Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Mingəçevirdə YAP-ın yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib

Mingəçevirdə YAP-ın yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib

22.11.2018 [09:10]

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 26-cı ildönümü münasibətilə YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər İcra Hakimiyyəti birgə tədbir keçirib. Tədbirdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov əlamətdar hadisə münasibətilə partiyanın üzvlərini təbrik edib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaradılmasının tarixi hadisə olduğunu deyən C.Yusubov bildirib ki, bu hadisə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, qısa müddət ərzində Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrildi: “Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçib. Bu gün sıralarımızda 700 mindən çox üzv vardır. Hazırda Yeni Azərbaycan Partiyası cəmiyyətin avanqard siyasi təşkilatı, beynəlxalq aləmdə böyük nüfuza malik olan bir qüvvədir”.
Sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının I müavini İlham İsmayılov çıxış edərək bildirib ki, YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Onun sözlərinə görə, partiyamızın qurucusu, Ulu öndər Heydər Əliyev Öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub. İ.İsmayılov qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP böyük uğurlara imza atır. O həmçinin Mingəçevirdə həyata keçirilən abadlıq və quruculuq işləri haqqında da məlumat verib.
Daha sonra YAP şəhər təşkilatının 38 saylı ərazi ilk partiya təşkilatının sədri, Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov partiyanın keçdiyi tarixi yol haqqında fikirlərini bildirib.
Sonda YAP sıralarına yeni qəbul olunmuş şəxslərə partiya vəsiqələri təqdim edilib.

Paylaş:
Baxılıb: 624 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30