Ömrünü Azərbaycan təhsilinə həsr etmiş müəllim, möhkəm əqidəli insan, görkəmli pedaqoq...
27.08.2016 [10:10]
YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyevanın 70 yaşı tamam olur
Bütün dövrlərdə istedadlı, müdrik insanlar olub və belə insanlar hər zaman ictimai fəallığı ilə cəmiyyətin ön sıralarında gediblər. Bu baxımdan ölkəmizin inkişaf və tərəqqisində də xüsusi rola malik olan şəxslər kifayət qədərdir. Onları tanımaq, gənc nəslə tanıtmaq isə vacib məsələlərdən biridir. Çünki zəngin, keşməkeşli həyat yolu keçmiş bu cür insanlar yetişməkdə olan nəslin həyat yoluna istiqamət verə, onlara düzgün yönü göstərə bilərlər. Avqustun 28-də 70 yaşı tamam olan, Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva da məhz belə insanlardan biridir.
Həyat yolu...
Kimdir Nurlana Əliyeva? Bu sualın cavabında zəngin, şərəfli həyat yolu keçmiş bir ləyaqətli Azərbaycan qadınının portreti ilə tanış olmuş olarıq. Əvvəlcə yubilyarın həyat yoluna nəzər salaq. Nurlana Müzəffər qızı Əliyeva 1946-cı il avqustun 28-də Gəncə şəhərində müəllim ailəsində anadan olub. Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli məktəbdə orta təhsil alan Nurlana Əliyeva daha sonra təhsilini ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Bakı Dövlət Universitetində (BDU) davam etdirib. BDU-nun filologiya fakültəsini bitirdikdən sonra - 1969-cu ildə əmək fəaliyyətinə başlayıb. Bakı şəhərindəki 134 nömrəli məktəbdə, Bakı Maliyyə-Kredit Texnikumunda Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1990-cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu) rəhbərlik edib.
Nurlana Əliyeva “Azərbaycan bədii nəsrində müasir kənd və onun problemləri” mövzusunda namizədlik, “60-80-ci illər Azərbaycan nəsrində qəhrəman və üslub axtarışları” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. BDU-nun professoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq üzrə ixtisaslaşmış Dissertasiya Şurasının üzvüdür. 12 kitabın, 200-ə qədər elmi, publisist məqalənin müəllifidir. O, YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvü, eyni zamanda, YAP Qadınlar Şurasının sədridir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Nurlana Əliyeva 23 iyun 2016-cı ildə Bakı Slavyan Universitetinin rektoru təyin edilib.
2004-cü ildə dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb. 2008-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunub.
Ailəlidir, 2 övladı, 5 nəvəsi var.
Zəngin pedaqoji təcrübəyə malik insan...
Beləliklə, tərcümeyi-halından göründüyü kimi, Nurlana xanımın həyatı və fəaliyyəti bilavasitə təhsil sahəsi ilə bağlıdır. Təsadüfi deyil ki, o, 26 il ərzində Azərbaycan Dövlət Pedaqoji Kollecinə rəhbərlik edib. Bu illərdə Nurlana Əliyeva özünü pedaqoji aləmdə bacarıqlı və işgüzar təhsil işçisi kimi göstərib, vəzifəsinin icrasında təlim prosesinin təşkili və maddi-texniki bazanın genişləndirilməsinə xüsusi diqqət yetirib. Rəhbərlik etdiyi tədris müəssisəsində təlim prosesinin təşkilində müntəzəm olaraq yenilikçi ideyaların tətbiqi ilə seçilib. Onun müasir tələblərə cavab verən yüksək peşəkarlıqla apardığı iş Azərbaycan Dövlət Pedaqoji Kollecinin respublikada pedaqoji təmayüllü orta ixtisas məktəbləri arasında baza müəssisəsinə, pilot məktəbinə çevrilməsinə səbəb olmuşdu. Nurlana Əliyeva orta ixtisas təhsili sisteminin iş təcrübəsindən, onun təkmilləşdirilməsi yollarından bəhs edən bir çox məqalənin, eyni zamanda, çoxlu sayda elmi məqalənin, eləcə də kitabların və orta ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün ədəbiyyat dərsliyinin müəlliflərindən biridir. Bacarıqlı təhsil işçisi olmaqla, Nurlana Əliyeva hər zaman işlədiyi kollektivin dərin hörmətini qazanmış tələbkar və eyni zamanda, qayğıkeş bir rəhbər kimi tanınır.
Ümumiyyətlə, Nurlana Əliyeva respublika təhsil işçiləri sırasında nüfuzlu mütəxəssisdir. O, 2004-cü ildən BDU-nun filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının professoru kimi fəaliyyət göstərir. 2006-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının üzvüdür. O, 2004-cü ildən Rusiya Federasiyası Pedaqogika və Sosialogiya Akademiyasının müxbir üzvüdür.
