YAP gəncliyin inkişafı üçün mühüm layihələr həyata keçirir
16.11.2016 [09:40]
Təhsildə uğur qazanan bir qrup tələbə-gəncə partiyanın təqaüdü verilir
Azərbaycanın inkişafı, ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə bir sıra sahələr üzrə gənc kadrların məsul dövlət vəzifələrinə təyin olunması, dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin sosial problemlərinin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsasını təşkil edir. Eyni zamanda, bu gün ölkəmizin inkişafında özünəməxsus rolu olan Yeni Azərbaycan Partiyası (YAP) da gəncliyin inkişafına xüsusi diqqət yetirir. Qeyd etmək lazımdır ki, YAP gənclərlə bağlı bir sıra layihələrin də müəllifidir və bu layihələr vasitəsilə gənclərimizə diqqət göstərilir, fəal gənclərin üzə çıxarılıb onların potensialından səmərəli istifadə olunması yönündə addımlar atılır. Partiyamız sosial-mədəni həyatın əsas sahələrinin - elmin, təhsilin və mədəniyyətin inkişafının, gənc nəslin tərbiyəsinin ümumxalq və ümumdövlət işi səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə yaxından dəstək göstərir. Bütün sadalanan prinsiplərə hər zaman sadiqliyini nümayiş etdirən Yeni Azərbaycan Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən və artıq ənənə halını almış “Heydər Əliyev məktəblilərin gözü ilə” ümumrespublika inşa müsabiqəsi xüsusi diqqət cəlb edir. Məlumat üçün bildirək ki, bu layihənin əsası 2007-ci ildə Yeni Azərbaycan Partiyası, Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən qoyulub. Heydər Əliyev Fondu da bu layihəyə qoşularaq gəncliyin inkişafına öz töhfələrini verməkdədir. Sözügedən müsabiqənin qalibləri Ulu öndərin doğum günü ərəfəsində keçirilən təntənəli mərasim zamanı mükafatlandırılırlar. Həmin mükafatlandırmadan başqa, əgər müsabiqənin qalibləri ali məktəblərə qəbul olub tələbə adını qazanarlarsa, onlara ali təhsillərini bitirənədək YAP tərəfindən təqaüd verilir. Artıq YAP-ın təqaüdünü xeyli sayda tələbə-gənc alır və onlardan ali məktəbləri başa vuranlar da var. Tələbə-gənclərə təqaüdlərin verilməsi bir daha Yeni Azərbaycan Partiyasının gənc nəslin inkişafına göstərdiyi qayğının təcəssümüdür. Qeyd edək ki, müsabiqənin qaliblərindən bu il də ali məktəbə qəbul olunanlar var və onlar da YAP tərəfindən belə təşəbbüslərin həyata keçirilməsini yüksək dəyərləndirirlər.
Həmin təqaüdçülərdən biri Ayşən Azər qızı Mərdanovadır. Ayşənin ailəsi əslən Laçın rayonundandır. 1992-ci ildə erməni işğalı səbəbindən ailəsi Saatlı rayonunda məskunlaşıb. A.Mərdanova 14 oktyabr 1998-ci ildə Saatlı şəhərində dünyaya göz açıb. Qeyd edək ki, Ayşən 2004-cü ildə Saatlı şəhəri V.Əsgərov adına 4 saylı tam orta məktəbə daxil olub. Orta məktəbdə təhsil aldığı müddətdə onun bir sıra uğurları olub. Belə ki, o, 2013-cü ildə “Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyeva” adlı inşa yazı müsabiqəsində Saatlı şəhəri məktəbliləri arasında 2-ci yerin qalibi olub.
2014-cü ildə təhsilini Saatlı şəhəri S.Vurğun adına 1 saylı tam orta məktəbdə davam etdirməyə başlayan A.Mərdanova həmin il “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa yazı müsabiqəsində Saatlı şəhəri üzrə 2-ci yerə layiq görülüb. 2015-ci ildə isə “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa yazı müsabiqəsində Saatlı şəhəri üzrə 1-ci, respublika üzrə 2-ci yerə layiq görülüb. Gülüstan sarayında qalibləri mükafatlandırma mərasimində Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov, təhsil naziri Mikayıl Cabbarov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə və digər rəsmi şəxslər iştirak ediblər. A.Mərdanova deyir ki, bu uğur onun həyatında ən əlamətdar hadisələrdən biridir: “Həmin tədbirdə çox həyəcanlı idim. Tədbirdə biz qaliblərə diplom, yazdığımız inşanın çap olunmuş kitabı, notebook və AHİK tərəfindən 200 manat məbləğində pul mükafatı təqdim edildi. Mərasimdə Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirdi ki, inşa müsabiqəsinin qalibləri ali məktəbə qəbul olanacaqları təqdirdə onlara partiya tərəfindən təqaüd veriləcək. Mən də builki qəbul imtahanlarında Gəncə Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldum və tələbə olaraq YAP-ın təqaüdünü alıram. Əslində, bu təqaüdün mənim üçün maddiyyatdan daha çox, mənəvi üstünlüyü var. Çünki Ümummilli liderimizin adı ilə bağlı müsabiqənin qalibi olmaq və Onun yaratdığı partiyanın təqaüdünü almaq mənim üçün fəxrdir. Mənim təhsildə uğur qazanmağımda ilk növbədə valideynlərimin, müəllimlərimin zəhməti var. Onların hər birinə təşəkkür edirəm”.
