Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ümumxalq partiyası olan YAP Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

Ümumxalq partiyası olan YAP Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

14.11.2017 [10:20]

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü münasibətilə Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində ümumrayon tədbiri keçirilib. Laçın rayon İcra Hakimiyyətinin və YAP Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdən əvvəl rayon ictimaiyyətinin nümayəndələri Ümummilli lider Heydər Əliyevin rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı büstünün önünə gül dəstələri qoyaraq, Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra rayon Təhsil Şöbəsinin inzibati binasının akt zalında davam etdirilən tədbiri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov “Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyində rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə zərurətdən yaranıb.
YAP-ın ötən müddət ərzində şərəfli inkişaf yolu keçdiyini deyən İ.İlyasovun sözlərinə görə, ümumxalq partiyası olan YAP Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Natiq həmçinin bildirib ki, bu gün öz sıralarında 700 mindən çox üzvü birləşdirən YAP Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrilib.
Məruzə ətrafında çıxış edənlər Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oynadığı rol barədə fikirlərini bölüşüblər.
Sonra rayonun ictimai-siyasi və sosial həyatındakı fəal iştiraklarına görə bir neçə nəfər rayon sakininə YAP rayon təşkilatının Fəxri fərmanları təqdim olunub, həmçinin rayonun ümumtəhsil məktəblərində keçirilmiş inşa yazı müsabiqəsinin, rayonda keçirilmiş şahmat, mini futbol və cüdo yarışlarının qalibləri mükafatlandırılıb, Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuş bir qrup gəncə isə üzvlük vəsiqələri təqdim olunub.

Paylaş:
Baxılıb: 717 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30