Göründüyü kimi, təhsilə sıx bağlı olan Nurlana xanım təcrübəli pedaqoq olmaqla ölkəmiz, xalqımız üçün yüzlərlə, minlərlə müəllimin yetişdirilməsində bilavasitə iştirak edib.
Əsl vətəndaş, Heydər Əliyev ideyalarına sadiq insan...
Ümummilli məsələlərdə daim prinsipial mövqedən çıxış edən Nurlana Əliyevanı cəmiyyətə daha yaxından tanıdan amillərdən biri onun 1990-cı illərin əvvəlində bir ziyalı olaraq ölkəmizin üzləşdiyi problemlərə görə narahatlıq keçirməsi və problemlərdən qurtulmaq üçün Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsi uğrunda aparılan mübarizəyə qoşulması idi. O zaman Azərbaycanın bir çox ziyalısı kimi Nurlana Əliyeva da ölkəmizin üzləşdiyi çətinliklərdən yeganə xilas yolunu Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsində görürdü. Bu səbəbdən də o, Ulu öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıtmasının qatı tərəfdarlarından biri olub. “Zaman göstərdi ki, biz öz fikrimizdə yanılmamışıq”, - deyən Nurlana xanım bildirir ki, Ulu öndər bütün həyatını, ömrünü, ağlını, zəkasını böyük milli məqsədlərə sərf edib. Buna görə xalqımız Ona minnətdardır. “Tarixdə xalqına, onun maarifinə xidmət edən rəhbərlər az olmayıb. Amma onların millilik və milli dəyərlərdə təcəssüm tapmasına, nədənsə, nadir hallarda təsadüf olunur. Böyük öndərimiz Heydər Əliyev məhz belə rəhbər və dövlət xadimi idi. Ulu öndərimiz 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtmaqla dövlətçiliyimizi məhv olmaqdan xilas etdi. Müstəqil dövlətimizi quraraq onu inkişaf yoluna çıxardı. Məhz bu gün də Azərbaycanımızın inkişafının əsasında Ulu öndərimizin müəyyənləşdirdiyi siyasət dayanır. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur”, - deyə N.Əliyeva vurğulayıb.
YAP Qadınlar Şurası ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir...
Onu da qeyd edək ki, Nurlana Əliyeva nüfuzlu pedaqoq olmaqla yanaşı, ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edir. O, YAP Qadınlar Şurasının sədri kimi birbaşa siyasətin içindədir. Nurlana xanımın fikrincə, Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış YAP əsl ümumxalq partiyasıdır. Çünki 1992-ci ildə yaradılarkən elan olunduğu kimi partiyanın əsas məramı, proqramı xalqı və dövləti ağır problemlərdən xilas etmək, hüquqi-demokratik dövlət quruculuğuna öz töhfəsini verməkdir. Məhz ötən dövrdə partiya qarşısına qoyduğu məqsədlərə nail olub. N.Əliyeva hesab edir ki, hazırda partiyamızın sıralarında 700 min nəfərə yaxın insanın birləşməsinin əsasında da bu amil dayanır.
Təsadüfi deyil ki, partiyanın sıralarında qadınlar da böyük üstünlük təşkil edir. Belə ki, partiya üzvlərinin 46 faizi qadınlardan ibarətdir və onlar həm partiyanın, həm də icra strukturlarında fəal şəkildə çalışırlar. Çünki YAP sıralarında cəmiyyətin önündə gedən qadınlar təmsil olunurlar. Nurlana Əliyeva YAP Qadınlar Şurasının sədri seçildikdən sonra isə bu təşkilatın fəaliyyəti daha da canlanıb.
Nurlana Əliyeva bildirir ki, rəhbərlik etdiyi təşkilat öz fəaliyyətində daim Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə istinad edir. YAP Qadınlar Şurası ölkəmizin uğurlarının, Prezident İlham Əliyevin siyasətinin təbliğini əsas vəzifələr hesab edir və bu yöndə fəaliyyətini davam etdirir. Qadınlar Şurası ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir, bölgələrdə maarifləndirmə tədbirləri, xeyriyyə aksiyaları keçirir, qadın-ana şəfqətinə ehtiyac duyulan qurumlarda görüşlər təşkil edir. Eyni zamanda, təşkilat cəbhə bölgələrində, hərbi hissələrdə, ahıllar və əlillər evində, ata-ana himayəsindən məhrum uşaqların məskunlaşdığı internat evlərində görüşlər keçirir, onlara maddi və mənəvi dəstək olmağa çalışır. Partiyamızın qadınları beynəlxalq forumlarda, konfranslarda, sammitlərdə Azərbaycan həqiqətlərinin carçısı kimi iştirak edirlər.
Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təbliğatçısı...
Həqiqətən də, YAP Qadınlar Şurası Nurlana xanımın rəhbərliyi ilə çox səmərəli fəaliyyət göstərib. Bu fəallıq seçki proseslərində də özünü əyani şəkildə göstərib. Belə ki, hər seçki kampaniyasında təşkilat müxtəlif layihələr reallaşdırıb, paytaxtda və bölgələrdə qadın seçicilərlə görüşlər keçirərək onları seçkilərə fəal iştirak etməyə təşviq edib. Eləcə də, belə görüşlər gənclərlə də keçirilib. YAP Qadınlar Şurası xüsusilə prezident seçkilərində böyük aktivltik nümayiş etdirib və qadınların səsvermə proseslərində iştirakının artmasında bu təşkilatın da özünəməxsus rolu olub. YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva isə prezident seçkilərində həm Ulu öndər Heydər Əliyevin, həm də cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında iştirak edərək seçicilərlə çoxsaylı görüşlər keçirib.
Bununla yanaşı, Nurlana xanımın rəhbərliyi ilə bölgələrdə qadınlarla görüşlər keçirilərək gənc qızların təhsildən yayınmaları, erkən nikahın qarşısının alınması ilə əlaqədar maarifləndirici addımlar atılıb. 2016-cı ilin dövlət başçısı tərəfindən Azərbaycanda “Multikulturalizm ili” elan olunması ilə əlaqədar YAP Qadınlar Şurası il ərzində Bakı şəhərində və bölgələrdə “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda silsilə tədbirlər reallaşdırıb.
Bununla belə, Nurlana xanım qarşıda hələ müəyyən vəzifələrin dayandığını bildirir və YAP Qadınlar Şurasının gələcəkdə də aktual məsələlərlə bağlı layihələrə imza atacağını qeyd edir.
Əsl azərbaycanlı qadının xüsusiyyətlərini özündə birləşdirən insan...
70 illik yubileyinin təntənəsini yaşayan Nurlana xanım özündə əsl azərbaycanlı qadın obrazını təcəssüm etdirir. Müasir dünyamızda qadınların ictimai fəallığı, cəmiyyətin sosial-iqtisadi həyatında yaxından iştirakı yalnız konkret bir toplumun tarixi təkamül prosesinin hansı mərhələsində olduğunu müəyyən edən göstərici kimi çıxış etmir, həm də bu təkamülə yol açan, bu prosesin mənəvi-əxlaqi meyarlarını konkretləşdirən əhəmiyyətli faktorlar rolunu oynayır. Hazırda ölkəmizdə uğurlu dövlət qadın siyasəti həyata keçirilir.
N.Əliyeva hesab edir ki, hazırda qadınlarımızın müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatında getdikcə artan rolu və mövqeyi bizim milli dövlətçilik tariximizin ən böyük uğurlarındandır: “Bu uğurlar, bir tərəfdən, Azərbaycanda qadın fəallığı sayəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən, ölkə rəhbərinin həyata keçirdiyi strateji inkişaf xəttində qadın siyasəti ilə bağlı seçilmiş prioritetlər üzərində qərar tutur. Bu gün respublikamız genişmiqyaslı infrastruktur layihələri, dünyanın ən modern ölkələrindən birinə çevrilməsi məqsədinə yönələn ardıcıl tədbirlərlə sanki yenidən qurulur. Azərbaycan qadını hazırda müstəqil dövlətimizin inkişafı, tərəqqisi istiqamətində də görülən ardıcıl işlərdə ön sıradadır. Azərbaycan qadını bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində övladlarının parlaq gələcəyinin təmin olunacağına, əmin-amanlıq içərisində yaşayacağına inanır”.
Heydər Əliyev Fondunun fəaliyyəti hər bir təşkilat üçün nümunədir
Azərbaycan qadınının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə rəğbətini şərtləndirən ən əsas amillərdən biri də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, YAP Sədrinin müavini, Milli Məclisin deputatı Mehriban Əliyevanın şəxsində Azərbaycan qadınının layiq olduğu ən yüksək ictimai məqama, mənəvi zirvəyə yüksəlməsidir. Məhz bu səbəbdəndir ki, Nurlana Əliyeva rəhbərlik etdiyi təşkilatın işində xüsusi olaraq Heydər Əliyev Fondunun və Fondun rəhbəri Mehriban xanım Əliyevanın fəaliyyət təcrübəsindən də bəhrələnməyə üstünlük verir.
Nurlana xanım bildirir ki, dünyada ən böyük məktəb hansısa dəyərli keyfiyyəti əxz etmək üçün bir insanın öz həyat və fəaliyyəti ilə nümayiş etdirdiyi şəxsi nümunədir: “Mehriban xanım Əliyeva bu mənada Azərbaycan qadınları üçün müasir dünyamızda bəşəriyyətə faydalı olmağın yeni meyarlarını müəyyən edən parlaq örnəkdir.
