/ / Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə “Hərəyə bir ağac əkək” kampaniyasına start verilib
Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə “Hərəyə bir ağac əkək” kampaniyasına start verilib
14.11.2017 [10:32]
Noyabrın 21-də ölkəmizin ictimai-siyasi həyatında xüsusi çəkiyə malik, bütövlükdə Azərbaycanın bugünkü möhtəşəm uğurlarında müqayisəsiz və əvəzsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 ili tamam olur. Partiyanın 25 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlər və kampaniyalar həyata keçirilir.
Noyabrın 11-də YAP-ın yaranmasının 25 illik yubileyi ilə əlaqədar nəzərdə tutulmuş möhtəşəm tədbir olan “Hərəyə bir ağac əkək” kampaniyasına start verilib. Kampaniyanın ilk günündə yüzlərlə YAP üzvünün iştirakı ilə 10 hektar ərazidə təxminən 10 min ağac əkilib. Xəzər rayonu ərazisində, Türkan-Qala şossenin ətrafındakı ərazidə həyata keçirilən yaşıllaşdırma kampaniyasında YAP İdarə Heyətinin, Şiyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, Qadınlar Şurasının və Gənclər Birliyinin üzvləri, elecə də partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının fəalları iştirak ediblər.
Kampaniya ilə bağlı Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycanın tarixində əhəmiyyətli rol oynayan, ictimai-siyasi həyatımızda çox mühüm missiyanı yerinə yetirən YAP-ın yubileyləri müxtəlif kampaniyalarla qeyd olunub: “Partyanın 25 illik yubileyi ilə əlaqədar ənənəmizə sadiq qalaraq yaşıllaşdırma kampaniyasını davam etdiririk. YAP-ın sıralarında 700 min insan birləşir. Bu kampaniyada da 700 min ağac əkmək niyyətini ortaya qoymuşuq. Partiyamızın hər bir üzvü bir ağac əksin deyə kampaniyamızı bu şüar altında reallaşdırırıq. Kampaniyaya ağacəkmə mövsümü başlayandan start verilir və bu mövsümün sonuna qədər davam edərək bütün bölgələri əhatə edəcək. Yaşıllaşdırmanın, ağacəkmənin ölkə həyatı üçün nə qədər əhəmiyyətli hadisə olduğunu izah etməyə ehtiyac yoxdur”.
YAP Sədrinin müavini bildirib ki, Azərbaycanın paytaxtı və regionları son illərdə çox ciddi şəkildə dəyişib, müasirləşib. Eyni zamanda, ölkədə ekologiyanın yaxşılaşdırılması istiqamətində böyük işlər görülür, yaşıllaşdırma tədbirləri həyata keçirilir və YAP-ın bu kampaniyası da ölkəmizdə reallaşdırılan yaşıllaşdırma, ağacəkmə kampaniyasının bir tərkib hissəsidir. “Bu, həmçinin təmiz hava, sağlamlıq deməkdir. Muasir dünyada təmiz havanın nə qədər böyük aktuallıq kəsb etdiyi hər kəsə məlumdur. Bilirsiniz ki, YAP həmişə yaradıcı, qurucu partiya olub. Bu partiyanı yaradan Ümummilli lider Heydər Əliyev həmişə quruculuq missiyasını yerinə yetirib, Onun yaratdığı partiya da bu missiyaya sədaqətlə xidmət edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən bütün quruculuq işlərində YAP yaxından iştirak edir. Hesab edirəm ki, 700 min ağacı əkməklə biz Bakının, ölkəmizin bütün bölgələrinin ekologiyasının yaxşılaşmasına öz töhvəmizi vermiş olacağıq. Bir neçə il keçəcək, bu ağaclar böyüyəcək və bu ərazi gözəl yaşıllıq zolağına çevriləcək. Eyni zamanda, Bakının havası daha da təmiz olacaq” - deyə Əli Əhmədov vurğulayıb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən “Hərəyə bir ağac əkək” kampaniyası Azərbaycanın hər bir bölgəsini əhatə etməklə, bütün yaşıllaşdırma mövsümü ərzində, yəni gələn ilin aprel ayına qədər davam edəcək. 700 mindən artıq ağac və bəzək bitkisinin əkilməsini nəzərdə tutan bu möhtəşəm kampaniyanın əsas vəzifəsi ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması məqsədinə xidmət etməklə, eyni zamanda insanların səfərbər edilməsi və həmrəyliyinin yüksəldilməsi anlamına töhfə vermiş olacaq.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

