YAP-ın yaranmasının 25-ci ildönümü ilə əlaqədar Naftalanda silsilə tədbirlər keçirilir
06.10.2017 [09:57]
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü ilə əlaqədar YAP Naftalan şəhər təşkilatı ərazi ilk partiya təşkilatlarında tədbirlər davam etdirilir. Bu silsilədən növbəti tədbir oktyabrın 5-də Qaz İstismar İdarəsi ərazi ilk partiya təşkilatında keçirilib.
“25 il dövlətçilik uğrunda” adlı tədbiri giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yolda əldə olunan uğurlardan danışıb. Qeyd edilib ki, xalqımızın dahi oğlu Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirilib.
Natiq bildirib ki, YAP Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır: “YAP aparıcı siyasi partiya kimi fəaliyyət göstərdiyi 25 il ərzində bütün qüvvəsini xalqa xidmətə yönəldib. Partiyanın yaradıcısı, Ümummilli liderimiz Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil, demokratik və hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti ölkəmizin bugünkü və gələcək uğurlu taleyini müəyyən edib. Azərbaycan düşdüyü siyasi, iqtisadi, sosial və mənəvi böhrandan Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xilas olub və inkişaf yoluna çıxıb”.
Rayon təşkilatının sədri ölkəmizdə həyatın bütün sahələrində qazanılmış uğurlarda partiyamızın rolunu yüksək qiymətləndirib, YAP-ın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün, məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrildiyini diqqətə çatdırıb: “Yeni Azərbaycan Partiyası müasir dövrdə beynəlxalq arenada tanınan, qəbul edilən nüfuzlu partiyalar sırasında öz mövqeyini saxlayan siyasi təşkilatdır. Sözsüz ki, partiyanın yüksək nüfuzu bilavasitə onun yaradıcısı Heydər Əliyev şəxsiyyəti ilə, eyni zamanda, partiyamızın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasətlə bağlıdır”.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50