Bu gün mədəniyyətlər arasında dialoq məkanına çevrilmiş Azərbaycanda təşkil edilən beynəlxalq tədbirlər bütün dünyada bu yöndə aparılan maarifləndirmə ilə multikulturalizmi, savadlılığı, sivilizasiyalar arasında qarşılıqlı təmasları dünyanı bir çox bəlalardan, konfliktlərdən, toqquşmalardan hifz edə biləcək dəyər kimi diqqətə çatdırır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyəti incilərinin, səsimizin, sözümüzün bütün dünyada təbliği, Azərbaycan dövlətinin dəstəyi ilə ölkə daxilində və ölkədən xaricdə keçirilən tədbirlər, reallaşdırılan layihələr xüsusi əhəmiyyət daşıyır. Bu gün adı cəmiyyətimizdə xeyirxahlıq, insanlara kömək, nəciblik, alicənablıq məzmunu ilə assosiasiya olunan Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyətinin Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artması, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində rolu böyükdür”.
Bakı Slavyan Universitetinin yeni rektoru kimi...
Ümumiyyətlə, Nurlana Əliyevanın həyat və fəaliyyətinə qısa nəzər saldıqda onun nə qədər zəngin, keşməkeşli bir ömür yaşadığının şahidi oluruq. Həm elmi, həm siyasi, həm də pedaqoji fəaliyyət baxımından Nurlana xanım çox yüksək nailiyyətlər qazanıb. İndiyə qədər gərgin əməyi nəinki onu yormur, əksinə, yeni-yeni ideyaların, arzuların reallaşmasına ruhlandırır. Bu səbəbdən də, Azərbaycan dövləti Nurlana Əliyevanın elmi-pedaqoji fəaliyyətinə daim yüksək qiymət verir və onun təcrübəsindən bundan sonra da istifadə etməyi zəruri hesab edir. Məhz dövlət başçısı tərəfindən 2016-cı ilin iyun ayında Nurlana Əliyevanın Bakı Slavyan Universitetinin rektoru təyin olunması da onun indiyə qədərki fəaliyyətinə göstərilən yüksək etimad kimi də dəyərləndirilir. Hazırda bu ali təhsil ocağının rəhbəri kimi Nurlana xanım universitet daxilində təlim-tərbiyə işinə, təhsilin keyfiyyətinin artırılmasına və nizam-intizamın gücləndirilməsinə xüsusi diqqət yetirir. Şübhəsiz ki, onun rəhbərliyi ilə Bakı Slavyan Universiteti göstəricilərini və uğurlarını daha da artıracaq.
Ziyalı ailəsi...
Tərcümeyi-halından da göründüyü kimi, Nurlana xanım ziyalı ailəsində böyüyüb. Anası Tamara xanım rus dili müəlliməsi olub. Nurlana Əliyeva bildirir ki, onun gənc yaşlarında slavyan xalqlarının, xüsusilə rus ədəbiyyatına marağının yaranmasında anasının böyük təsiri olub. “Mən milli ədəbiyyatımızla yanaşı, rus ədəbiyyatını, Lermontovun, Puşkinin və digərlərinin əsərlərini çox sevirdim. İndi tale elə gətirdi ki, mən Bakı Slavyan Universitetinin rektoru təyin olundum. Mən dövlətimizin başçısının bu etimadını layiqincə doğrultmağa çalışacağam”, - deyə o vurğulayır. Nurlana xanımın övladları da elmə bağlı insanlardır. Onun nəvələrinin də təhsilə marağı yüksəkdir və oxuduqları təhsil müəssisələrində nümunəvi olmaları ilə fərqlənirlər. Təhsildə uğurlarla yanaşı ailədə milli-mənəvi dəyərlərə, ənənələrə, əxlaqi keyfiyyətlərə də hər zaman riayət olunur. Çünki Nurlana xanım həm ailədə, həm də çalışdığı təhsil müəssisələrində ilk növbədə bu keyfiyyətləri təlqin edir, aşılayır. Bir sözlə, bu ailənin kökünün ziyalı mayasından yoğrulduğunu desək, yanılmarıq.
Beləliklə, 70 yaşını qeyd edən Nurlana Əliyevanın keçdiyi zəngin, keşməkeşli, parlaq ömür yolu qadınlarımız, xüsusilə gənc xanımlarımız üçün böyük örnəkdir. Nurlana xanımı 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı, elmi-pedaqoji, ictimai-siyasi fəaliyyətində uğurlar arzulayırıq.
Nardar BAYRAMLI
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Gündəm
22 Aprel 12:57
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:40
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18

