YAP Gəncə şəhər təşkilatının IX konfransı keçirilib
12.12.2017 [10:08]
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının IX konfransı keçirilib.
Konfransda Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatlarından YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, YAP Siyasi Şurasının üzvü Musa Quliyev, Xanlar Fətiyev, Pərvin Kərimzadə və Naqif Həmzəyev iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda YAP-ın yaradıcısı Ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev geniş hesabat məruzəsi ilə çıxış edərək, ötən müddətdə görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, YAP Gəncə şəhər təşkilatı fəaliyyəti müddətində mütərəqqi iş təcrübəsi toplayaraq YAP-ın sınanmış qabaqcıl qollarından birinə çevrilib. Təşkilat siyasi və ideoloji cəhətdən daha da mətinləşərək yeni iş təcrübəsi ilə zənginləşib. Naqif Həmzəyev qeyd edib ki, YAP Gəncə şəhər təşkilatı hesabat dövrü ərzində sıralarını xeyli genişləndirərək, üzvlərinin sayını 40 minə çatdırıb. Bildirilib ki, YAP Gəncə şəhər təşkilatı partiyanın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da ləyaqətlə gələcək.
Sonra YAP Gəncə şəhər təşkilatının nəzarət-təftiş qrupunun hesabatı dinlənilib.
Məruzə ətrafında çıxış edən konfrans nümayəndələri təşkilatın hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Konfransda Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov çıxış edərək, bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsindən bəhs edib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya mövcud deyil.
Çıxışlardan sonra konfransın qətnaməsi qəbul olunub, təşkilati məsələlər müzakirə edilib. Naqif Həmzəyev yenidən YAP Gəncə şəhər təşkilatının sədri seçilib. Konfransda 93 nəfərdən ibarət şəhər təşkilatının şurası, 27 nəfərdən ibarət idarə heyəti və nəzarət təftiş-qrupu seçilib.
YAP Gəncə şəhər təşkilatının 40 mininci partiya üzvünə təntənəli şəkildə partiya vəsiqəsi, təşkilatın bir sıra fəal üzvlərinə Fəxri fərman təqdim edilib.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxAnalitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40

