Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında Şura iclası keçirilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında Şura iclası keçirilib

01.02.2017 [10:26]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının Şura iclası keçirilib. İclasda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının 2016-cı ildə gördüyü işlərin hesabatı dinlənilib, ilk ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi və rayon təşkilatının I hesabat-seçki konfransına hazırlığı geniş müzakirə edilib.
İclası giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov gündəlikdə duran məsələlər barədə məlumat verərək bildirib ki, hesabat dövrü ərzində Yeni Azərbaycan Partiyasının ideoloji, təşkilati prinsiplərinin yerinə yetirilməsi, rayon təşkilatının müvafiq İş Planına uyğun olaraq müxtəlif mövzuları əhatə edən çoxsaylı tədbirlər, aksiyalar həyata keçirilib. Ümumilikdə keçirilmiş tədbirlərdə YAP fəallarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı təmin edilib. M.Manafov həmçinin YAP üzvlərinin sıralarının günbəgün artdığını və bunun Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasi kursunun xalq tərəfindən dəstəklənməsinin bariz nümunəsi olduğunu qeyd edib.
M.Manafov bildirib ki, 2016-cı il ərzində təşkilatın üzvlərinin sayı 252 nəfər artaraq 4718 nəfərə çatıb. Qəbul olunan partiya üzvlərinin əksəriyyətini gənclər təşkil edir.
Sədr həmçinin rayon təşkilatının I hesabat-seçki konfransına hazırlıq məqsədilə görüləcək işlərdən danışıb. Bununla əlaqədar ilk ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi üçün müvafiq qrafikin tərtib edildiyini, orada YAP üzvlərindən rayon konfransına kvotaya uyğun olaraq nümayəndələrin seçiləcəyini bildirib.
Daha sonra iclasda gündəliyə çıxarılan məsələlər ətrafında geniş müzakirələr başlayıb. Çıxış edən YAP Pirallahı rayon təşkilatının sədr müavini Ə.Kərimov bildirib ki, ilk ərazi təşkilatlarında hesabat seçki yığıncaqları rayon Şurasının üzvlərinin iştirakı ilə keçirilir. Təhkim olunmuş məsul şəxslərin hər biri ilk ərazi təşkilatlarında hesabat seçki yığıncaqlarında iştirak edirlər.
İclasda çıxış edənlər - rayon təşkilatının sədr müavini Daməd İmanov, Şura üzvləri Fazil Məhəmmədov, Hikmət Şikarov, Sevda Alxasova və başqaları rayon təşkilatının 2016-cı ilin yekunlarına dair hesabatını qənaətbəxş hesab ediblər.
İclasda müzakirəyə çıxarılan bütün məsələlər barədə müvafiq qərar qəbul edilib.
Arif ƏSƏDOV

Paylaş:
Baxılıb: 676 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30