Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin üzvləri Sumqayıt Bulvarında yerləşən Bayraq Muzeyini ziyarət ediblər

YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin üzvləri Sumqayıt Bulvarında yerləşən Bayraq Muzeyini ziyarət ediblər

10.02.2018 [00:56]

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə bir qrup partiya fəalı olan gənclər Sumqayıt Bulvarında yerləşən Bayraq Muzeyində olublar. Gənclərə yeni tikilmiş Bayraq Muzeyi ilə bağlı məlumat verilib. Qeyd olunub ki, gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanması, onların Vətənə, dövlətə məhəbbət ruhunda yetişməsi üçün Sumqayıt Bulvarında belə bir muzey açılıb. Gənclər Muzeyin eksponatları ilə tanış olublar. Muzeydə nümayiş olunan Azərbaycan xanlıqlar dövrünün xəritəsi, eləcə də Azərbaycan xanlıqlarının və dövlətlərinin bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar gənclərdə böyük marağa səbəb olub. Bununla yanaşı, muzeydə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerblər, bayraqlar, müxtəlif illərə aid poçt markaları, orden və medalları ilə tanış olan gənclərə tariximizlə bağlı məlumatlar verilib.
PƏRVİZ

Paylaş:
Baxılıb: 978 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30