Bu il YAP-ın təqaüdçüsü adına layiq görülən tələbə-gənclərdən biri də Gülçin Elçin qızı Tanrıverdiyevadır. Gülçin 1998-ci ilin dekabr ayında Ağstafa rayonunda ziyalı ailəsində dünyaya gəlib. Onun atası həkim-stomatoloq, anası isə ixtisasca rus dili müəlliməsidir. Gülçin 2005-ci ildə Ağstafa rayon A.Abdullayev adına 2 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 2007-ci ildə isə H.Arif adına Ağstafa rayon Uşaq musiqi məktəbinə daxil olub və 2012-ci ildə həmin məktəbi fortepiano ixtisası üzrə müvəffəqiyyətlə bitirib. G.Tanrıverdiyeva orta məktəbdə oxuduğu illərdə nizam-intizamlı şagird olub, bir çox tədbirlərdə, bilik yarışmalarında, müsabiqələrdə iştirak edib. O, rayondakı Uşaq Yaradıcılıq Mərkəzinin nəzdində təşkil olunmuş rəsm dərnəyinin üzvü olaraq rəsm müsabiqələrində iştirak edib. Hələ ibtidai sinifdə oxuyarkən “Bizə müharibəsiz həyat verin” devizi altında keçirilən rəsm müsabiqəsində Respublika Uşaq Təşkilatı tərəfindən 2-ci dərəcəli diplomla təltif olunub. Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Könlüm keçir Qarabağdan” mövzusunda keçirilən rəsm müsabiqəsində də mükafatlandırılıb. Həmçinin oxuduğu məktəbdə keçirilən “Azərbaycan tarixi fənni aylığı” adlı rəsm müsabiqəsində 1-ci yeri qazandığına görə rayon təhsil şöbəsinin diplomu ilə təltif olunub. Qeyd edək ki, istedadlı, bacarıqlı şagird kimi G.Tanrıverdiyeva haqqında yazıçı Sevil İsmayılqızının “Uca zirvə yolçuları” adlı kitabında geniş məlumatlar əks olunub.
Xüsusi olaraq qeyd edək ki, Gülçinin ən böyük uğurlarından biri 2013-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə keçirilmiş inşa müsabiqəsinin qaliblərindən biri olmasıdır. Belə ki, o, “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa yazı müsabiqəsində respublika üzrə 3-cü yeri qazanıb və Gülüstan sarayında keçirilən mərasimdə mükafatlandırılıb. Bununla yanaşı, bu uğura görə Gülçin Ağstafa rayonu İcra Hakimiyyətinin başçısı M.Quliyev, eləcə də rayon təhsil şöbəsinin müdiri və oxuduğu məktəbin direktoru tərəfindən də fəxri fərman və diplomla təltif olunub.
2016-cı ildə orta təhsilini başa vuran Gülçin ali məktəbə qəbul imtahanı zamanı yüksək nəticə göstərərək Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinə daxil olub. Tələbə adını qazanmağın sevincini yaşayan G.Tanrıverdiyeva hesab edir ki, YAP-ın təqaüdçüsü olmaq onun sevincinə sevinc qatıb: “YAP-ın təqaüdçüsü olmaq mənim sevincimi ikiqat artırdı. Bu, Ulu öndərimizin qurucusu olduğu partiyanın mənə göstərdiyi yüksək etimaddır. İnşallah, 18 yaşım tamam olan kimi partiyanın üzvü olmaq üçün ərizə verəcəm”.
YAP-ın təqaüdünə layiq görülən tələbə-gənclərdən biri də Nərmin Natiq qızı İsmayılzadədir. Nərmin 1998-ci ildə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində dünyaya gəlib. Lənkəranda 238 saylı tam orta məktəbi bitirib. Qeyd edək ki, o, uşaqlıq illərindən incəsənətə böyük maraq göstərib və incənətin rəssamlıq növündə öz bacarığını sınayıb. Rəsamlıq sənətinə böyük həvəs Nərmini ciddi uğurlara aparıb. Gənc olmasına rəğmən onun zəngin nailiyyətlər qazandığını əminliklə söyləmək olar. Belə ki, N.İsmayılzadə orta məktəbdə oxuduğu illərdə dəfələrlə rəssamlıq üzrə respublika müsabiqələrinin qalibi olub, qızıl və gümüş medallara layiq görülüb. O, həyatında ən böyük uğurlardan biri kimi 12 yaşında 4-cü beynəlxalq rəsm festivalının qalibi olmasını görür. Məhz beynəlxalq müsabiqənin qalibi olaraq 12 yaşlı Nərmin ABŞ-a dəvət alıb. Bu səfər onun həyatının unudulmaz anlarını təşkil edir.
N.İsmayılzadə “Heydər Əliyev məktəblilərin gözü ilə” müsabiqəsində 11-ci sinifdə oxuyarkən iştirak edib və respublika üzrə 3-cü yerin qalibi olub. Builki qəbul imtahanlarında isə Rəssamlıq Akademiyasına qəbul olub. “Rəssam olmaq mənim böyük arzum idi. Ona görə də Rəssamlıq Akademiyasına daxil oldum. Gələcəkdə də rəssam kimi özümü sınamaq istəyirəm. YAP-ın təqaüdçüsü olmaq isə mənə əlavə stimul verir. Mən peşəkar rəssam olmaq və xalqımızın nə qədər yüksək mədəniyyətə və incəsənətə sahib olduğunu dünyada təbliğ etmək istəyirəm. Gələcəkdə də qarşıya qoyduğum məqsədlərə çatmaq üçün Yeni Azərbaycan Partiyasının dəstək verəcəyinə inanıram”, - deyə N.İsmayılzadə qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

