/ / Yeni Azərbaycan Partiyasının yubileyi münasibətilə YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlıya səfər təşkil edib
Yeni Azərbaycan Partiyasının yubileyi münasibətilə YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlıya səfər təşkil edib
15.11.2017 [10:25]
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi münasibətilə partiyanın Səbail rayon təşkilatının və Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Böyük Qayıdışın başlanmasının rəmzi olan Cocuq Mərcanlıya səfərdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyevin rəhbərliyi ilə partiya fəallarından, o cümlədən rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrindən ibarət 90 nəfər iştirak edib.
Səfərin iştirakçıları əvvəlcə Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüşüblər.
Görüş zamanı aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş hərbçilərimizin, həyatını itirmiş mülki şəxslərin və həmin hərbi hissənin 19 şəhid hərbi qulluqçusunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyini əsgərlərlə birlikdə qeyd etmək üçün Cocuq Mərcanlıya gələn YAP Səbail rayon təşkilatı nümayəndə heyətinə təşəkkürünü bildirən birlik komandirinin müavini, polkovnik Elşad Əbilov əlamətdar hadisə münasibətilə hər kəsi təbrik edib, şəxsi heyətin xidməti-döyüş hazırlığı barədə məlumat verib. Bildirib ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, hərbi qüdrətini də gündən-günə artırır. Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Döyüş hazırlığına ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri hazırda istər quruda, istər havada, istərsə də dənizdə istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev qeyd edib ki, Orduda xidmət hər bir Azərbaycan gənci üçün şərəf və qürur mənbəyidir. Bu gün Ordumuzun hər bir əsgər və zabiti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın ərazi bütövlüyünün bərpası, torpaqlarımızı işğalçılardan azad etməyə tam qadirdir və buna hazırdır.
Şəmsəddin Hacıyev 2016-cı ilin aprel döyüşlərindən danışaraq diqqətə çatdırıb ki, Milli Ordumuz tərəfindən həyata keçirilən sürətli əks-həmlə zamanı Ermənistanın hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bir neçə istiqamətində yarılıb. Nəticədə Ordumuz strateji əhəmiyyətə malik yüksəklikləri və yaşayış məntəqələrini düşməndən tam azad edib. Aprel döyüşləri Azərbaycan hərb tarixinə ən şərəfli hadisələrdən biri kimi yazılıb və düşmən üzərində parlaq qələbə bu hərbi hissənin göstərdiyi qəhrəmanlıqlar nəticəsində qazanılıb.
“Bu gün Azərbaycan əsgəri və gəncliyi, ümumən bütün xalqımız öz əzəli torpaqlarını azad etmək üçün Ali Baş Komandanımızın əmrinə tam hazırdır. Amma biz istəyirik ki, məsələni beynəlxalq hüquq normalarına uyğun olaraq, sülh yolu ilə həll edək. Ali Baş Komandanımızın dediyi kimi, status-kvo qəbulolunmazdır və biz öz ərazilərimizdə ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik, bir qarış torpağımızı da güzəştə getməyəcəyik”, - deyə Ş.Hacıyev vurğulayıb.
Qeyd olunub ki, aprel döyüşləri Azərbaycan ordusunun gücünü nəinki düşmənə, eləcə də bütün dünyaya göstərdi. Ölkəmiz gündən-günə güclənir, iqtisadiyyatımız inkişaf edir. Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın bütövlükdə dövlət büdcəsindən çoxdur.
Diqqətə çatdırılıb ki, son iki ayda Azərbaycan mühüm müqavilələrə, transmilli layihələrə imza atıb. “Əsrin müqaviləsi”nin davamı olaraq, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinin 2050-ci ilə qədər uzadılması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin açılması ilə bağlı hazırlıq işləri Azərbaycanın gücünün, iqtisadi və hərbi qüdrətinin əsas göstəriciləridir. Bütün bu layihələrdən təcrid olunan Ermənistan özünü daha da acınacaqlı vəziyyətə salıb.
Azərbaycan Ordusuna yüksək diqqət və qayğı göstərildiyini vurğulayan Ş.Hacıyev deyib ki, bu, iqtisadiyyatımızın inkişafı ilə bilavasitə bağlıdır. İqtisadiyyat güclü olanda, ordu da güclü olur.
“Bu gün bütün Azərbaycan xalqı sizinlədir. Biz bu gün sizin aranızda olmaqdan böyük qürur hissi duyur və sizə möhtəşəm qələbələr arzulayırıq. İnanırıq ki, üçrəngli bayrağımızın Ağdərədə, Xankəndidə, Şuşada dalğalanacağı gün uzaqda deyil. Əldə etdiyimiz bu uğurlar, Prezident İlham Əliyevin düşünülmüş, qətiyyətli siyasəti nəticəsində Qələbə Günü getdikcə yaxınlaşır. Əgər məsələ sülh yolu ilə həll olunmasa, biz torpaqlarımızı döyüşərək geri qaytaracağıq”, - deyə Ş.Hacıyev qeyd edib.
Sonra YAP Səbail rayon təşkilatının və rayon İcra Hakimiyyətinin adından hərbi hissəyə xatirə hədiyyələri təqdim olunub.
Bakı Bələdiyyə Teatrının və Füzuli Dram Teatrının hazırladığı səhnəciklər əsgər və zabitlərimizdə xoş ovqat yaradıb. Teatrın üzvləri əsgərlərlə birlikdə rəqs ediblər.
Azərbaycan əsgərinin görüşünə gələn Cocuq Mərcanlı məktəblilərinin səsləndirdikləri şeirlər tədbirə rəngarənglik qatıb.
Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupuna fəxri fərmanlar verilib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev hərbi qulluqçuların mükafatlandırılması mərasimində çıxış edərək Ordumuzun şücaətlərindən danışıb.
Sonra nümayəndə heyətinin üzvləri Horadiz-Cəbrayıl avtomobil yolunun kənarındakı “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərimizin ruhuna ehtiramlarını bildiriblər.
Cocuq Mərcanlıda şəhid Novruz Aslanov adına tam orta məktəbə gələn qonaqlar sinif otaqlarında, fənn kabinetlərində yaradılan şəraitlə maraqlanıb, müəllim və şagirdlərlə həmsöhbət olublar.
Məktəbə müxtəlif hədiyyələr və kompüter dəsti təqdim edilib.
Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidlə tanışlıq da qonaqlarda unudulmaz təəssürat yaradıb.
Daha sonra nümayəndə heyəti Cocuq Mərcanlıda düşmənlə təmas xəttindəki postlarda növbə çəkən əsgərlərlə görüşüb, onların xidmət şəraiti ilə yaxından tanış olublar. Əsgərlərimizin döyüş ruhunun yüksək olması qonaqlarda qürur hissi yaradıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

