YAP Qaradağ rayon təşkilatının İdarə Heyətinin növbəti iclası keçirilib
26.04.2016 [09:05]
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda YAP rayon təşkilatı İdarə Heyətinin üzvləri, ilk təşkilat sədrləri və gənclər iştirak ediblər. İclası açan YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov gündəlik barədə məlumat verib.
İclasda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar YAP Qaradağ rayon təşkilatının tədbirlər planı müzakirə olunub. Qeyd olunub ki, tədbirlər planına uyğun olaraq, Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş bir sıra tədbirlər, o cümlədən rayon gəncləri arasında müsabiqə keçirilməsi nəzərdə tutulub. Millət vəkili A.Hüseynov bildirib ki, Ümummilli lider Heydər Əliyev xalqımızın və dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib. Onun sözlərinə görə, həm sovet hakimiyyəti, həm də müstəqillik dövründə Ulu öndər Heydər Əliyev yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət edib. O qeyd edib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu günümüzün gerçəkliyi budur ki, Azərbaycan dinamik inkişaf yolundadır. Hər bir sahədə tərəqqi müşahidə olunur. Dünyanın ən nüfuzlu mətbuat orqanlarında ölkəmizin iqtisadi və siyasi uğurları geniş şərh olunur. Eyni zamanda, dünya siyasətçiləri bu fikri hər zaman bəyan edirlər ki, ölkəmizdə həyata keçirilən siyasətin alternativi yoxdur”.
Sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin Gənclər Siyasəti bu gün də davam etməkdədir” mövzusunda məruzə söylənilib, rayon gəncləri arasında keçiriləcək müsabiqə ilə əlaqədar gənclər məlumatlandırılıb və bir neçə gənc İdarə Heyətinin üzvləri tərəfindən dinlənilib. Müsabiqənin münsiflər heyəti seçilib.
Daha sonra gündəlikdə duran məsələlər ətrafında rayon təşkilatı İdarə Heyətinin üzvü Munis Bayramov, YAP rayon təşkilatının sədr müavini Hicrət Qaradağlı və digərləri çıxış ediblər.
Sonda partiya sıralarına qəbul olunan yeni üzvlərə üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

