Mingəçevirlilərin seçimi cənab İlham Əliyevdir
28.03.2018 [10:15]
Mingəçevir şəhərindəki “Energetik” klubunda gənclərlə və energetiklərlə görüşlər keçirilib
Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Mingəçevir şəhərindəki “Energetik” klubunda gənclərlə və energetiklərlə görüşlər keçirilib.
Görüşlərdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov bildirib ki, 11 aprel Azərbaycan dövlətçiliyi tarixində çox mühüm əhəmiyyət kəsb edən günlərdən biridir. Onun sözlərinə görə, həmin gün Azərbaycan xalqı öz gələcək taleyini müəyyənləşdirmək üçün növbəti dəfə seçki məntəqələrinə üz tutacaq. Ona görə də hər bir vətəndaş bu məsələyə öz vətəndaşlıq borcu, dövlətimiz qarşısında xidməti kimi baxmalıdır. C.Yusubov əmin olduğunu bildirib ki, bütün dövrlərdə dövlətçiliyə sədaqətlə xidmət edən mingəçevirlilər bu seçkilərdə də Azərbaycan dövlətinin gələcək inkişafı naminə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.
Tədbirlərdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev deyib ki, müstəqil Azərbaycan dövləti son illərdə böyük inkişaf yolu keçib. O qeyd edib ki, Heydər Əliyev siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dövləti bütün sahələrdə çox böyük uğurlara imza atıb. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə bildirib ki, bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır: “Dəfələrlə dövlətimizin başçısının çıxışlarında xüsusi vurğulanıb ki, Azərbaycanın ən inkişaf etmiş şəhəri ilə ən ucqar kəndi arasında fərq tamamilə aradan qalxsın. Hər bir vətəndaşımız harada yaşamasından asılı olmayaraq, onun həyat şəraiti yüksək səviyyədə qurula bilsin. Eyni zamanda, bu gün Azərbaycanın hər bir regionu inkişaf edib”.
S.Mehbalıyev xoşbəxt gələcək naminə seçiciləri 11 apreldə cənab İlham Əliyevə səs verməyə çağırıb.
Çıxış edən seçicilər Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti dəstəklədiklərini deyərək bu siyasətin davamlı olması üçün aprelin 11-də YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30

