Yasamal rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
14.06.2016 [10:29]
Yasamal rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov deyib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, mənasını dərk edənlər üçün çox əzizdir. Onun sözlərinə görə, 15 iyun Azərbaycan tarixinin parlaq, unudulmaz bir səhifəsidir. 23 il öncə bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyinin qorunub saxlanmasında müstəsna rol oynayan Ulu öndər Heydər Əliyevdir.
YAP Yasamal rayon təşkilatının sədri qeyd edib ki, Ulu öndər Heydər Əliyev zamanın və taleyin mütləq mənada ehtiyac duyduğu, tarixin yeni mərhələsində, yeni sosial-siyasi və iqtisadi şəraitdə özünün çox böyük fitri lider potensialını reallaşdıra bilmiş müdrik bir şəxsiyyətdir. Onun sözlərinə görə, Ümummilli liderimizin təlatümlərdən çıxararaq yaşatdığı Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir.
Sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədr müavini İbad Abbasov deyib ki, Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və müasir düşüncə əsasında yaradaraq, praktik surətdə gerçəkləşdirmiş strateq kimi hər zaman böyük rəğbət və ehtiramla xatırlanır. Natiq vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmış və uğurla başa çatdırılmışdır. Ulu öndər Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Tədbirdə həmçinin Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Fidan Böyükbabalı və başqaları da çıxış edərək bildiriblər ki, 1993-cü ilin 15 iyun günü tariximizə qızıl hərflərlə yazılıb. Çıxışlarda bu fikir xüsusi olaraq vurğulanıb ki, müstəqilliyimizin ilk illərində xalqımızın üzləşdiyi ağır problemlərin fonunda bu tarixin əhəmiyyəti, Azərbaycanın bu günü üçün önəmi daha aydın görünür.
Sonra partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxGündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Gündəm
22 Aprel 12:57
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18

