Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
20.11.2018 [09:16]
YAP Yasamal rayon təşkilatında partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları və qonaqlar əvvəlcə Fəxri xiyabana gedərək, Ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, onların xatirələrini ehtiramla yad ediblər.
Sonra tədbir YAP Yasamal rayon təşkilatının akt zalında davam etdirilib. Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının çətin şəraitdə yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Bu, həmin ərəfə idi ki, Azərbaycanda xaos hökm sürürdü, müstəqil respublika elan olunsa da, ancaq bu müstəqilliyi qoruyub-saxlamaq qeyri-mümkün bir hala çevrilmişdi. Azərbaycan xalqının çıxılmaz durumda olmasına baxmayaraq, o vaxt iqtidarda olanlar ancaq öz şəxsi mənafelərinə xidmət edirdilər. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar Ümummilli liderə müraciət ünvanladılar. 21 noyabr 1992-ci ildə Naxçıvanda YAP-ın təsis konfransı keçirildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi”.
Sonra çıxış edən, YAP Siyasi Şurasının üzvü, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi sayılır: “Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı”.
Ziyafət Əsgərov bildirib ki, Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə çıxışında bildirib ki, YAP Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır: “İllər öncə Ümummilli lider Heydər Əliyevin səsləndirdiyi bu fikirlərin nə qədər dolğun, indiki reallıqları əks etdirdiyinin şahidi oluruq. Müstəqilliyin ilk illərində baş verən hadisələr hər birimizin yadındadır. Qısaca olaraq qeyd etmək lazımdır ki, insanların sabaha inamının olmadığı bir zamanda meydana gələn və az vaxtda böyük bir qüvvəni ətrafında toplamağı bacaran Yeni Azərbaycan Partiyası müstəqilliyin qorunub saxlanması və daha da möhkəmlənməsində misilsiz işlər gördü”.
Milli Məclisin vitse-spikeri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova da qeyd edib ki, Azərbaycanın ağır günlərində yaranmış YAP üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirdi. “Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiya hüquqi, demokratik dövlət quruculuğuna öz töhfələrini verib”, - deyə qeyd edən Bahar Muradovanın sözlərinə görə, xoşbəxt o xalqdır ki, onun Ümummilli lideri var: “Çünki lider xalqı daim irəli aparır. Azərbaycan dövləti də Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf və tərəqqi yolundadır. Bu gün Prezident İlham Əliyev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti uğurla davam etdirir”.
“Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev isə deyib ki, müstəqilliyin ilk illərində ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb və keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən əsas siyasi qüvvəyə çevrildi: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sədri olduğu və bu gün 700 mindən çox insanı sıralarında birləşdirən YAP müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir”.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edən Azərbaycan gənclərinə böyük etimad göstərildiyini, onlara hər zaman diqqət və qayğının olduğunu bildirib: “YAP-ın sıralarında Azərbaycanın sağlam, intellektual gənclər ordusunun birləşməsi partiyamızın gücünü daha da artırır”.
Çıxışlardan sonra təhsildə qazandıqları uğurlara görə Yasamal rayonu ərazisində fəaliyyət göstərən Zərifə Əliyeva adına liseyin, İncəsənət Gimnaziyasının, 13 və 53 nömrəli tam orta məktəblərin şagirdlərinə, rayonun inkişafında uğurlu nəticələr göstərən müxtəlif idarə və müəssisə əməkdaşlarına Yasamal rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatı tərəfindən fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunan üzvlərə isə partiyanın vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17

