Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatı seçicilərlə görüşlərini davam etdirir
25.03.2018 [10:59]
Prezident seçkiləri ilə əlaqədar növbəti görüşlər rayonun Kür qəsəbəsi və İsgəndərli kəndində keçirilib
2018-ci ilin 11 aprel tarixində Azərbaycanda çox əhəmiyyətli siyasi kampaniya - prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının (YAP) tədbirlər planına uyğun olaraq bütün yerli strukturlar bu kampaniyanı uğurla həyata keçirir. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəmkir rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvlərinin seçicilərlə növbəti görüşü martın 23-də Şəmkir rayonunun Kür qəsəbəsində olub. Tədbirdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Şəmkir rayon şöbəsinin və YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Azərbaycan dövləti aprelin 11-də keçiriləcək prezident seçkilərinin beynəlxalq standartlara uyğun demokratik keçirilməsi üçün lazımi şəraiti yaradıb.
F.Vəliyev qeyd edib ki, artıq martın 19-dan etibarən təbliğat-təşviqat kampaniyasına start verilib və partiyamızın bu günə kimi seçicilərlə keçirilən görüşləri onu deməyə əsas verir ki, 11 apreldə xalqımız hamılıqla prezidentliyə namizəd cənab İlham Əliyevə səs verəcək.
Sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının şura üzvləri Misir Yusifov, Yusif Mehtiyev və digərləri vurğulayıblar ki, cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz lideridir. Natiqlər şəmkirliləri cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Prezident seçkiləri ilə əlaqədar növbəti görüş isə rayonun İsgəndərli kəndində baş tutub. YAP Şəmkir rayon təşkilatı seçki qərargahının sədri Fəxrəddin Vəliyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan və o islahatların nəticəsi olaraq əldə olunan çoxsaylı nailiyyətlərdən geniş bəhs edib.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Kamran Bayramov son on beş ildə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində beynəlxalq aləmdə ölkəmizin mövqelərinin kifayət qədər möhkəmlənməsindən, həyata keçirilən irimiqyaslı infrastruktur layihələrindən, ölkəmizin beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi etməsindən, regionların sosial-iqtisadi inkişaf proqramlarının reallaşmasından danışıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59

