Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının VIII konfransı keçirilib
27.05.2017 [11:08]
Lütvəli Şıxəliyev: YAP Saatlı rayon təşkilatının üzvləri bundan sonra da üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışacaqlar
Mayın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının növbəti VIII konfransı keçirilib. Konfransda Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, YAP İcra Katibliyinin məsul işçisi Ramil Mirzəyev, YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev və digərləri iştirak ediblər.
Konfransda YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, rayon təşkilatı 70 ərazi ilk partiya təşkilatında 9442 nəfəri öz ətrafında birləşdirir: “Üzvlərin 3284 nəfərini gənclər və 3042 nəfərini qadınlar təşkil edirlər. Rayonda bütün seçki məntəqələrinin yerləşdiyi ərazilərdə YAP ilk partiya təşkilatları fəaliyyət göstərir. Hesabat dövründə rayon təşkilatı ideya-siyasi işin təşkilində Ümummilli lider Heydər Əliyevin ideyalarını, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin proqram xarakterli nitqlərini, İcra Katibliyinin tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələri əsas fəaliyyət istiqaməti kimi daim rəhbər tutub. Əminəm ki, YAP Saatlı rayon təşkilatının üzvləri bundan sonra da üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışacaqlar”.
Sonra hesabat məruzəsi ilə YAP Saatlı rayon təşkilatının Nəzarət-Təftiş qrupunun sədri Rahib Salahov çıxış edib.
Konfransda çıxış edən rayon təşkilatının Şura üzvü Oqtay Məmmədov, rayon təşkilatının Günəşli ilk partiya təşkilatının sədri Camasıddin Əhmədov, YAP Saatlı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini, Saatlı bələdiyyəsinin üzvü Mehriban Ağayeva YAP Saatlı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini vurğulayıblar.
Tədbirdə çıxış edən Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov deyib ki, Azərbaycan bu gün tamamilə müstəqil siyasət yürüdən, öz sözü, mövqeyi, prinsipial xarici siyasəti olan dövlətdir: “Möhtərəm Prezidentimizin böyük diqqət və qayğısı sayəsində respublikamızın milli inkişaf strategiyası, vahid ideologiyası formalaşıb, milli özünəməxsusluğu qorunub, xalqın və dövlətin maraqlarına xidmət edən ümumbəşəri dəyərlər inkişaf etdirilib. Azərbaycan Respublikası Prezident İlham Əliyevin siyasi səriştəsi, ardıcıl və məqsədyönlü tədbirləri sayəsində daha da möhkəmlənib, çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm dövrünə çataraq qüdrətli bir dövlətə çevrilib. Əlbəttə ki, bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının çox mühüm rolu olmuşdur”.
Konfransda çıxış edən millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yarandı. Millət vəkilinin sözlərinə görə, yarandığı ilk gündən YAP ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək, milli müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişaf etdirilməsində özünün layiqli töhfələrini verib: “Yeni Azərbaycan Partiyası Azərbaycan tarixində Heydər Əliyev dühasının imzasıdır. YAP qısa müddətdə Azərbaycan siyasi sisteminin ən güclü siyasi təşkilatına, cəmiyyətdə dominant qüvvəyə çevrildi. Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinə siyasi əxlaqla, siyasi mədəniyyətlə, eləcə də siyasi hüquqla bağlı yeni dəyərlər gətirdi. Bu gün YAP Azərbaycan cəmiyyətində bir siyasi dəyərdir”.
YAP-ın ümumxalq partiyası olduğunu deyən millət vəkilinin fikrincə, bir siyasi təşkilat üçün bundan daha yüksək qiymət ola bilməz. Onun sözlərinə görə, YAP əldə etdiyi uğurlarla qələbələr partiyası olduğunu sübuta yetirib. “YAP milli dəyərlərə söykənərək inkişaf edir. Ona görə də hazırda YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətlərini davam etdirəcək və həmişə Azərbaycan xalqının partiyası olaraq qalacaq”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Sonra konfransda təşkilati məsələlərə baxılıb. YAP Saatlı rayon təşkilatının 45 nəfərdən ibarət Şurası, 7 nəfərdən ibarət Nəzarət-Təftiş qrupu seçilib. Lütvəli Şıxəliyev yenidən YAP Saatlı rayon təşkilatının sədri seçilib.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

