YAP gəncliyin inkişafı üçün çoxsaylı layihələr həyata keçirir
29.11.2016 [09:22]
Təhsildə uğur qazanan bir qrup tələbə gəncə partiyanın təqaüdü verilir
Azərbaycanın inkişafı, ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə bir sıra sahələr üzrə gənc kadrların məsul dövlət vəzifələrinə təyin olunması, dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin sosial problemlərinin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsasını təşkil edir. Eyni zamanda, bu gün ölkəmizin inkişafında özünəməxsus rolu olan Yeni Azərbaycan Partiyası (YAP) da gəncliyin inkişafına xüsusi diqqət yetirir. Qeyd etmək lazımdır ki, YAP gənclərlə bağlı bir sıra layihələrin də müəllifidir və bu layihələr vasitəsilə gənclərimizə diqqət göstərilir, fəal gənclərin üzə çıxarılıb onların potensialından səmərəli istifadə olunması yönündə addımlar atılır. Partiyamız sosial-mədəni həyatın əsas sahələrinin - elmin, təhsilin və mədəniyyətin inkişafının, gənc nəslin tərbiyəsinin ümumxalq və ümumdövlət işi səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə yaxından dəstək göstərir. Bütün sadalanan prinsiplərə hər zaman sadiqliyini nümayiş etdirən Yeni Azərbaycan Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən və artıq ənənə halını almış “Heydər Əliyev məktəblilərin gözü ilə” ümumrespublika inşa müsabiqəsi xüsusi diqqət cəlb edir. Məlumat üçün bildirək ki, bu layihənin əsası 2007-ci ildə Yeni Azərbaycan Partiyası, Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən qoyulub. Heydər Əliyev Fondu da bu layihəyə qoşularaq gəncliyin inkişafına öz töhfələrini verməkdədir. Sözügedən müsabiqənin qalibləri Ulu öndərin doğum günü ərəfəsində keçirilən təntənəli mərasim zamanı mükafatlandırılırlar. Həmin mükafatlandırmadan başqa, əgər müsabiqənin qalibləri ali məktəblərə qəbul olub tələbə adını qazanarlarsa, onlara ali təhsillərini bitirənədək YAP tərəfindən təqaüd verilir. Artıq YAP-ın təqaüdünü xeyli sayda tələbə gənc alır və onlardan ali məktəbləri başa vuranlar da var. Tələbə gənclərə təqaüdlərin verilməsi bir daha Yeni Azərbaycan Partiyasının gənc nəslin inkişafına göstərdiyi qayğının təcəssümüdür. Qeyd edək ki, müsabiqənin qaliblərindən bu il də ali məktəbə qəbul olunanlar var və onlar da YAP tərəfindən belə təşəbbüslərin həyata keçirilməsini yüksək dəyərləndirirlər.
YAP-ın təqaüdçülərindən biri də Hüseyn Valeh oğlu İrzayevdir. 2016-cı ildə sahib olduğu tələbə bileti H.İrzayevə nəinki onun ali məktəbə qəbul olunmaq arzusunu gerçəkləşdirmək, həm də Yeni Azərbaycan Partiyasının təsis etdiyi təqaüdü alması üçün bir vasitə olub. Belə ki, Hüseyn bu il qəbul imtahanları zamanı 687 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub. O, hazırda akademiyanın Siyasi idarəetmə fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alır. Hüseyn ali məktəbə qəbul imtahanı zamanı çox yüksək nəticə göstərdiyi üçün Prezident təqaüdünə də layiq görülüb.
H.İrzayev 1999-cu ilin mart ayında Gəncə şəhərində dünyaya gəlib. O, Gəncə şəhər 5 saylı tam orta məktəbi qızıl medalla bitirib və təhsil aldığı müddətdə bir sıra uğurlar qazanıb. “Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilən müsabiqədə 11-ci sinifdə oxuyarkən iştirak etmişəm və respublika üzrə 2-ci yerin qalibi olmuşam. Ulu öndərimizin adı ilə bağlı olan müsabiqənin qaliblərindən biri olmağımla fəxr edirəm. Yeni Azərbaycan Partiyasının, Heydər Əliyev ideyalarının daşıyıcısı olan bir təşkilatın təsis etdiyi təqaüdü almaq şərəfli, qürurvericidir”, - deyə YAP təqaüdçüsü vurğulayıb.
Digər bir təqaüdçü Aişə Məmmədalı qızı Əhmədova isə 1998-ci ildə Zərdab rayonunun Nəzəralı kəndində dünyaya gəlib. Aişə 2016-cı ildə bu rayonun Şıxbağı kənd orta məktəbini qızıl medalla bitirib. Təhsil aldığı müddətdə bir sıra intellektual yarışlarda, müsabiqələrdə iştirak edərək fərqlənib. “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa yazı müsabiqəsində isə 10-cu sinifdə oxuyarkən iştirak edib və respublika üzrə 1-ci yerin qalibi olub. “Belə bir mötəbər müsabiqənin qalibi olmaq mənim üçün çox qürurvericidir. Mükafatlandırma mərasimi “Gülüstan” sarayında keçirildi və bizə diplom, hədiyyələr verildi. Tədbirdə Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov bildirdi ki, bu müsabiqənin qalibləri ali məktəblərə qəbul olacaqları təqdirdə onlara təhsil aldıqları müddətdə YAP tərəfindən təqaüd veriləcək. Mən də builki qəbul imtahanlarında 645 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil oldum. Artıq YAP-ın təqaüdçüsüyəm. Mənə göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkür edirəm. Çalışacağam ki, təhsil müddətində yüksək bilik qazanım və mənə göstərilən etimadı doğruldum”, - deyə A.Əhmədova vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59

