YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvləri Füzuli rayonunun Alxanlı kəndində olublar
14.07.2017 [10:10]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının İdarə Heyətinin üzvləri Füzuli rayonunun Alxanlı kəndində olublar. İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində həlak olan Sahibə Quliyeva və onun nəvəsi, 2 yaşlı Zəhra Quliyevanın məzarlarını ziyarət edib, yas mərasiminə qatılaraq mərhumların yaxınlarına başsağlığı veriblər. Bundan başqa, Füzuli rayonunun Horadiz şəhərində ötən ilin aprel ayında Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsinə ucaldılan abidə ziyarət olunub.
YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva diqqətə çatdırıb ki, ermənilər növbəti dəfə mülki şəxsləri - 2 yaşlı Zəhranı və onun nənəsi Sahibə Quliyevanı qətlə yetirməklə öz qaniçən simalarını bütün dünyaya nümayiş etdirdilər: “Uzun illərdir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan, çoxsaylı mülki şəxslərə atəş açaraq onları qətlə yetirən ermənilərin bu vəhşiliyi - növbəti təxribatçı hərəkətləri və vandalizm aktı bütün dünyanın gözü qarşısında baş verdi. Bu gün beynəlxalq birlik ermənilərin bu vəhşiliklərini, qəddar simaları və xislətlərini görür, kəskin qınayır”.
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışdığını, ermənilərin isə sülh istəmədiyini və öz təxribatçı hərəkətlərini davam etdirdiyini diqqətə çatdıran Nurlana Əliyeva əlavə edib ki, nadan ermənilər belə vəhşilik, qəddarlıq və qaniçənliyin sonu olmadığını başa düşmürlər: “Azərbaycan Ordusu işğal altında olan torpaqlarını azad etməyə qadirdir. Eyni zamanda, həm ordumuzda, həm də cəmiyyətdə yüksək vətənpərvərlik ruhu mövcuddur. Azərbaycan xalqı sıx həmrəylik və birlik nümayiş etdirir, Ordumuz işğal edilmiş torpaqlarımızı azad etmək əzmində olduğunu göstərir. Biz bunu ötən ilin aprel hadisələri zamanı da müşahidə etdik. Ona görə də ermənilər dərk etməlidirlər ki, Azərbaycan tez-gec öz ərazilərini işğaldan azad edərək ədaləti bərqərar edəcək, soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar”.
“Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası olaraq ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən 2 yaşlı Zəhranın və nənəsi Sahibə Quliyevanın ailəsinin dərdinə, kədərinə şərik olmağa gəldik. Bu, bütün Azərbaycan xalqının kədəridir. Nankor və mənfur ermənilər torpaqlarımızı işğal etmələri bəs deyilmiş kimi, indi də günahsız övladlarımızı qətlə yetirirlər. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, balaca Zəhranın, onun nənəsinin qanı yerdə qalmadı. Həmişə də belə olacaq. Bəli, Azərbaycan qətlə yetirilən o məsum qızcığazın və nənəsinin qisasını yerdə qoymadı və hər zaman ermənilərin bu cür vəhşi əməllərinə, vandalizm aktlarına layiqincə cavab verəcək”, - deyə Nurlana Əliyeva əlavə edib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

