Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının IX konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının IX konfransı keçirilib

05.05.2017 [10:17]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının IX konfransı keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyublar. Sonra konfrans Şəmkir rayon Ə.Cavad adına Mədəniyyət Mərkəzində davam etdirilib.
Konfransda YAP İcra katibinin müavini, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Sahibə Qafarova, Milli Məclisin deputatı, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Sona Əliyeva, Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və YAP Mərkəzi Aparatının məsul işçisi Rafayıl Gülməmmədov iştirak ediblər.
Konfransda hesabat məruzəsi ilə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, partiyamız Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq, xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir
Fəxrəddin Vəliyev çıxışında onu da qeyd edib ki, 1993-cü il iyul ayının 18-də təsis konfransını keçirən YAP Şəmkir rayon təşkilatı ötən müddət ərzində böyük inkişaf yolu keçib. Hazırda öz ətrafında 112 ərazi ilk partiya təşkilatını birləşdirən YAP Şəmkir rayon təşkilatının üzvlərinin sayı 11754 nəfərdir. YAP Şəmkir rayon təşkilatı öz sıralarını daim genişləndirərək partiyamızın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da ləyaqətlə gələcək.
Daha sonra rayon təşkilatının Nəzarət-Təftiş qrupunun sədri İdris Əbdürrəhmanovun məruzəsi dinlənilib.
Sonra YAP İcra katibinin müavini, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, partiyanın gördüyü işlər, keçdiyi inkişaf yolu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlarda YAP-ın iştirakı barədə geniş nitq söyləyib. Onun sözlərinə görə, YAP Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli yer tutan partiyadır. Faktiki olaraq YAP ümumxalq partiyasıdır. Cəmiyyətimizin avanqard hissəsi YAP-da birləşib: “YAP tarixi bir vəzifəni, missiyanı yerinə yetirmək zərurətindən meydana gəlmişdir. Partiyanın, xalqımızın lideri və o dövrdə ölkəni böhrandan çıxarmağa qadir olan şəxsiyyət Ulu öndər Heydər Əliyevin belə bir siyasi təşkilatı yaratması həmin dövrün, zamanın tələbi idi. Həyat göstərdi ki, məhz Ümummilli lider Heydər Əliyevin yaratdığı YAP millətin qarşısında duran bu tarixi vəzifəni yerinə yetirməyə qadir olan bir partiya kimi özünü göstərdi. Bu partiya inkişaf edərək bugünkü səviyyəsinə çatıb. Bu gün YAP cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən olunmuş o fundamental prinsiplərə söykənərək yeni, ümummilli vəzifələri həyata keçirməkdədir”.
Çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov deyib ki, yaradıcısı Ümummilli lider Heydər Əliyev olan YAP zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrilib.
Sonra çıxış edən Milli Məclisin deputatı Sahibə Qafarova bildirib ki, Heydər Əliyev ideyalarını özünün ideoloji və siyasi mübarizəsinin əsas silahı kimi mənimsəyən YAP ötən 25 ilə yaxın zaman müddətində bir çox uğurlara imza atıb. Partiyamızın sıraları genişlənək 700 minə yaxınlaşıb, beynəlxalq nüfuzu artaraq möhkəmlənib.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Sona Əliyeva partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından və YAP-ın cəmiyyətdə aparıcı rolundan danışıb, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan bəhs edib.
Konfransda YAP Şəmkir rayon təşkilatı Şurasının üzvləri Məcid Şıxlinski və Ayaz İbrahimov, YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurası sədrinin müavini Rəfiqə Mürsəlova, YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının üzvü Elvira Allahverdiyeva çıxış edərək rayon təşkilatının ötən konfransdan keçən müddət ərzində fəaliyyətini müsbət qiymətləndiriblər.
Konfransda həmçinin təşkilati məsələlər müzakirə edilib. Rayon təşkilatının 63 nəfər tərkibdə yeni Şurası və 15 nəfərdən ibarət İdarə Heyəti, eləcə də Nəzarət-Təftiş qrupu seçilib. Fəxrəddin Vəliyev yenidən YAP Şəmkir rayon təşkilatının sədri seçilib.

Paylaş:
Baxılıb: 782 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30