Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Səbail rayon təşkilatı “Əmək normaçıları” ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

YAP Səbail rayon təşkilatı “Əmək normaçıları” ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

10.02.2017 [10:00]

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı “Əmək normaçıları” ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Hesabat məruzəsi ilə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Telman Məhəmmədov bildirib ki, “Əmək normaçıları” ilk təşkilatının üzvləri ölkənin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edir, prezident, Milli Məclis, bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyalarında xüsusi fəallıqları ilə seçilirlər.
Təşkilat üzvlərindən Qasım Qasımov və Kərim Qocayev çıxış edərək ərazi ilk partiya təşkilatının fəaliyyətini müsbət qiymətləndiriblər.
Yığıncaqda çıxış edən YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini Muxtar Nağıyev bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Onun sözlərinə görə, Azərbaycan bundan sonra da parlaq qələbələrə, böyük uğurlara imza atacaq.
Yığıncaqda ərazi ilk partiya təşkilatının idarə heyətinin üzvləri, sədri, sədr müavini, eləcə də YAP Səbail rayon təşkilatının XI konfransına nümayəndələr seçiliblər.

Paylaş:
Baxılıb: 699 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30