YAP Ucar rayon təşkilatının VIII konfransı keçirilib
21.06.2017 [09:34]
İllər keçdikcə sıraları istər kəmiyyət, istərsə də keyfiyyətcə daha da möhkəmlənən Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. Vaxtilə Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır”.
Bu fikirlər Ucarda YAP rayon təşkilatının VIII konfransında səsləndirilib.
Konfrans nümayəndələri əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək düzüblər.
Heydər Əliyev Mərkəzində keçirilən konfransda YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayevanın hesabat məruzəsində bildirilib ki, təşkilat öz sıralarında 3937 nəfəri birləşdirir. Onlardan 2294 nəfəri və ya 58,2 faizi qadınlar, 1231 nəfəri və ya 31,2 faizi gənclərdir. Rayon üzrə 68 ərazi ilk partiya təşkilatı sədrinin 52 nəfəri ali təhsillidir.
Hesabat məruzəsində, eləcə də çıxışlarda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin 2015-ci il oktyabrın 6-da Ucara tarix səfərindən bəhs edilib, bu səfərin YAP rayon təşkilatı üçün də xüsusi əhəmiyyət daşıdığı bildirilib. Belə ki, səfər çərçivəsində dövlətimizin başçısı YAP Ucar rayon təşkilatı üçün müasir arxitektura üslubunda tikilən üçmərtəbəli yeni inzibati binanın açılışını da edib, tapşırıq və tövsiyələrini verib.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Milli Məclisin deputatları, YAP Siyasi Şurasının üzvləri Aydın Mirzəzadə və Mirkazım Kazımov, deputat Vüsal Hüseynov Yeni Azərbaycan Partiyasının ölkə həyatında oynadığı roldan danışıb, Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın, eyni zamanda, YAP-ın əldə etdiyi uğurlardan söz açıblar.
Konfransda nəzarət təftiş qrupunun sədri Vaqif Mehdiyevin hesabatı dinlənilib, təşkilati məsələlərə baxılıb. Şəhla Abdullayeva yenidən YAP Ucar rayon təşkilatının sədri seçilib.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqəsi verilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37

