YAP Suraxanı rayon təşkilatının IX konfransı keçirilib
02.06.2017 [10:06]
İyunun 1-də Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının IX konfransı keçirilib. Konfrans dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Sonra Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib, həmçinin YAP Suraxanı rayon təşkilatının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konfransda hesabat məruzəsi ilə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olduğu kimi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Natiq deyib ki, Ümummilli liderin qurucusu olduğu və Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən Yeni Azərbaycan Partiyası ölkəmizin qurtuluş simvoluna, tərəqqi rəmzinə çevrilib. Bu gün YAP Azərbaycan xalqı tərəfindən dəstəklənən, böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir. Yeni Azərbaycan Partiyası öz ətrafında xalqımızın qabaqcıl ziyalılarını, intellektual potensialını birləşdirmək baxımından cəmiyyətin alternativsiz partiyasıdır.
Məruzədə qeyd edilib ki, partiyanın Suraxanı rayon təşkilatı fəaliyyəti dövründə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. V.Seyidov bildirib ki, hazırda 106 ərazi ilk partiya təşkilatında 8230 nəfər birləşib.
Sonra Nəzarət-Təftiş qrupunun sədri Nənəxanım Paşayevanın hesabatı dinlənilib.
Konfransda həmçinin Suraxanı rayon 114 saylı tam orta məktəbin direktoru Ceyran Novruzova və YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Kənan Kərimov çıxış edərək təşkilatın fəaliyyəti haqqında fikirlərini bildiriblər.
Konfransda çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, keçdiyi inkişaf yolu, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlarda iştirakı barədə geniş söz açıblar.
Çıxış edən YAP İdarə Heyətinin üzvü, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev partiyamızın yaranma tarixi, o dövrdə baş verən proseslər haqqında geniş məlumat verib. O qeyd edib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında siyasi flaqman rolunu öhdəsinə götürüb. “YAP Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir”, - deyən V.Əliyev bildirib ki, ölkəmizdə 700 min üzvü olan partiyamızla rəqabət apara biləcək siyasi qüvvə yoxdur. YAP İdarə Heyətinin üzvü hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurları, əldə olunan nəticələr və nailiyyətlər haqqında fikirlərini söyləyib. Qeyd edib ki, bu gün Azərbaycan dünyanın nüfuzlu dövlətləri sırasındadır. Ölkəmizdə həyata keçirilən abadlıq və quruculuq işlərindən danışan V.Əliyev quruculuq işlərinin Suraxanı rayonunda da vüsət aldığını bildirib. YAP İdarə Heyətinin üzvü partiyanın Suraxanı rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və konfransın qətnaməsi qəbul olunub.
Daha sonra təşkilati məsələlərə baxılıb. Rayon təşkilatının 67 nəfərdən ibarət Şurası, 27 nəfərdən ibarət İdarə Heyəti, eləcə də Nəzarət-Təftiş qrupu seçilib. Vüqar Seyidov yenidən YAP Suraxanı rayon təşkilatının sədri seçilib.
Sonda YAP sıralarına yeni qoşulmuş şəxslərə partiyanın üzvlük vəsiqələri və Suraxanı rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16

