyyət göstərir. Onun sözlərinə görə, xalqa xidmət partiyamızın başlıca amalıdır. “Məhz bu səbəbdən də YAP daim uğurlar qazanır. Çünki xalqa, dövlətə xidmətdən yüksək heç nə ola bilməz. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atır”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.
Partiyanın Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev deyib ki, bu gün partiyamız cənab İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsini yaşayır. Onun sözlərinə görə, cənab İlham Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Ş.Hacıyev bildirib ki, partiyamızın, onun yerli strukturlarının maddi-texniki bazası xeyli güclənib, kəmiyyətlə yanaşı, keyfiyyət göstəriciləri də əhəmiyyətli dərəcədə artıb. Onun fikrincə, ən xoş olan odur ki, Azərbaycanın sağlam, intellektual gəncliyi partiyamızın sıralarına qoşulur və onların bütövlükdə partiyada çəkisi artmaqdadır.
“YAP üzvləri ölkəmizin inkişafı prosesində də fəal iştirak edirlər. Bununla yanaşı, partiyamızın beynəlxalq əlaqələri də genişlənməkdədir. Məhz uğurlu fəaliyyətin nəticəsidir ki, partiyamız bütün seçkilərdə inamlı qələbə qazanır. Mən inanıram ki, gələcəkdə də partiyamız inkişaf edəcək, yeni-yeni uğurlar qazanaraq xalqımızın etimadını hər zaman doğruldacaq”, - deyə Ş.Hacıyev vurğulayıb.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib ki, YAP zamanın tələbi və xalqın istəyi ilə yaranan ümumxalq partiyasıdır: “Yeni Azərbaycan Partiyası 23 illik fəaliyyəti dövründə zəngin və şərəfli inkişaf yolu keçib. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası hakimiyyətə gəldikdən sonra Azərbaycan xaos və hərc-mərclikdən xilas oldu, ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət sayəsində Azərbaycan tənəzzüldən xilas olaraq inkişaf yoluna çıxdı. Bu mənada, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı və dövlətinin xilaskarıdır”.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə və Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiqliyi, xalq və dövlət qarşısında xidmətləri onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib. Bu gün Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyətini davam etdirir, Azərbaycanın inkişafına müstəsna töhfələr verir.
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov diqqətə çatdırıb ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıc nöqtəsi sayılır: “Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı”.
Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan və formalaşan YAP-ın 23 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. “Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir”, - deyə A.Hüseynov əlavə edib.
“Yeni Azərbaycan Partiyası 23 il ərzində uğurla fəaliyyət göstərib. YAP öz fəaliyyətilə ümumxalq partiyası olduğunu təsdiq edib”. Bu fikirləri isə YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov deyib. N.Əhmədov bildirib ki, ötən müddət ərzində partiyamız Azərbaycanın inkişafı naminə çalışıb. Onun sözlərinə görə, YAP Azərbaycanın çətin bir dövründə Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb.
“Ulu öndərimiz partiya yarandıqdan qısa müddət sonra Azərbaycanda hakimiyyətə qayıtdı. Bununla da, partiyamız Azərbaycanın inkişafında özünəməxsus rol oynamağa başladı. Bu gün partiyamız ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsini yaşayır”, - deyə N.Əhmədov qeyd edib.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişib. T.Tağıyev qeyd edib ki, yarandığı vaxtdan partiyamız siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, YAP Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir: “Bu siyasət bundan sonra da davam edəcək, partiyamız Ulu öndərimiz, Azərbaycan xalqının əbədi lideri Heydər Əliyevin ideyalarını yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq. Bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir”.
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva isə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP-ın ölkəmizin inkişafında mühüm rol oynadığını deyib: “Bu gün Ulu öndərin siyasi kursunun YAP Sədri, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan yeni-yeni uğurlar əldə edir”.
O, Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi hadisə olduğunu vurğulayıb. YAP-ın 23 il ərzində böyük inkişaf yolu keçdiyini deyən M.Abasquliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın möhtəşəm uğurlar qazandığını bildirib: “YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Buna görədir ki, partiyamız ümumxalq partiyası adlanır və onun sıraları günbəgün genişlənir”.
YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva bildirib ki, Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Onun sözlərinə görə, tarixi zərurətdən yaranan partiya müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, həmçinin demokratiyanın yaranması və inkişafında mühüm rol oynayıb. S.Vəliyeva qeyd edib ki, 1993-cü ildə yaradılmış YAP Nizami rayon təşkilatı mühüm inkişaf yolu keçib, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb: “Nizami rayonunda əhalinin YAP-a axını, ilk ərazi partiya təşkilatlarının yaradılması Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və Onun layiqli davamçısı, Prezident İlham Əliyevə inamdan irəli gəlir”.
YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev isə bildirib ki, YAP yarandığı ilk illərdə şərəfli mübarizə tarixi yaşayıb. O vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır: “Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olub. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib”, - deyən B.Vəliyev qeyd edib ki, bu gün ölkədə ən kütləvi və mütəşəkkil siyasi qüvvə olan YAP sıralarında 660 mindən artıq üzvü birləşdirir. Bu, təkcə statistika deyil, eyni zamanda, ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov isə bildirib ki, YAP ölkəmizin siyasi həyatında uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər qazanır. Onun sözlərinə görə, Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox mühüm uğurlar qazanıb: “Yeni Azərbaycan Partiyası fəaliyyət göstərdiyi 23 il ərzində böyük inkişaf yolu keçib. YAP ölkəmizin ən böyük siyasi qüvvəsidir. Partiya müstəqillik tariximizlə yanaşı addımlayır və ölkəmizin qazandığı uğurlarda özünün böyük töhfələrini verib”.
YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov bildirib ki, YAP-ın söykəndiyi prinsiplər faktiki olaraq Azərbaycanın ideoloji prinsipləri səviyyəsində hamı tərəfindən qəbul edilib: “Yeni Azərbaycan Partiyası yaranmaqla ölkəmizdə yeni siyasi sistem və siyasi münasibətləri özündə ehtiva etdi. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirdi. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz regionun ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib”.
Onun sözlərinə görə, YAP yeniləşən Azərbaycanın partiyasıdır. Təşkilat sədrinin fikrincə, partiyanın yarandığı vaxtdan indiyə qədər keçdiyi yol bir daha göstərir ki, YAP alternativi olmayan, cəmiyyətə düzgün yol göstərən partiyadır.
YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov bildirib ki, Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza sahib olan partiyadır. Onun sözlərinə görə, Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası, xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib: “İqtidar partiyası olaraq, Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri İlham Əliyevin vurğuladığı kimi, artıq Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir. Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib”.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, ötən 23 ərzində YAP-ın keçdiyi yol heç də hamar olmayıb. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində yaranıb: “Belə ki, 1990-cı ilin əvvəllərində ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın müdrik oğlu, o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyev ətrafında birləşdilər. Bu birlik nəticəsində Heydər Əliyevin rəhbərliyi altında partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu tərəfindən 1992-ci ilin noyabr ayının 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Beləlikə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı”.
R.Göyüşov qeyd edib ki, öz proqramında müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətəndaşlıq, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini rəhbər tutan YAP-ın cəmiyyətdə rolu durmadan artır, ölkədə baş verən ictimai-siyasi proseslərə təsir imkanları getdikcə genişlənir: “Bu gün YAP Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında hərtərəfli inkişaf edir, özünün beynəlxalq nüfuzunu artırır, dövlətçiliyimizin möhkəmlənməsi naminə fəaliyyətini genişləndirir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56

